BLM geni nədir? Onun mutasiyası hansı xərçənglərin riskini artırır?

BLM geni nədir?
BLM (Bloom sindromu zülalı kimi də tanınır) homoloji rekombinasiya vasitəsilə iki zəncirli qırılmanın təmiri, telomerin saxlanması və replikasiya da daxil olmaqla çoxsaylı hüceyrə funksiyaları zamanı iki zəncirli DNA ara məhsullarını açmaqla fəaliyyət göstərən DNA helikaza fermentidir. BLM zülalı BLM geni tərəfindən kodlanır.
BLM-nin helikaza aktivliyi genomun ilkin dəqiqliyini qorumaq üçün kritikdir və zərərli mutasiyalar adətən çox aqressiv xarakterli, həyatın erkən dövrlərində ortaya çıxan, çoxsaylı toxuma növlərində geniş xərçəng spektrinə güclü meyilliliklə nəticələnir.
BLM-dəki germ xətti mutasiyalarınadir genetik pozğunluq olan Bloom sindromuna (BS), ciddi xromosom qeyri-sabitliyi və artmış xərçəng riski ilə xarakterizə olunan autosom resessiv pozğunluğa gətirir. BLM-dəki heteroziqot irsi zərərli mutasiyalar süd vəzi xərçəngi və kolorektal xərçənglər üçün artmış risklə əlaqələndirilmişdir, lakin ikincisi üçün orta dərəcəli penetrantlığa malikdir.
BLM-dəki somatik mutasiyalar insan xərçənglərində nadirdir, lakin BLM-dəki truncating (kəsici) mutasiyalar mikrosatellit qeyri-sabitliyi (MSI) olan kolorektal xərçənglərdə müəyyən edilmişdir.
2020-ci ilin mayında FDAəvvəllər enzalutamid və ya abirateron almış, zərərli və ya zərərli olduğu şübhəli germ xətti və ya somatik homoloji rekombinasiya təmiri (HRR) gen mutasiyalı metastatik kastrasiyaya davamlı prostat xərçəngi olan yetkin xəstələr üçün olaparibi təsdiqləmişdi. BLM də HRR-də rol oynayan genlərdəndir. Ümumiyyətlə PROfound tədqiqatı olaparibin antiandrogen agentlərdən hər hansı biri ilə müqayisədə xəstəliyin irəliləməsi və ya ölüm riskində % 51 azalma göstərdiyini müəyyən etdi. BLM homoloji rekombinasiya yolunda iştirak etdiyindən BLM mutasiyası olan şişlərin PARP inhibitorlarına həssaslığı proqnozlaşdırması gözlənilir.
Bloom sindromu nədir?
Bloom sindromu qısa boy, günəşə məruz qaldıqdan sonra inkişaf edən ciddi dəri səpgisi və əhəmiyyətli dərəcədə artmış xərçəng riski ilə xarakterizə olunan irsi pozğunluqdur. Bloom sindromlu şəxslərdə 70-dən çox BLM gen mutasiyası müəyyən edilmişdir.
Müəyyən bir BLM gen mutasiyası Mərkəzi və Şərqi Avropa (Aşkenazi) yəhudi mənşəli insanlar arasında demək olar ki, bütün Bloom sindromu hallarına səbəb olur. BlmAsh mutasiyası BLM zülalının anormal dərəcədə qısa, funksiyasız versiyasının istehsalına səbəb olur. Digər BLMgen mutasiyaları zülal ardıcıllığındakı tək zülal tikinti bloklarını (amin turşularını) dəyişir və ya zülalın hazırlanması təlimatlarında erkən dayanma siqnalı yaradır. Bu mutasiyalar həmçinin funksional BLM zülalının miqdarını azaldır.
Funksional BLM zülalının çatışmazlığı nəticəsində bacı xromatid mübadiləsinin tezliyi orta göstəricidən təxminən 10 dəfə yüksəkdir. Şəxsin ana və atasından gələn xromosomlar arasındakı DNA mübadiləsi BLM gen mutasiyaları olan şəxslərdə də artır. Bundan əlavə, təsirlənmiş fərdlərdə xromosom qırılması daha tez-tez görülür. Bütün bu dəyişikliklər genetik materialda normal hüceyrə fəaliyyətlərini pozan və bu vəziyyətlə əlaqəli sağlamlıq problemlərinə səbəb olan boşluq və qırılmalarla əlaqəlidir. BLM zülalı olmadan hüceyrə ultrabənövşəyi işığın yaratdığı DNA zədəsini daha az təmir edə bilir və bu da günəşə həssaslığın artmasına səbəb olur. Hüceyrələrin nəzarətsiz bölünməsinə imkan verən genetik dəyişikliklər Bloom sindromlu şəxslərdə yaranan xərçənglərə gətirir.
Mənbələr
2. Croteau DL et al. Human RecQ helicases in DNA repair, recombination, and replication. Annu Rev Biochem. 2014;83:519-52. doi: 10.1146/annurev-biochem-060713-035428. (PMID: 24606147)
3. Prokofyeva D et al. Nonsense mutation p.Q548X in BLM, the gene mutated in Bloom's syndrome, is associated with breast cancer in Slavic populations. Breast Cancer Res Treat. 2013 Jan;137(2):533-9. doi: 10.1007/s10549-012-2357-1. (PMID: 23225144)
4. Calin G et al. Somatic frameshift mutations in the Bloom syndrome BLM gene are frequent in sporadic gastric carcinomas with microsatellite mutator phenotype. BMC Genet. 2001;2:14. doi: 10.1186/1471-2156-2-14. (PMID: 11532193)
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.