Crispr-cas9 texnologiyası ilə xərçəngdə yeni immunoterapiya hədəfi kəşf edildi

Bu məqalədə
21. əsrin ən mühüm kəşflərindən biri olan CRISPR/CAS9 genetik texnologiyasıxərçəngə qarşı effektiv müalicələr təqdim etməklə yanaşı, xərçəngdə biomarker və dərman hədəfi araşdırmalarına da kömək edir. Bu məqsədlə aparılmış tədqiqatda TPN2 adlı zülalınimmun sisteminin nəzarət nöqtəsi inhibitorlarının, yəni yeni nəsil immunoterapiyaların effektivliyini müəyyən etdiyi kəşf edildi.
İmmun sisteminin nəzarət nöqtəsini basqılayan immunoterapiyalarxərçəng hüceyrələrini birbaşa öldürmək əvəzinə immun sistemini xərçəngə hücum üçün aktivləşdirən, 2011-ci ildən sonra istifadəyə daxil olmuş xərçəng müalicələridir.
İyul 2017-də Naturejurnalında dərc edilmiş diqqətçəkən tədqiqatda minlərlə şiş geni cripsr ilə əlavə edilib çıxarılaraq vəzifələri laboratoriya şəraitində araşdırılmışdır. Siçanlarda aparılmış tədqiqatda dəri xərçəngi olan melanoma hüceyrələrindəki 2.368 gen sistemli şəkildə crispr ilə susdurulmuş, hansı genin immunoterapiya dərmanlarının effektivliyini azaltdığı anlaşılmağa çalışılmışdır.
Tədqiqat nəticələrinə görə:
- PTPN2 (protein tyrosine fosfataz) geninin aktivliyi əngəlləndikdə immunoterapiya dərmanlarının təsirinin artdığı müşahidə edilmişdir.
- PTPN2 xərçəng hüceyrələrinin immunoterapiyalara davamlılıq göstərməsini təmin edir.
- PTPN2, hüceyrə böyümə yollarında aktiv rol oynayan zülaldır. Hüceyrənin böyüməsi, diferensiasiyası və xərçəngləşməsinə səbəb olan yollarda iştirak edir.
Bəs bu tədqiqat klinik baxımdan nə ifadə edir?
- CRISPR ilə genlər sürətlə yoxlanaraq vəzifələri müəyyən edilə və beləliklə yeni dərman hədəfləri kəşf oluna bilər.
- Xəstələrin bir qismində immunoterapiyanın fayda verməməsinin daha bir səbəbi müəyyən edildi. PTPN2 hədəflənərək immunoterapiyanın effektivliyi artırıla bilər.
- Yeni nəsil PTPN2 inhibitorları hazırlanaraq daha effektiv xərçəng müalicəsi təqdim edilə bilər.
- Hazırlanmış bu üsulla digər xərçəng növlərindəki bütün genom sürətlə yoxlanaraq müalicəyə cavab fərqlərinin səbəbləri müəyyən edilə bilər.
Mənbələr
In vivo CRISPR screening identifies Ptpn2 as a cancer immunotherapy target.
Nature, July 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.