Ümumi anesteziya 1842 – İşgəncənin dərmanı

Anesteziyadan əvvəlki dövrdə aparılan cərrahiyyələrin qorxunc həqiqətlərini unutmağımız mümkünsüz olsa da, müasir dünyamızda yəqin ki, unuduruq.
19-cu əsrin məşhur roman və pyes yazıçısı Fanny Burney yalnız bir stəkan şərabla mastektomiya (süd vəzi xərçəngi əməliyyatı) ağrısına dözməli idi və Burney əməliyyat masasının ətrafına düzülmüş yeddi kişi tərəfindən tutulurdu. Həmin günlər haqqında Burney bunları söyləyir:
"Qorxunc polad (neştər) süd vəzinə ilk dəfə batırıldıqda – eyni anda venalar, arteriyalar, ət və sinirlər kəsilərkən – bütün kəsim müddətində fasiləsiz davam edəcək qışqırıqlarımı atmağa başlamışdım. Daha sonra bıçağın döş sümüyünün üzərində sürüşdüyünü hiss edəndə qaşıma prosesinin başladığını anladım. Bütün proses sözün həqiqi mənasında işgəncə idi və qışqırmaqdan başqa heç nə edə bilmirdim."
Ümumi anesteziya xəstənin ağrı çəkmədən cərrahi əməliyyat keçirməsinə kömək edən dərmanların istifadə olunduğu şüursuz vəziyyətdir. Anesteziyanın erkən formaları tiryək şəklində tarixdən əvvəlki dövrlərə gedib çıxır. İnka şamanları bədənin müəyyən nahiyəsini yerli olaraq keyitmək üçün koka yarpaqlarından istifadə edirdi. Lakin müasir əməliyyatlar üçün uyğun ümumi anesteziyanın kəşfi adətən üç amerikalıya aid edilir: həkim Crawford W. Long və diş həkimləri Horace Wells və William Morton.
- 1842-ci ildə Long xəstəsi efir tənəffüs edərkən onun boynundakı kistanı çıxardı.
- 1844-cü ildə Wells adətən "güldürücü qaz" olaraq bilinən azot protoksidindən istifadə edərək bir çox diş çəkdi.
- Morton 1846-cı ildə kömək etdiyi cərrahın xəstənin çənəsindən şişi çıxarmaq üçün efirdən istifadə etdiyi açıq nümayişlə şöhrət qazandı və qəzetlərə mövzu oldu. 1847-ci ildə xloroform da istifadə edildi, lakin efirdən daha yüksək risklər daşıyırdı. Mortonun tətbiqlərindən sonra anesteziklərdən istifadə sürətlə yayılmağa başladı.
1847-ci ildə plastik cərrahiyyənin öncüllərindən Johann Friedrich Dieffenbach bunları yazmışdı:
"Ağrının bizdən alındığı möhtəşəm xəyal gerçək oldu. Ağrı dünyəvi varlığımızın ən yüksək şüuru olmaqla yanaşı, bədənimizin mükəmməllikdən nə qədər uzaq olduğunun ən aşkar hissidir. Ağrı indi insanın kəşf etdiyi efir buxarının gücü qarşısında əyilməlidir."
Yazıdakı şəklin izahı: Anestezik vasitələrdən istifadə
Yazıda adı çəkilən tarixi şəxslər: Frances Burney (1752–1840), Johann Friedrich Dieffenbach (1795–1847), Crawford Williamson Long (1815–1878), Horace Wells (1815–1848), William Thomas Green Morton (1819–1868)
- Əvvəlki mövzu: Alexis Martinin mədəsinin müşahidəsi 1833
- Sonrakı mövzu: İngilis işçi sinfinin gigiyenik şəraiti 1842 – İctimai sağlamlıq qanunu
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.