Erkən mərhələli prostat xərçəngində əməliyyat aktiv izləmədən daha yaxşı deyil

Təxminən 20 illik mühüm tədqiqatın nəticəsinə görə aşağı riskli və erkən mərhələli prostat xərçənglərini əməliyyat etmək bu xəstələri yalnız aktiv izləməklə müqayisədə həyat itkisi göstəricilərini daha çox azaltmır. Yəni erkən mərhələli prostat xərçəngində əməliyyat nəticələri müşahidədən daha yaxşı deyil.
13 İyulda NEJMjurnalında nəticələri dərc edilmiş Prostate cancer Intervention Versus Observation Trial (PIVOT) tədqiqatı 1994-cü ildə başladı və tədqiqata daxil edilmiş yerli prostat xərçəngi olan 731 xəstə median 12.7 il izləndi.
Bu erkən mərhələli prostat xərçəngiolan xəstələrin bir qisminə radikal prostatektomiya dediyimiz prostat xərçəngi əməliyyatı tətbiq edilərkən, digərləri yalnız müşahidə edildi.
20 illik tədqiqatın nəticəsində əməliyyat qrupunda həyat itkisi göstəricisinin %61.3 (364 xəstənin 223-ü), müşahidə qrupunda isə %66.8 (367 xəstənin 245-i) olduğu görüldü. Lakin təxminən yüzdə 5-lik bu fərq statistik əhəmiyyətli tapılmadı (95% confidence interval [CI], −1.5 to 12.4; hazard ratio, 0.84; 95% CI, 0.70 to 1.01; P=0.06).
Tədqiqatın altqrup analizlərinə baxdıqda, orta risk sinfində olan xəstələrin əməliyyat edilənlərində bütün səbəblərə bağlı həyat itkisi göstəriciləri daha az idi. Bununla belə, aşağı və ya yüksək riskli xəstələrdə əməliyyatın belə üstünlük vermədiyi görüldü. Həmçinin sidik saxlaya bilməmə (sidik inkontinansı) və ereksiya problemi (erektil disfunksiya) gözlənildiyi kimi əməliyyat edilənlərdə daha çox idi. Prostat xərçənginə və ya müalicəsinə bağlı gündəlik fəaliyyətlərdə çətinlik çəkmədiaqnozun ilk iki ilində əməliyyat qrupunda müşahidə qrupundan daha çox idi.
Nəticə etibariləyerli / erkən mərhələli prostat xərçəngi xəstələrinin təxminən 20 illik izləmə tapıntılarına görə əməliyyat bütün səbəblərə və ya prostat xərçənginə bağlı həyat itkilərini azaltmaqda xəstələrin aktiv izlənməsindən üstün deyil. Həmçinin bu xəstə qrupunda cərrahiyyə xəstəliyin yerli təkrarlanma ehtimalını azaldır kimi görünsə də, bu təkrarlanmalar əsasən heç bir şikayət yaratmayan növdəndir (asimptomatik). Bundan əlavə, erkən mərhələli prostat xərçəngində əməliyyat xəstələrin müşahidəsi ilə müqayisədə daha yüksək yan təsir göstəricisinə malikdir.
Marağınızı çəkə bilər:
Mənbələr
Follow-up of Prostatectomy versus Observation for Early Prostate Cancer.
N Engl J Med. July, 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.