FDA pembrolizumabın kiçikhüceyrəli olmayan ağciyər xərçəngində təsdiqini genişləndirdi

Əməliyyat və ya definitif kimyoradioterapiyaya uyğun olmayan, III mərhələ və ya metastatik (4-cü mərhələ), kiçikhüceyrəli olmayan ağciyər xərçəngində (KHDAK) ilk xətt üçün, pembrolizumab (Keytruda), immunoterapiyasının təsdiqi bütün PD-L1 müsbətləri əhatə etmək üçün, FDA tərəfindən 11 aprel 2019-da genişləndi. EGFR və ya, ALK sapması olmamalı, PD-L1 müsbət (TPS ≥%1) olmalıdır.
Pembrolizumab əvvəl,, PD-L1 TPS ≥% 50 metastatik KHDAK-də ilk xətt tək maddə kimi təsdiqli idi.
Təsdiq mərhələ III və ya IV KHDAK olan, metastatik KHDAK üçün əvvəllər sistemli müalicə almamış və şişləri PD-L1 müsbət olan 1274 xəstənin daxil edildiyi randomizə edilmiş, çoxmərkəzli, açıq etiketli, aktiv nəzarətli klinik tədqiqat olan KEYNOTE-042işinə əsaslandı.
1-ə 1 təsadüfi ayrıldılar;
- İmmunoterapiya qoluna hər 3 həftə venadaxili 200 mg pembrolizumab;
- Kimyaterapiya qoluna tədqiqatçının seçiminə görə pemetrekset və ya paklitaksel ehtiva edən karboplatin rejimi tətbiq edildi. Randomizasiya ECOG performans vəziyyəti, histologiya, coğrafi bölgə və PD-L1 ekspressiyasına (TPS ≥% 50-yə qarşı TPS %1 ilə %49) görə təbəqələndirildi. KEYNOTE-042 nəticələri
- Araşdırma nəticəsində həm TPS ≥% 50, həm ≥% 20, həm də ≥% 1 olan xəstə alt qruplarında pembrolizumab kimyaterapiyaya nisbətən statistik əhəmiyyətli ümumi sağqalım yaxşılaşması yaratdı.
- TPS ≥% 1-də median ümumi sağqalım pembrolizumabla 16.7, kimyaterapiyayla 12.1 ay idi. İmmunoterapiya bütün PD-L1 müsbətlərdə ölüm riskini %19 azaltdı.
- TPS ≥% 20-də median pembrolizumab 17.7, kimya 13.0 ay idi.
- TPS ≥% 50 alt qrupunda median ümumi sağqalım pembrolizumab və kimyaterapiyada müvafiq 20 və 12.2 ay idi.
- Heç birində proqressiyasız və cavab fərqi əhəmiyyətli deyildi.
,KEYNOTE-042-də tək pembrolizumabda ən az %10 yan təsirlər: yorğunluq, iştahasızlıq, dispnoe, öskürək, səpgi, qəbizlik, ishal, ürəkbulanma, hipotireoz, pnevmoniya, hərarət, arıqlama.
Kiçikhüceyrəli olmayan ağciyər xərçəngində pembrolizumab hər 3 həftə 30 dəqiqəlik venadaxili infuziyada 200 mg tövsiyə edilir.
Mənbələr
fda.gov, yayımlanma tarihi 11 April 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.