Nəfəs darlığı – dispne necə diaqnoz edilir və müalicə olunur? Qorunma yolları nələrdir?

Bu məqalədə
Diaqnoz
Həkimlər nəfəs darlığını (dispne) tam fiziki müayinə nəticəsində müəyyən edə bilər. Şəxsin dispne tutmalarının necə başladığı, nə qədər sürdüyü, nə tezlikdə yarandığı və nə qədər ciddi olduğu ətraflı müəyyən edilməlidir.
Dispnenin diaqnozunda və şəxsin ürək, ağciyər və əlaqəli digər nahiyələrinin müayinəsində adi ağciyər rentgenindən və ya kompüter tomoqrafiyasından (BT) istifadə edilə bilər. Elektrokardioqram (EKG) nəfəs darlığının səbəblərindən olan mümkün infarktın izlərini müəyyən edə bilər.
Hava axınının və xəstənin ağciyər tutumunun ölçülməsi tənəffüs problemlərinin səbəbini və dərəcəsini müəyyən etməyə kömək edə bilər. Xəstənin qanındakı oksigen miqdarı və qanın oksigen daşıma qabiliyyətinin ölçülməsi kimi əlavə testlər də edilə bilər.
Müalicə
Dispne müalicəsində həkimlər tənəffüs problemlərinin səbəbinə diqqət yetirir və şəxsin daha yaxşı nəfəs almasına kömək edəcək müalicə planları hazırlayırlar.
Üz və boyun nahiyəsinə soyuq hava axını kömək edə bilər. Əsas səbəbə yönəlmiş müalicələr insandan insana dəyişir və problemin həqiqi səbəbindən asılıdır. Dispne astma ilə əlaqəlidirsə, bronxgenişləndiricilər (ağciyər hava yollarını genişləndirənlər) və steroid müalicələrindən uğurlu nəticələr alınır. Lakin dispne sətəlcəm (pnevmoniya) kimi infeksiyalardan qaynaqlanırsa, antibiotiklər rahatlama təmin edir. Opioidlər (narkotik ağrıkəsicilər), iltihabəleyhinə dərmanlar, anksiyete əleyhinə dərmanlar kimi preparatlar da təsirli ola bilər.
Tənəffüs problemləri KOAH-dan (xroniki obstruktiv ağciyər xəstəliyi) qaynaqlana bilər. Bu halda xüsusi nəfəs üsulları (pursed lip breathing və gücləndirici məşqlər) faydalı ola bilər. İnsanlar bu üsulların necə ediləcəyini tənəffüs reabilitasiyası proqramlarında öyrənə bilərlər. Nəfəs darlığı üzrə ixtisaslaşmış dispne laboratoriyalarında insanların bu proqramları problemlərinin əsas səbəbi hələ davam etsə belə faydalı hesab etdiyi bildirilib.
Dispne laboratoriyalarına görə dispnesi olan bir çox şəxs üz və boyun nahiyəsinə soyuq hava axınının şikayətləri azaltmaqda faydalı olduğunu bildirib.
Qorunma
- Siqareti tərgitmək
- Mümkün qədər siqaret çəkilən yerlərdən uzaq durmaq
- Kimyəvi tüstülərdən, odun və kömür tüstüsündən uzaq durmaq
- Arıqlamaq (ürək və ağciyərlərdə təzyiqi azaldır, daha asan idman etməyə imkan verir. Bunun nəticəsində ürək-damar və tənəffüs sistemləri güclənir).
- Yüksək rakımlı bölgələrdə idman etmək
Xüsusi xəstə qruplarında dispne
Dispne müxtəlif xüsusiyyətləri olan insanlara fərqli təsir edə bilər.
Hamilələrdə;
Dispne simptomları hamiləlikdə yüngül və geniş yayılmışdır. Hamiləlik, çəki artımı və dölün ana bətnində böyüyüb döş qəfəsi orqanlarını sıxması ilə qadının tənəffüs tutumunu % 20-yə qədər azaldır. Lakin dəqiqədə alınan nəfəs sayı və ya tənəffüs tezliyi hamiləlik boyunca adətən dəyişmir.
Yaşlı və/və ya ciddi sağlamlıq problemi olan şəxslərdə;
Dispne xəstəliklərinin son mərhələsində (məsələn, xərçənglərin və ya ürək çatışmazlığının) olan şəxslərdə yarana bilər. Bu məqamda nəfəs darlığı son dövr müalicələri çərçivəsində qiymətləndirilməlidir.
Uşaqlarda;
Yuxarı tənəffüs yollarını daraldan xəstəliklər geniş yayılmış pediatrik təcili hallardandır və uşaqlarda nəfəs darlığının ən çox səbəbidir. Boğaz infeksiyaları, yad cismin nəfəs borusuna düşməsi və nəfəs borusu iltihabları uşaqlarda dispnenin geniş yayılmış səbəbləridir.
Ümumi baxış
Dispneli şəxslərə ümumi yanaşma dispnenin səbəbindən asılıdır. Dispnenin əsas səbəbi (pnevmoniya və ya astma kimi) müalicə edilib sağaldılarsa, tənəffüs problemləri böyük ölçüdə aradan qalxar. Lakin nəfəs darlığı ciddi və xroniki xəstəlikdən qaynaqlanırsa və bu xəstəlik zamanla pisləşirsə (ürək xəstəlikləri, KOAH, ağciyər xərçəngi kimi), yaxşılaşma məhdud ola bilər.
Dispneli xəstələr həkimləri ilə birlikdə yaxşı müalicə planı ilə bu vəziyyəti idarə etməlidirlər.
Mənbələr
medicalnewstoday.com
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.