Silinmiş DNA-nın aşkar edilən sirri – İmmun sistemini şişə qarşı aktivləşdirə bilər

Bu məqalədə
Texas Universitetinin tədqiqat qrupu bioloji kəşfə əsaslanaraq hazırladığı yeni dərman namizədi ilə immun hüceyrələrinin xərçənglə mübarizə qabiliyyətini artırdıqlarını bildirdi. Melanoma, sidik kisəsi xərçəngi, leykoz və yoğun bağırsaq xərçəngi kimi siçan modellərində bu eksperimental dərman şişlərin böyüməsini yavaşlada və ömrü uzada bildi. Diqqətçəkən bu tədqiqat 28 sentyabr 2023-cü ildə Cancer Cell jurnalında dərc edildi.
Bir çox xərçəng 9p21 adlandırılan DNA bölgəsini silir; bu, melanoma, sidik kisəsi xərçəngi, mezotelioma və bəzi beyin xərçəngləri kimi müəyyən xərçənglərdə 25-50% arasında rast gəlinən ən yayğın DNA silinməsi şəklində genetik dəyişiklikdir. Alimlər 9p21 silinməsi olan xərçənglərin xəstələr üçün daha pis nəticələr və immunoterapiyalara qarşı davamlılıq demək olduğunu çoxdan bilirlər.
Silinmə qismən xərçəngi MTA adlı toksik birləşməni ifraz etməyə sövq edərək. MTA adlanan bu birləşmə xərçəng hüceyrələrinin immun sistemi tərəfindən aşkarlanıb məhv edilməsinin qarşısını alır, eyni zamanda immunoterapiyaların effektivliyinə mane olur.
Tədqiqatın 4 mühüm tapıntısı
- MTAP fermentini kodlaşdıran eyniadlı MTAP geninin itirilməsi melanoma və sidik yolları xərçənglərində MTA səviyyələrini və immunoterapiya uğursuzluğunu artırır.
- Şiş mikromühitindəki artıq MTA T hüceyrələrinin fəaliyyətini pozur.
- MTAP geni silinmiş şişlərə eksperimental olaraq hazırlanmış PEG-MTAP fermentinin tətbiqi T hüceyrələrindən asılı şəkildə şişin böyüməsini nəzarətə alır
- MTAP fermenti və immunoterapiyanın kombinə müalicəsi MTAP çatışmazlığı olan xərçənglərin müalicəsində təsirli ola bilər.
Bu tədqiqata rəhbərlik edən onkoloq Dr. Everett Stone "Heyvan modellərində dərmanımız MTA-nı normal səviyyələrə endirir və immun sisteminin aktivliyi geri qayıdır. Şişin ətrafında daha çox T hüceyrəsi görürük və onlar hücum vəziyyətindədirlər. T hüceyrələri şiş hüceyrələrini tanıya və onları içəridən çölə doğru parçalayan fermentlərlə doldura bilən mühüm immun hüceyrəsi növüdür." deyə bildirir.
Dr. Stone dərmanın immunoterapiyalarla birlikdə istifadə olunmasını təsəvvür edir.
9p21 silinməsi xərçəng hüceyrələrində bəzi əsas genlərin itirilməsinə səbəb olur. Məsələn, hüceyrə dövrünü tənzimləyən maddələri istehsal edən bir cüt gen itir; bunlar sağlam hüceyrələrin yavaş və sabit sürətlə böyüməsini və bölünməsini təmin edən zülallardır. Bu genlər itirildikdə hüceyrələr nəzarətsiz şəkildə böyüyə bilər. Bu da xərçəngə təkan verə bilər. Həmçinin MTA toksinini parçalayan ferment istehsal edən başqa bir gen də silinir. Dr. Stone-un sözlərinə görə, bu itki xərçəng hüceyrələrinin immun sistemini fəaliyyətsizləşdirmək qabiliyyəti qazanmasına imkan verir.
"Xərçəng bu iki geni itirdikdə normalda onun nəzarətsiz böyüməsinin qarşısını alan əyləcləri itirir. Eyni zamanda bədənin polis qüvvəsini silahsızlaşdırır. Beləliklə, xeyli daha aqressiv və bədxassəli xərçəng növünə çevrilir." deyir Dr. Stone.
Dərman namizədini yaratmaq üçün Stone və həmkarları bədənin təbii olaraq istehsal etdiyi və MTA-nın parçalanmasına kömək edən fermentdən başladılar, sonra ona çevik polimerlər əlavə etdilər.
Dr. Stone "Onsuz da çox yaxşı fermentdir, lakin onu bədəndə daha uzun müddət qalacaq şəkildə optimallaşdırmalı olduq. Təbii fermenti sadəcə inyeksiya etsəydik, bir neçə saat ərzində xaric olardı. Siçanlarda dəyişdirilmiş versiyamız günlərlə qan dövranında qaldı; bu da insanlarda daha uzun müddət qala biləcəyini düşündürdü." deyə qeyd edir.
Tədqiqatçılar PEG-MTAP adlı dərmanları üzərində daha çox təhlükəsizlik sınağı aparmağı planlaşdırır və onu insanlarda klinik sınaqlara keçirmək üçün maliyyə axtarırlar.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.