Məzmuna keç
Prof. Dr. Mustafa Özdoğan · Tibbi onkologiya mütəxəssisi

Yoğun və düz bağırsaq xərçəngində residiv (təkrarlanma) riskini və kimyaterapiya ehtiyacını müəyyən etmək üçün LİKİD (QANDAN) BİOPSİYA

Yoğun və düz bağırsaq xərçəngində residiv (təkrarlanma) riskini və kimyaterapiya ehtiyacını müəyyən etmək üçün LİKİD (QANDAN) BİOPSİYA

Hər il 1.3 milyon yeni hadisə ilə kolorektal (yoğun bağırsaq) xərçənglər, dünyada ən çox görülən 3., ən çox ölümə səbəb olan 2. xərçəng növüdür. ABŞ statistikasına görə kolorektal xərçəngli xəstələrin təxminən % 75-nə erkən və yerli irəliləmiş (1. - 3.) mərhələdə, % 25-nə metastatik (4.) mərhələdə diaqnoz qoyulur. Həm erkən diaqnoz, həm də müalicə sahəsində əldə edilən irəliləyişlərə baxmayaraq kolorektal xərçənglərdə 5 illik sağqalım göstəricisi % 65 səviyyəsindədir. Buna görə yoğun və düz bağırsaq xərçənglərinin idarə edilməsində yeni strategiyalara ehtiyac var.

Hazırda yerli irəliləmiş (2. və 3. mərhələ) yoğun bağırsaq xərçənglərinin standart müalicələrindən biri cərrahi müdaxilə ilə şişin aradan qaldırılmasını və sonra bəzi xəstələrə geridə qalması mümkün şiş hüceyrələrini məhv etmək üçün adyuvant kimyaterapiya tətbiqlərini ehtiva edir. Standart olaraq mərhələ 2 yoğun bağırsaq xərçənglərinin çoxuna adyuvant kimyaterapiya tətbiq edilməməkdədir. Lakin bu xəstələrin %10-15-də geridə rezidual xəstəlik (qalıq şiş toxuması) qaldığı müşahidə edilir. Bunun əksinə, mərhələ 3 yoğun bağırsaq xərçənglərinin %50-də cərrahi müalicə ilə şiş tam təmizlənə bilsə də, xərçəngin residiv (təkrarlanma) riskini azaltmaq üçün bu xəstələrin də çoxuna adyuvant kimyaterapiya tətbiq edilir. Üstəlik adyuvant kimyaterapiya tətbiq edilmiş mərhələ 3 yoğun bağırsaq xərçəngli xəstələrin %30-da sonrakı dövrdə adyuvant kimyaterapiyaya baxmayaraq xəstəliyin təkrarlandığı müşahidə edilir. Buna görə istəmədən adyuvant kimyaterapiyalar xəstələrin bir qrupunda qeyri-kafi müalicələrin, digər qrupunda isə lazımsız və artıq müalicələrin baş rolunda yer alır. Odur ki, adyuvant müalicədən fayda görəcək xəstələri müəyyən etmək üçün residiv riski yüksək olan xəstələri aşkarlaya bilən daha yaxşı biomarkerlərə ehtiyac duyulur. Beləliklə həm residivlərin erkən aşkarlanması, həm də adyuvant müalicədən fayda görəcək xəstələrin müəyyən edilməsi, izləmə və müalicə strategiyalarının təyini mümkün olacaq. Məhz bu məqamda, qanda sərbəst dövr edən şiş hüceyrələrinin DNT-si (ctDNA), invaziv (müdaxilə tələb edən) olmayan ümidverici biomarker kimi qarşımıza çıxır.

Son illərdə aparılmış tədqiqatlarda ölməkdə olan xərçəng hüceyrələrinin DNA parçalarını qana verdiyi kəşf edilmiş və bu DNT parçaları qanda dövr edən şiş DNT parçaları (circulating tumor DNA =ctDNA) adlandırılmışdır. Qanda dövr edən bu şiş DNT parçalarının götürülüb araşdırılması üsulları da ümumilikdə likid (maye, qandan) biopsiya adlandırılmışdır. Bu üsullarda hər hansı invaziv müdaxilə olmadan yalnız xəstədən alınan kiçik qan nümunəsi üzərində işlənir. Son vaxtlarda likid biopsiyaların xərçəngdə residivin proqnozlaşdırılmasındakı rolu tez-tez araşdırılır. Məhz JAMA Oncology jurnalında dərc edilmiş, 122 xəstənin iştirakı ilə aparılmış geniş tədqiqatda da bu mövzu nəzərdən keçirilmişdir.

