Fərqli immunoterapiya hədəfi ilə yeni dərmanlara qapı açıldı

Bu məqalədə
İmmunoterapiyalar xərçəng müalicələrində təsirli istifadə olunmağa başlayıb. Klinik istifadədə olan immunoterapiya dərmanları immun sisteminin döyüşçü hüceyrələri olan T hüceyrələrini fəallaşdırmağa yönəlib. Son illərdəki tədqiqatların bir hissəsi isə digər immun sistemi hüceyrələrinin də xərçəngi hədəfləməsi üçün dərman hazırlama işləridir. JCI Insightjurnalında dərc olunan tədqiqata görə müəyyən anticisimlərlə makrofaqların fəallaşdırılması xərçəng hüceyrələrinin təsirli şəkildə məhv edilməsini təmin edə bilər. Makrofaqlar xərçəng hüceyrələrinə qarşı immun cavabının inkişafında əsas rol oynayan hüceyrələrdəndir.
Makrofaqlar xərçəng hüceyrəsini tanıyanda ətrafını sarıyaraq məhv edir. Bu hadisə faqositoz adlandırılır. Xərçəng hüceyrələri makrofaqların yaratdığı immun cavabından yayınmaq üçün bəzi müqavimət mexanizmləri inkişaf etdirib. Tədqiqatçılar xərçəng hüceyrələrinin makrofaqlara necə görünməz olduğunu bir sıra təcrübələrlə anlamağa çalışıblar.

- Xərçəng hüceyrələrinin səthindəki CD47 zülalı makrofaqların səthindəki SIRPa zülalına bağlanaraq makrofaqların xərçəng hüceyrələrinə hücumuna mane olur (soldakı şəkil).
- Hazırlanmış Anti–SIRPa anticismi xərçəng hüceyrəsi ilə makrofaqların bağlanmasını əngəlləyərək makrofaqların xərçəng hüceyrəsini hədəfləməsini təmin edib (sağdakı şəkil). Tədqiqatçılar eyni zamanda rituximab adlı xərçəng dərmanını da birlikdə tətbiq edərək xərçəng hüceyrələrini daha təsirli dayandırmağı bacarıblar.
SIRPa zülalının fəaliyyəti böyrək xərçəngi hüceyrələrində də çox yüksək olub. Anti SIRPa anticismi tətbiq ediləndə şiş böyüməsinin əngəlləndiyi müşahidə edilib. Bütün bu məlumatlar işığında Anti-SIRPa anticisminin ikili təsirə malik olduğu müəyyən edilib.
Bəs bu tədqiqat klinik baxımdan nə ifadə edir?
- Müasir xərçəng müalicələrində böyük ümid verən immunoterapiyalar üçün yeni dərman hədəfi kəşf edilib.
- İmmun sisteminin digər döyüşçü hüceyrəsi olan makrofaqların fəallaşdırılmasına əsaslanan yeni nəsil dərmanların hazırlanmasına işıq tutur.
Mənbələr
Anti-Sirpα Antibodies As A Potential New Tool For Cancer Immunotherapy,
Jci Insight. 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.