Duktal karsinoma in situ (DCIS) döş xərçənginə çevrilməsində 6 risk amili

Bu məqalədə
Yeni araşdırmanın nəticələri duktal karsinoma in situ (DCIS) diaqnozu qoyulan qadınların necə müalicə edilməli olduğu barədə bəzi dəyərli məlumatlar təqdim edir. DCIS diaqnozundan sonra hansı amillərin döş xərçəngi inkişafı üçün risk yaratdığına dair mövcud məlumatları ümumiləşdirən sistematik icmal olan bu meta-analizə görə, 26 amildən 6-sının DCIS-in döş xərçənginə çevrilmə riskini % 36 ilə % 84 arasında artırdığı müəyyən edildi.
Bu 6 amil:
- İrq (Afrika mənşəli),
- Premenopauza (hələ menopauzada olmamaq),
- Kütlənin əllə hiss edilməsi,
- Cərrahi sərhəd müsbətliyi,
- Yüksək histoloji dərəcə,
- Yüksək p16 zülal ekspressiyası (çox ifadə/istehsal).
Əlavə olaraq araşdırma DCIS diaqnozundan sonra döş xərçənginin yaranması barədə tədqiqatlarda tez-tez ortaya çıxan bias (qərəzli davranış) hallarını müəyyən etdi. Visser və həmkarlarının araşdırması, Cancer Epidemiology, Biomarkers & Prevention jurnalında dərc etdilər.
DCIS nədir?

Duktal karsinoma in situ (Ductal Carcinoma In Situ, DCIS) döşün süd kanallarını örtən hüceyrələrin xərçəngləşməyə başlamasıdır və döş xərçənginin çox erkən mərhələsidir. Döş biopsiyası nəticəniz «duktal karsinoma in situ» kimi yazılıbsa, bu, kanallardakı bəzi hüceyrələrin xərçəng hüceyrəsinə çevrilməyə başladığı, amma hələ invaziv (yayılan) xarakter qazanmayıb və yalnız süd kanalları boyunca uzanır, döş toxumasının içinə doğru uzanmır. DCIS-də əsas müalicə əməliyyatdır və bu əməliyyatda şiş müəyyən qədər normal ətraf toxuma ilə birlikdə çıxarılır. Bu döş xərçəngi cərrahiyyəsi “geniş-regional eksiziya” və ya “lumpektomiya” adlandırılır.
Yalnız bəzi DCIS halları invaziv döş xərçənginə irəliləsə də, halların əksəriyyəti müalicə edilməyib öz halına buraxılsa, həyatı təhdid edən olmayacaq. Bununla belə, mövcud rəhbərliklər DCIS-in cərrahi çıxarılmasını tövsiyə etdiyinə görə (adətən ardınca radioterapiya və bəzən endokrin saxlayıcı müalicə verilir), qadınların çoxu həddindən artıq müalicə edilir. Bu da invaziv döş xərçənginə çevriləcək DCIS-dən zərərsiz DCIS-i ayırmağı böyük qarşılanmamış ehtiyac kimi ortaya çıxarır.
Təfərrüatlar
- PubMed-də 1970 ilə 2018 arası 1.781 iş sistemli nəzərdən keçirildi.
- İlkin DCIS diaqnozu alıb müalicə olunanlarda, invaziv residiv qiymətləndirildi; 1 il izləmədə ən az 10 eyni tərəfli invaziv hadisə vardı.
- Baxılan 1.781 məqalənin 40-ı meta-təhlilə daxil edilmə meyarlarına uyğun gəldi. İşlərdəki xəstə sayı 52 ilə 37.692 arasında, orta izləmə müddəti isə 3.2 ilə 15.8 il arasında dəyişirdi.
Nəticələr
- Tədqiqatçılar 26 proqnostik (xəstəliyin gedişini proqnozlaşdıran) amil arasında DCIS-dən sonra invaziv döş xərçənginin təkrar riskində nisbi % 36 ilə % 84 artımla əlaqəli 6 amil tapdılar.
- Riski artıranlar:
- Afrika mənşəyi 1.43 dəfə,
- premenopauza 1.59 dəfə,
- əllə hiss edilən kütlə 1.84 dəfə,
- müsbət cərrahi sərhəd 1.63 dəfə,
- yüksək histoloji dərəcə 1.36 dəfə,
- yüksək p16 ekspressiyası 1.51 dəfə.
- Ən yüksək qərəz qarışdırıcıların və pis təsvir edilmiş qrupların yetərsiz nəzərə alınmasından idi.
Mənbələr
Predictors of an Invasive Breast Cancer Recurrence after DCIS: A Systematic Review and Meta-analyses.
Cancer Epidemiology, Biomarkers & Prevention 25 April 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.