Tədqiqatda mərhələ 1-2-3 yoğun bağırsaq xərçəngli 122 xəstədən əməliyyatdan əvvəl, əməliyyatdan sonra 30. gündə və hər 3 aydan bir, ümumilikdə 3 il ərzində qan nümunələri alınmış, bu nümunələrdə dövr edən şiş DNT parçaları (ctDNA) araşdırılmışdır.

Diqqətçəkən nəticələr

Tədqiqatın nəticəsində əməliyyatdan sonrakı erkən dövrdə ctDNA analizləri, 16 residivin 14-nü aşkarlamışdır. Əməliyyatdan sonra 30. gündə alınan nümunələrdə də ctDNA müsbət aşkarlananlarda mənfi aşkarlananlarla müqayisədə 7 dəfə daha çox residiv müşahidə edilmişdir. Eyni şəkildə adyuvant müalicədən sonra ctDNA müsbət aşkarlananlarda mənfi aşkarlananlarla müqayisədə 17 dəfə daha çox residiv müşahidə edilmişdir. Belə ki, adyuvant müalicədən sonra ctDNA müsbət aşkarlanan 7 xəstənin hamısında residiv müəyyən edilmişdir. Əməliyyatdan sonrakı dövrdə ümumi müşahidə müddəti ərzində isə ctDNA müsbət aşkarlananlarda mənfi aşkarlananlarla müqayisədə 40 dəfə daha çox residiv müşahidə edilmişdir.

Nəticə olaraq; yoğun bağırsaq xərçəngli xəstələrdə əməliyyatdan sonrakı dövrdə dövr edən şiş DNT-si analizləri residivlərin erkən aşkarlanmasında və adyuvant kimyaterapiyanın effektivliyinin qiymətləndirilməsində faydalı olmuşdur. Bu texnika yoğun bağırsaq xərçəngində əməliyyatdan sonrakı dövrdə adyuvant kimyaterapiya üçün uyğun xəstə seçimi, adyuvant kimyaterapiyanın müddəti, müşahidə müddəti və residivlərin erkən aşkarlanması üçün istifadə edilə bilər. Buna görə dövr edən şiş DNT-si analizləri əməliyyatdan sonrakı dövrdə yoğun bağırsaq xərçənglərinin idarə edilməsini dəyişə bilər. 

Mənbələr

Reinert T, Henriksen TV et al. Analysis of Plasma Cell-Free DNA by Ultradeep Sequencing in Patients With Stages I to III Colorectal Cancer. JAMA Oncol. 9 May 2019

Görüş sorğusu

DROZDOGAN SÜNİ İNTELLEKT

Bu məqaləni birlikdə araşdıraq

Məqalə haqqında sual verin və cavabları saytımızdakı yayımlanmış mənbələrlə birlikdə oxuyun.

DROZDOGAN SÜNİ İNTELLEKT

Drozdogan Köməkçisi

Yoğun və düz bağırsaq xərçəngində residiv (təkrarlanma) riskini və kimyaterapiya ehtiyacını müəyyən etmək üçün LİKİD (QANDAN) BİOPSİYA

Məqalə haqqında sual verin və cavabları saytımızdakı yayımlanmış mənbələrlə birlikdə oxuyun.

Söhbət və məxfilik məlumatı

Bu söhbətə Drozdogan Köməkçisi cavab verir. Səlahiyyətli sayt idarəçiləri onu keyfiyyət üçün nəzərdən keçirə bilər. Şəxsi məlumat paylaşmayın.

Cavablar OpenAI infrastrukturu ilə hazırlanır. Suallar və cavablar həmin xidmət tərəfindən işlənir; söhbət qeydləri saytımızda saxlanılır. Şəxsiyyət, əlaqə və ya şəxsi sağlamlıq məlumatlarını paylaşmayın.

0 / 1000

Yalnız məlumat üçündür; fərdi diaqnoz və ya müalicə məsləhəti verilmir.

Əlaqəli məqalələr

Bu mövzuda digər məqalələrə baxın.

Yeniliklərdən xəbərdar olun

Yeni məqalələri və elmi yenilikləri e-poçtla alın.

Google Analytics ümumi səhifələrdə bu pəncərədən asılı olmadan işləyir və analitik kukilərdən istifadə edə bilər. Buradakı seçiminiz yalnız xarici xidmətləri idarə edir.