Fibromialgiya üçün osteopatiya – Başqa bir teatral plasebo müalicəsi

Bu məqalədə
Fransız tədqiqatçılar randomizə olunmuş klinik tədqiqatda fibromialgiya (FM) üçün osteopatik manipulyasiyanın effektivliyini qiymətləndirməyi hədəflədilər. Xəstələr osteopatik müalicə və ya plasebo tətbiqi üçün randomizə edildi (təsadüfi qruplara bölündü). Müalicə təcrübəli fiziki terapiya həkimləri tərəfindən aparıldı və 6 həftə boyunca hər xəstəyə altı seansdan ibarət idi. Müalicənin etibarlılığı və ona dair gözləntilər təkrar-təkrar qiymətləndirildi.
Osteopatiya nədir?
Osteopatik manipulyativ müalicə və ya OMT osteopatik həkimlərin (osteopatların) xəstəlik və ya zədəni diaqnoz etmək, müalicə etmək və qarşısını almaq üçün istifadə etdiyi bir sıra əllə tətbiq edilən üsullardır. Osteopatik manipulyasiya istifadə edən osteopat xəstənin əzələ və oynaqlarını dartma, yüngül təzyiq və müqavimət ehtiva edən üsullarla hərəkət etdirir.
Fibromialgiya nədir?
Fibromialgiya (FM) bədənin hər yerində ağrıya (yayılmış ağrı da adlanır), yuxu problemlərinə, yorğunluğa və çox vaxt emosional və zehni sıxıntıya səbəb olan vəziyyətdir. Fibromialgiyalı şəxslər fibromialgiyası olmayan insanlara nisbətən ağrıya daha həssas ola bilər.
Fibromialgiya üçün osteopatiya tədqiqatı
Osteopatik manipulyasiya bu şəkildə aparıldı: Osteopatik müalicə üçün xəstə əvvəlcə üzüüstə vəziyyətə gətirildi. C7-dən L5-ə qədər hər bir fəqərə çıxıntısı üzərinə artan təzyiqlə dorsoventral istiqamətdə və fəqərə çıxıntısının yan səthinə (ikitərəfli) təzyiq tətbiq etməklə rotasiyada hərəkət etdirildi. Sakral (büzdüm) sümüyə də 5-10 dəfə manipulyasiya tətbiq edildi. Piriformis əzələləri tədricən dartıldı. Sonra bud-çanaq oynağı adduktor, abduktor və fleksor əzələləri dartmaq üçün (10 dəfə) abduksiya və adduksiya ilə birləşdirilərək ekstensiyada tədricən mobilizasiya edildi. Çiyinlər qlenohumeral oynağın təkrarlanan manipulyasiya hərəkəti ilə (10 dəfə) tək-tək mərhələli hərəkət etdirildi. Xəstə sonra aşağıdakı manevrlər üçün arxasıüstə uzadıldı. Boyunda bimanual traksiya aparıldı, ardından yan fleksiyada və rotasiyada təkrarlanan mobilizasiya edildi (hər iki tərəfdə, beş dəfə, hər biri 3-5 dəfə). Çiyinlərdə əvvəlcə hər iki qolun kranial traksiyası aparıldı, sonra körpücük sümüyü bloklanıb akromioklavikulyar və qlenohumeral oynaqlar açılaraq (üç dəfə) bir qolun ardından digər qolun kaudal traksiyası təkrarlandı. Budlarda ayaqlara təkrarlanan dartmalar edildi (üç dəfə) və bud-çanaq oynağı manipulyasiya hərəkətləri ilə mobilizasiya olundu. Nəhayət, bel və döş-bel onurğasının mobilizasiyası üçün xəstə yan dekubitus vəziyyətinə gətirildi. Xəstənin şikayətinə görə hər səviyyədə itələmə manipulyasiyasına icazə verildi. Körpücük sümüyü bloklanıb akromioklavikulyar və qlenohumeral oynaqlar açılaraq (üç dəfə) əvvəlcə hər iki qolun kranial traksiyası edildi, ardından bir qolun sonra digər qolun kaudal traksiyası təkrar aparıldı. Budlarda ayaqlara təkrarlanan dartmalar edildi (üç dəfə) və bud-çanaq oynağı manipulyasiya ilə mobilizasiya olundu. Nəhayət, bel və döş-bel onurğasının mobilizasiyası üçün xəstə yan dekubitus vəziyyətinə gətirildi. Xəstənin şikayətinə görə hər səviyyədə itələmə manipulyasiyasına icazə verildi.
Plasebo tətbiqi eyni ardıcıllığı izlədi, lakin onurğada oynaq hərəkətliliyinin qarşısını almaq üçün manevrlər yarı yolda dayandırıldı. Bud və çiyinlərdə dartma üsulları da yarı yolda dayandırıldı. Oynaq üsulları əhəmiyyətli mobilizasiya olmadan təqlid edildi. İtələmə manipulyasiyası qadağan edildi.
Xəstələr standart anketləri başlanğıcda, müalicə zamanı və randomizasiyadan 6, 12, 24 və 52 həftə sonra tamamladılar. Əsas nəticə müalicə müddətində ağrı intensivliyi idi (100 mm-lik vizual analoq şkalası ilə qiymətləndirildi).

İkincili nəticələr yorğunluğu, funksionallığı və sağlamlıqla əlaqəli həyat keyfiyyətini əhatə edirdi.
Nəticələr
- Ümumilikdə 101 xəstə (% 94 qadın) daxil edildi.
- Osteopatik müalicə plasebo tətbiqi ilə müqayisədə ağrını əhəmiyyətli azaltmadı (iki tətbiq arasındakı orta fərq 2.2 mm idi; % 95 etimad intervalı, −9.1 ilə 4.6 mm).
- İkincili nəticələr (yorğunluq, funksionallıq və sağlamlıqla əlaqəli həyat keyfiyyəti) üçün əhəmiyyətli fərq müşahidə edilmədi.
- Osteopatiya ilə müalicə olunan xəstələrdə 12-ci həftədə ağrının yenidən artmasına baxmayaraq heç bir ciddi arzuolunmaz hadisə müşahidə edilmədi.
- Tətbiq olunan müalicənin fayda verəcəyini gözləyən xəstələrdə ağrının əhəmiyyətli azalması müşahidə edildi.
Müəlliflər osteopatiyanın FM xəstələrində ağrı, yorğunluq, funksionallıq və həyat keyfiyyəti üçün plasebo ilə müqayisədə heç bir fayda vermədiyi qənaətinə gəlmişlər . Bu tapıntılar həmin xəstələri müalicə etmək üçün osteopatiyanın istifadəsini dəstəkləmir. FM-in idarə edilməsində xəstələrin gözləntilərinə daha çox diqqət yetirilməlidir.
Fransız komandası bu mükəmməl tədqiqata görə təbrik edilməlidir. Bu, çox yaxşı aparılmış və bildirilmiş tədqiqatdır. Gələcək sınaqlar üçün manual terapiya tədqiqatçılarına nümunə olmalıdır. Nəticələr aydındır və gözlənilməz deyil: osteopatiya teatral plasebodan artıq bir şey deyil.
Mənbələr
2. Osteopathy for fibromyalgia, another theatrical placebo therapy. https://edzardernst.com/ Published Saturday 24 April 2021
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.