Sedentar - hərəkətsiz həyat tərzi qocalmanı sürətləndirir

Bu məqalədə
Sedentar (hərəkətsiz) həyat tərzinin sağlamlığa mənfi təsirləri yaxşı bilinir, lakin idman çatışmazlığından təsirlənənlər yalnız gənclər deyil. Yeni araşdırma aşağı fiziki fəallığın yaşlı qadınların bioloji yaşı üzərində təsirini ortaya qoyur.
Sedentar həyat həyat tərzi bioloji qocalmanı sürətləndirir
Biz qocaldıqca hüceyrələrimiz də qocalır. Əslində, hüceyrələr bədənimizdəki hər orqanı təşkil etdiyinə görə əsl qocalma hüceyrə qocalmasıdır deyə bilərik. Bununla belə, hüceyrələrin qocalma sürəti insandan insana dəyişir.
Həyat tərzi amilləri - alkoqol istehlakı, siqaret, idman azlığı kimi - hüceyrə qocalmasının sürətinə böyük təsir göstərə bilər.
Hüceyrələrimiz normal olaraq bədənin daxilindəki və xaricindəki qıcıqlara reaksiya verir və bunu müxtəlif bioloji yollardan istifadə edərək edir. Genetik tənzimlənmə belə yollardan biridir.
Hüceyrələrimiz DNA-larınınuclarında təkrarlanan nukleotid ardıcıllıqları olan telomerləri ehtiva edir. Telomerlər xromosomları pozulmadan qoruyur; ayaqqabı bağlarının uclarındakı strukturların onları aşınmadan qoruduğu kimi.
Telomer uzunluğu qocalma və müxtəlif xəstəliklərlə əlaqələndirilib. Qocaldıqca hüceyrələr ölənədək və ya xərçəng hüceyrələrinə çevrilənədək telomerlər qısalır, daha doğrusu DNA-nın hər bölünməsi telomerləri qısaldır. Qısa telomerlər xərçəng, ürək-damar xəstəlikləri və diabetlə əlaqələndirilib.
Tədqiqat
Yanvar 2017-ci ildə American Journal of Epidemiology-də dərc olunan tədqiqatda telomer uzunluğunun idman və bioloji yaşla əlaqəsi qiymətləndirilib. Tədqiqatda orta yaşı 79 olan 1481 qadının ağ qan hüceyrələrinin (ağ qan hüceyrəsi = leykosit) telomer uzunluğu (LTL) ilə hərəkətsiz keçirdikləri müddət arasındakı əlaqə ortaya qoyulub.
İştirakçıların sedentar keçirdikləri vaxt həm öz bildirişləri, həm də sağ budlarında 7 gün daşıdıqları hərəkətölçən (accelerometer) vasitəsilə qiymətləndirilib.
Sedentar yaşayan qadınların bioloji yaşı 8 il çox olub
Tədqiqatın nəticəsinə görə az idman edən və gündə 10 saatdan çox hərəkətsiz qalan qadınların daha az sedentar olan və daha çox idman edən qadınlara nisbətən bioloji baxımdan "daha yaşlı" hüceyrələri var idi.
Tədqiqat sedentar həyat tərzi ilə hüceyrələrin daha sürətlə qocaldığını, xronoloji (təqvim) yaşın bioloji yaşla hər zaman uyğun gəlmədiyini göstərir.
Tədqiqatçılara görə bu, sedentar həyat tərzi, idman və telomer arasındakı əlaqəni göstərən ilk araşdırmadır. Həmçinin telomer uzunluğu və qocalmada həyat tərzi seçimlərinin əhəmiyyətini vurğulayır. İdmanın faydaları barədə müzakirələr gənc yaşda başlamalı və fiziki fəallıq hansı yaşda olursa-olsun davam etməlidir.
Mənbələr
Associations of Accelerometer-Measured and Self-Reported Sedentary Time With Leukocyte Telomere Length in Older Women.
Am J Epidemiol (2017) 172-184. DOI: https://doi.org/10.1093/aje/kww196
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.