İlk dəfə şiş basqılayıcı genin metastazı əngəllədiyi kəşf edildi

Bu məqalədə
Xərçəngin əsas səbəbi hüceyrəyə nəzarət edən genlərdəki mutasiyalardır. Xərçəngdə təsirli müalicələrin hazırlanması bu genlərin xərçəngləşmədə rollarının müəyyən edilməsindən asılıdır. Noyabr 2016-da Journal of Molecular Cell Biology’də dərc edilmiş tədqiqata görə TIP60 adlı şiş basqılayıcı genin döş xərçəngi hüceyrələrinin metastaz verməsinin qarşısını almaqdakı rolu kəşf edilmişdir.
Xərçəngdə təsirli 3 gen növündən biri şiş basqılayıcı genlərdir. Şiş basqılayıcı genlər normal şəraitdə hüceyrələrin həddindən artıq çoxalmasının qarşısını alır. İnsan xərçənglərinin çoxunda şiş basqılayıcı genlərin zədələndiyi müəyyən edilmişdir. Son illərdə şiş basqılayıcı genlərin hüceyrə çoxalmasını basqılamaqla yanaşı metastazla əlaqəsi də araşdırılırdı.
TIP60 DNA bərpasında iştirak edən və kolon, ağciyər, döş, mədəaltı vəzi, mədə, dəri kimi xərçəng növlərində mutasiyaya uğradığı müəyyən edilmiş proteindir. TIP60 proteini TIP60 genindəki məlumata uyğun sintez edilir. Bu araşdırmada şiş basqılayıcı kimi fəaliyyət göstərən TIP60 proteininin döş xərçəngi hüceyrələrinin metastaz verməsini necə əngəllədiyi qabaqcıl genetik analizlərlə araşdırılmışdır.
Araşdırma nəticələrinə görə;
- TIP60 proteininin DNMT1 VƏ SNAIL2 adlanan iki proteinin fəaliyyətini idarə etdiyi müəyyən edilmişdir.
Bu iki proteinin xüsusiyyətlərinə baxsaq;DNMT1, epigenetik mexanizmlərin idarə edilməsində iştirak edən fermentdir. Genlərə metil qrupları əlavə edərək “gen fəaliyyətinin azalmasına” səbəb olur. Bir çox xərçəng növündə DNMT1 fəaliyyəti çox yüksəkdir. Şiş basqılayıcı genlərin fəaliyyətlərinin itməsinə səbəb olur.SNAIL2 proteini epitel-mezenximal keçiddə və proqramlaşdırılmış hüceyrə ölümü apoptozda iştirak edən proteindir. Epitel-mezenximal keçid sayəsində xərçəng hüceyrələrinin başqa toxuma və orqanlara yayıla bildiyini bilirik.
- TIP60 proteini mutasiyaya uğradıqda DNMT1 miqdarının yüksəldiyi və buna bağlı DNMT1 fəaliyyətinin artdığı müşahidə edilmişdir. Bu dəyişikliklər nəticəsində xərçəng hüceyrəsinin daha aqressiv quruluş aldığı və digər toxumalara metastaz verdiyi müşahidə edilmişdir.
Bəs bu tədqiqat klinik baxımdan nə ifadə edir?
- Bu tədqiqat TIP60 şiş basqılayıcı geninin metastazdakı rolunu izah edən ilk tədqiqatdır.
- Döş xərçəngi üçün mühüm dərman hədəfi kəşf edilmiş oldu. Əvvəlki tədqiqatlarda xəstəliyin gedişi pis olan xəstələrdə TIP60 protein fəaliyyətinin çox aşağı olduğu müəyyən edilmişdi. Eyni zamanda kolon və uşaqlıq xərçənglərində də TIP60 proteininin fəaliyyətinin az olduğu müəyyən edildi. Beləliklə, digər xərçəng növləri üçün də potensial müalicə hədəfi kəşf edildi.
- Tədqiqatın ən mühüm nəticələrindən biri TIP60-ın xəstəliyin gedişini müəyyən etməkdə mühüm biomarker ola biləcəyidir. TIP60 proteininin fəaliyyətinin normal və ya yüksək səviyyələrdə saxlanmasına yönəlmiş müalicə strategiyaları hazırlana bilər. TIP60 proteininin fəaliyyətini artıracaq inhibitorlar hazırlanır.
- Eyni zamanda TIP60 geninin fəaliyyətini artırmağa yönəlmiş gen müalicələri hazırlana bilər. Zədələnmiş TIP60 geni əvəzinə sağlam TIP60 geni əlavə edilə bilər.
Son araşdırmalarda TIP60 proteininin yüksək fəaliyyətinin kimyaterapiyanın effektivliyini artırdığı müşahidə edilmişdir. Buna görə gələcəkdə kombinə müalicələrdə də istifadə edilə bilər.
Mənbələr
2. Ravichandran P et al., (April 2015). "Tip60 Overexpression Exacerbates Chemotherapeutic Drug Treatment in Breast, Pancreatic, and Lung Cancer Cell Lines". The FASEB Journal. (April 2015). 29
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.