Yumurtanın faydaları və qida dəyərləri

Bu məqalədə
Yumurta həm dünyada, həm də ölkəmizdə əvəzolunmaz qidalar arasındadır. Çox müxtəlif bişirmə üsulları olan, müxtəlif yeməklərə, souslara və ya şirniyyatlara əlavə edilən, səhər yeməklərinin ayrılmaz hissəsi olan, demək olar hər kəsin əldə edə bildiyi yumurtanın hansı faydaları olduğunu gəlin birlikdə nəzərdən keçirək.
- Yumurtanın tərkibində yağ və zülalın tarazlığı olduqca sağlam nisbətdədir. Bunun sayəsində arıqlamağa kömək edir.
- Yaxşı zülal mənbəyidir. Bir yumurtada orta hesabla 6 qram zülal var. Bunun sayəsində əzələ nisbətinizi artırmağa və tox qalmağınıza kömək edir.
- Orta ölçülü bir yumurtada 5 qram yağ var və bu, 78 kaloriyə bərabərdir (qaynadılmış yumurta üçün). Bu aşağı karbohidrat miqdarı da yumurtanı sağlam edən amillərdəndir.
- Yumurtanın ağı xüsusilə amin turşuları baxımından yaxşı mənbə olduğuna görə arıqlamağa kömək edir.
- Yumurta D vitamini (kalsiumun sorulması üçün vacibdir), fosfor, A vitamini (sağlam görmə, dəri və hüceyrələrin inkişafı üçün vacibdir) və B2 vitamini, selen, karotinoid və xolin ehtiva edir.
Yumurtanın kalorisi bişirmə üsuluna görə dəyişir. Yağda qızartma kimi əlavə etdiyiniz hər ərzaqdan əlavə kalori alırsınız. Qaynadılmış yumurta bunların arasında ən zərərsizi kimi görünür, amma hər şeyin çoxu zərərlidir. Qaynadılmış yumurtanın da miqdarını aşmamaq lazımdır.
Yumurtadakı yağlar zərərlidirmi?
Yumurtanın xolesterolu yüksəltdiyi və buna görə zərərli olduğu barədə geniş yayılmış fikir var. Qidalarda çox müxtəlif yağ növləri olduğu kimi, qandakı yağ molekulları da tək növdən ibarət deyil (triqliserid, HDL, LDL kimi). Qidalanmamızdan yağlı qidaları tamamilə çıxarmaq həm mümkün deyil, həm də düzgün deyil. Lakin xalq arasında qan xolesterolu adlandırılan qan yağlarını sağlam səviyyədə saxlamaq üçün doymuş və trans yağların qəbulunu azaltmaq lazımdır. Yumurtadakı yağın bir hissəsi doymuş olsa da, tərkibində çoxlu doymamış və təkli doymamış yağlar da var. Yaxşı adlandıra biləcəyimiz bu yağlar pis xolesterolu azaltmağa və ürək sağlamlığını qorumağa kömək edir.
Yumurta alarkən nəyə diqqət etmək lazımdır? Qəhvəyi yumurtalar daha sağlamdırmı?
Yumurta seçərkən tapa bildiyiniz ən təzə yumurtanı alın. Ağ yumurta ilə qəhvəyi yumurta arasında qida dəyərləri baxımından fərq olduğu hələ məlum deyil. Əlbəttə, kəndlərdə yaşayan toyuqlar daha müxtəlif qidalandığı üçün kənd yumurtaları qida dəyəri baxımından ferma yumurtalarından üstündür; mümkünsə kənd yumurtasına üstünlük verilməlidir, lakin hər halda yumurta qiymətli və balanslı qidadır.

Yumurtanı sağlam şəkildə istehlak etmək üçün
- Yumurtalarınızı mütləq soyuducuda saxlayın və 3 həftə ərzində istehlak edin.
- Yumurtanı bəhs etdiyimiz “sağlam” kateqoriyasından çıxarmamaq üçün; qaymaqlı souslar, bərk yağlar və ya delikates ət məhsulları ilə mümkün qədər az istehlak edin.
- Ən az kalori üçün qaynadılmış yumurtaya üstünlük verin.
- Səhər yeməklərində çalınmış yumurta, tərəvəz və az duzlu pendirlə, bir qədər zeytun yağı kimi sağlam adlandırdığımız yağlardan istifadə edərək omletlər hazırlaya bilərsiniz.
- Qidanın təhlükəsizliyi baxımından yumurtanız bişmiş olmalıdır, çünki çiy və ya az bişmiş yumurtalar Salmonella mikrobunu yoluxdurmaq riski daşıyır.
- Yumurtanın dadını sevmirsinizsə, bişirdikdən sonra salatlarla və ya humus kimi qidalı qəlyanaltılarla qarışdıraraq istehlak edə bilərsiniz.
Mənbələr
eggnutritioncenter.org
2. Miranda JM, Anton X, Redondo-Valbuena C, et al.
Egg and Egg-Derived Foods: Effects on Human Health and Use as Functional Foods.
Nutrients. 2015
3. United States Department of Agriculture.
National Nutrient Database for Standard Reference Release 28
ndb.nal.usda.gov/ndb/
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.