Brokoli və kələm kimi xaççiçəklilər baş-boyun xərçənglərindən qoruya bilər

Baş-boyun xərçənglərinə dodaqlar, yanaqların içi, diş əti, damaq, dil, ağız dibi, udlaq (farinks), burun dəliklərinin dərisi və burun örtüyü, qırtlaq (larinks), tüpürcək vəziləri xərçəngləri daxildir. Onların inkişafı əsasən spirt və siqaret kimi kimyəvi kanserogenlər və HPV infeksiyası ilə əlaqəlidir. Cancer Prevention Research (Xərçəngdən Qorunma Araşdırması) jurnalında yayımlanan tədqiqata görə brokoli, kələm və oxşar tərəvəzlərdəki sulforan adlı maddə baş-boyun xərçənglərindən qorunmağa kömək edə bilər.
Son illərin tədqiqatlarında brokoli, kələm və oxşar tərəvəzlərin xroniki iltihabın qarşısını aldığı, hüceyrəni zərərli kimyəvilərdən, oksidativ stresdən və xərçəngdən qoruduğu müşahidə edilmişdir. Bu iki məlumatın sintezi ilə Cancer Prevention Research-da yayımlanan tədqiqat brokoli və kələm kimi tərəvəzlərin (xaççiçəklilərin) xərçəngə potensial qoruyucu təsirini göstərmişdir.
Tədqiqatda brokoli, kələm və oxşar tərəvəzlərin qoruyucu təsiri tərkibdəki qlükorafaninin parçalanma məhsulu olan sulforafan vasitəsilə yaratdığı kəşf edilmişdir. Sulforafan hüceyrədə NRF2 zülalının istehsalını artırıb STAT3 zülalının istehsalını basqılayaraq bu təsiri göstərir. NRF2 zülalı hüceyrədə oksidativ stresi, DNA təmirini dəstəkləyir, xərçəng və ürək-damar xəstəliklərindən qoruyur. STAT3 zülalı da hüceyrənin böyüməsini, inkişafını və bölünməsini dəstəkləyir; onun istehsalının əngəllənməsi xərçəng hüceyrələrinin böyüməsini və bölünməsini ləngidir.
Həmçinin sağlam könüllülərdə və baş-boyun xərçəngi xəstələrində müxtəlif sulforafan dozaları ilə tədqiqatlarda aşağı dozanın hüceyrəni ətraf mühit kanserogenlərindən və oksidativ stresdən qoruduğu, yüksək dozanın isə baş-boyun xərçəngi hüceyrələrinin ölümünü tətiklədiyi və siçanlarda dil şişini kiçiltdiyi müşahidə edilmişdir.
Nəticə olaraq tədqiqat sulforafan tərkibli brokoli, kələm və oxşar tərəvəzlərin xərçəngdən qoruduğunu, həmçinin ətraf mühit kanserogenləri və siqaretə bağlı baş-boyun xərçəngi riski daşıyan xəstələrdə qoruyucu olduğunu göstərir. Brokoli, kələm və oxşar tərəvəzlər zəngin qida dəyəri (A,B,C,E vitaminləri, kalsium, kalium, fosfor və s. minerallar), dərini qoruması, iltihabəleyhinə təsiri, orqanizmdə metabolizmi, əlçatanlığı və xərci baxımından xərçəngdən qorunmaq üçün çox seçilə biləcək variantdır.
Mənbələr
Prevention of Carcinogen-Induced Oral Cancer by Sulforaphane.
Cancer Prevention Research. June 23, 2016; DOI: 10.1158/1940-6207.CAPR-15-0290
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.