Siqaret və elektron siqaretdən qaynaqlanan nikotin bədəndə nə qədər qalır?

Bu məqalədə
Nikotin siqaret, e-siqaret və müxtəlif tütün məhsullarında ola bilən, asılılıq yaradan maddədir. Tütün məhsullarından istifadədən sonra nikotinin bir hissəsi bədənimizdə qalır. Bəzi tibbi testlər insanların sidiyində, qanında, tüpürcəyində, saçında və dırnaqlarında nikotini aşkarlaya bilir.
Siqaret çəkildikdə bədən nikotinin yüzdə 90-nı mənimsəyir (sorur). Buna görə istifadəçilər nikotini hiss etməsələr belə təsirləri müəyyən müddət davam edəcək.
Nikotin bədəndə nə qədər qalır?
Nikotin qəbulundan iki saat sonra bədənimiz qəbul olunan nikotinin təxminən yarısını uzaqlaşdırır. Bu, nikotinin təxminən 2 saatlıq yarımömrü olduğu deməkdir. İki saatlıq qısa yarımömür nikotinin ani təsirlərinin sürətlə yox olması deməkdir; insanların yeni nikotin qəbuluna ehtiyac duymasını təmin edən də budur.
Nikotin bədənə daxil olduqda kotinin, anabazin və nornikotin daxil olmaqla 20-dən çox maddəyə parçalanır.
Parçalanan bu maddələr sidiklə bədəndən uzaqlaşdırılır. Nikotin səviyyələri və nikotinin parçalanması nəticəsində yaranan maddələr bu nümunələrdə yoxlanıla bilər:
- Sidik
- Qan
- Tüpürcək
- Saç
- Dırnaq
Amerika Klinik Kimya Cəmiyyətinə görə tütün istifadə edən şəxsin qanındakı kotinin səviyyəsinin tütün istifadə etməyən şəxslə eyni səviyyəyə çatması 2 həftədən çox çəkə bilər. Sidikdəki səviyyəsinin çox aşağı olması isə bir neçə həftə çəkir. Həmçinin qanda və sidikdə kotinin ölçümü daha etibarlı ölçmə nəticəsi verir (kotinin nikotinin son məhsuludur). Çünki bədəndə daha uzun qalır. Nikotinin yarımömrü 2 saat, kotininin yarımömrü isə təxminən 16 saatdır.
Nikotin saçlarda daha uzun qala bilər, lakin insanlar klinik tədqiqatlarda iştirak etmədikcə bu test nadirən istənir.
Nikotinin bədəndə qalma müddəti insanlar arasında fərqlənir:
- Nikotin 65 yaşdan yuxarı yetkinlərin bədənində daha uzun qala bilər.
- Qadınlar xüsusilə doğuşa nəzarət həbləri qəbul edəndə nikotini kişilərdən daha sürətlə uzaqlaşdırırlar.
- Nikotin daha çox sayda və daha tez-tez siqaret çəkən insanların bədənində daha uzun qalır.
Nikotin çəkilməsi nə qədər davam edir?
Fiziki çəkilmə əlamətlərinin şiddəti və vaxtı şəxsin nə qədər siqaret çəkməsindən asılı olaraq dəyişəcək. Nikotin çəkilməsinin əlamətləri siqaret çəkdikdən bir neçə həftə sonra yaranacaq. İlk həftə adətən ən çətin olur və simptomlar (şikayətlər) bir neçə həftə ərzində tədricən azalır.
Nikotin çəkilməsinin fiziki və psixoloji təsirləri bunlardır:
- Narahatlıq və ya stress
- Əsəbilik
- Yuxu problemləri
- Depressiya
- Hüzursuzluq
- Diqqət dağınıqlığı
- İştaha artımı
Bu təsirlər stress dövrlərində daha intensiv də yaşana bilər.
Siqaret və elektron siqaret istifadəsi nikotin qəbulu səviyyələri baxımından fərqlənirmi?
Nikotin testləri elektron siqaret istifadəsində də bədəndəki nikotin miqdarını aşkarlayır. E-siqaretlərin nikotin və daşıdıqları digər kimyəvi maddələr vasitəsilə qısa və uzunmüddətli təsirləri araşdırılmağa davam etsə də, bədənin e-siqaretdən alınan nikotini siqaretdən alınanla oxşar şəkildə emal edib-etmədiyi hələ bilinmir.
Eyni zamanda insanların e-siqaretlərdən nə qədər nikotin aldığını demək də asan deyil; həm cihazlardakı məhlullar fərqli miqdarda nikotin ehtiva edir, həm də etiketdəki dəyərlə əslində alınan arasında mühüm fərqlər ola bilər. Əksər e-siqaretlərdə nəzarətsiz və həddindən artıq nikotinə məruzqalma narahatlığı var. E-siqaretlərdən alınan nikotinin daha yaxşı müəyyən edilməsi üçün bu mövzularda araşdırmalara ehtiyac var;
- Buxarlanan e-siqaret məhlulundakı nikotin miqdarı
- E-siqaret cihazlarının nikotin vermə göstəricisi
- İstifadəçilərin istehlak tezliyi və müddəti ilə bağlı fərqlər
Nikotin bədəndən tamamilə uzaqlaşdırıla bilərmi?
Xaricdən alınandan başqa bədəndə də nikotin olduğu üçün bədənin nikotindən tam təmizlənməsi gözlənilmir. Lakin xaricdən alınan nikotin bədənimizin istehsal etdiyindən xeyli çoxdur.
Doğru nikotin testi nəticəsi əldə etmək üçün testdən 10 gün əvvəl nikotin qəbul edilməməlidir, çünki qan testləri 10 gün ərzində kotinini aşkarlaya bilər.
Bədənin nikotindən sürətlə təmizlənməsinin qəti yolu yoxdur, lakin insanlar sağlam həyat sürməyə çalışmalıdırlar.
Nikotinin bədəndən təmizlənməsinə kömək üçün bol su içmək tövsiyə edilə bilər. Bu, tullantı məhsulların böyrək və qaraciyərdən uzaqlaşdırılmasına kömək edəcək. Eyni zamanda idman və ya məşq də faydalıdır. Qan dövranını təmin etmək və ya sürətləndirmək tullantı məhsulların tərləmə yolu ilə atılmasına kömək edəcək.
Xülasə etsək, nikotinin bədəndən atılma göstəricisi;
- Şəxsin nikotini hansı miqdarda və nə qədər tez-tez qəbul etməsi,
- Şəxsin tütün məhsulunu nə qədər müddət istifadə etməsi,
- Şəxsin ümumi sağlamlığı və yaşı kimi meyarlara görə dəyişir.
E-siqaret kimi digər nikotin qəbulu üsullarının siqaretdən alınan nikotinlə müqayisədə bədəndən atılma müddəti hələ aydın deyil.
Son olaraq tütün məhsullarının istifadəsinə həmişə qarşı olduğumuzu bildirərkən buna da diqqət çəkməliyik; bəzi kommersiya məhsulları və bitki mənşəli dərmanlar bədəndən nikotini uzaqlaşdırma qabiliyyətini artırır kimi satılsalar da, bu iddiaları sübut olunmayıb.
*
- Bütün elektron siqaret xəbərləri

Mənbələr
cdc.gov - 27 December 2016
2. Benowitz, N. L.
Nicotine addiction.
New England Journal of Medicine, 25 August 2010
3. Benowitz, N. L., Hukkanen, J., & Jacob.
Nicotine chemistry, metabolism, kinetics, and biomarkers.
Handbook of Experimental Pharmacology, 2009
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.