İdman et, ömrünü uzat!

Bu məqalədə
Dəyişən həyat tərzi, artan iş yükü, stress və hazır yemək kimi bir çox amil bizi fiziki passiv həyata sürükləyir və sağlamlığımıza mənfi təsir edir. İllərlə aparılan araşdırmalar nəticəsində fiziki passiv həyatın və hazır yeməklərin başçılıq etdiyi qeyri-sağlam qidalanmanın ürək-damar xəstəlikləri, diabet, piylənmə, hipertoniya, oynaq xəstəlikləri və xərçəng (başda kolon və döş xərçəngi) kimi tezliyi artan mühüm narahatlıqlara səbəb olduğu məlumdur.
Müntəzəm idmanın və yaxşı fiziki hazırlığın passiv həyatla bağlı bir çox xəstəliyə tutulma və onlardan erkən həyat itkisi riskini azaltdığı, həmçinin tək fiziki deyil, psixoloji və koqnitiv baxımdan müsbət təsir etdiyi tədqiqatlarla sübut edilmişdir
Fiziki passiv qadının (həftədə 1 saatdan az məşq edən) fiziki fəal qadına nisbətən bütün xəstəliklərdən erkən həyat itkisi riskinin %52, xərçəngdən həyat itkisi riskinin %29 və ürək-damar xəstəliklərindən həyat itkisi riskinin %26 artdığı müşahidə edilmişdir. Artan fiziki fəaliyyətlə bu risklər arasında əks əlaqə vardır. Həmçinin müntəzəm fiziki fəaliyyətdə artım az olsa belə sağlamlığa ciddi müsbət təsir edir, riskləri də eyni nisbətdə azaldır.
Bədən kütlə indeksi yüksək şəxsdə həftədə 500 kcal yandırmaq (təxminən bir saatlıq qaçışa uyğundur) ən çox görülən diabet növü olan Tip-2 diabetə tutulma riskini %6 azaldır. Tədqiqatda isə həftədə ən az 150 dəqiqəlik məşqin diabetə metformin qədər təsir etdiyi müşahidə edilmişdir. Həmçinin həftədə müntəzəm ən az 2 saat gəzintinin diabet və ürək-damar xəstəliyi olanlarda erkən həyat itkisi riskini %34-53 azaltdığı görülmüşdür.
Müntəzəm məşq xüsusilə yoğun bağırsaq (Kolon və düz bağırsaq) və döş xərçənginə təsirli olur
Tədqiqatlar nəticəsində fiziki fəal fərddə kolon xərçəngi riskinin %30-40, fiziki fəal qadında döş xərçəngi riskinin %20-30 azaldığı müəyyən edilmişdir. Həmçinin fiziki fəal qadının passiv fərdlə müqayisəsində məşqin xərçəngdən ölüm və xərçəngin təkrarlanması riskini %26-40 azaltdığı müşahidə edilmişdir.
Xüsusilə dözümlülük məşqlərinin sümük mineral nisbətinə ciddi müsbət təsiri və sınıq nisbətini azaltdığı məlumdur. Məşqin bu təsiri xüsusilə menopauzadan sonra qadınlarda estrogenin sümüyə təsirinin azalmasına görə vacibdir.
İdman BDNF (Brain derived protein) istehsalını artıraraq sürətli düşünmə, qərarvermə və öyrənmə qabiliyyətini artırır.
Həmçinin idmanın fiziki faydalarından əlavə zehni bir çox faydası da vardır. Məşq nəticəsində orqanizmimizdə norepinefrin hormonunun ifrazı artır, nəticədə stress azalır. İdman endorfin ifrazını stimullaşdıraraq insanın özünü xoşbəxt və rahat hiss etməsini təmin edir. Buna görə depressiyalı fərdlərə müntəzəm məşq ciddi tövsiyə edilir.
Müntəzəm məşqin digər mühüm təsiri də siqaret və s. asılılıqların səbəb olduğu artmış dopamin ifrazını tənzimləyərək asılılığı nəzarətə almağa kömək etməsidir. İdmanın bu faydalarının yaranması üçün müntəzəm olması və müddəti də çox vacibdir.
Tədqiqatlarda həftəlik orta enerji sərfinin 1000 kcal olmasının (təxminən 2 saat velosiped sürmək, 2 saatlıq qaçışa uyğundur) ümumilikdə bütün xəstəliklərdən erkən həyat itkisi riskini %20-30 azaltdığı, həftədə 2000 kcal və daha çox sərf edilən məşqlərin isə həyat keyfiyyətinə ciddi töhfə verdiyi müşahidə edilmişdir.
Mənbələr
Health benefits of physical activity: the evidence
DOI:10.1503/cmaj.051351, CMAJ March 14, 2006 174(6)
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.