Hissləri idarə etmək hətta xərçənglə mübarizədə də mümkündür: ifadəedici sənət terapiyası!

Təhlükəni hiss etdiyimiz anda beynin bir hissəsi olan amigdala daha fəal işləməyə başlayır. Amigdala emosional hadisələrlə bağlı yaddaşın yaranmasında və saxlanmasında mühüm rol oynayır. Travma yaşamış şəxslərin beyinlərinin “sağ qalmaq mübarizəsi” yaşadığını demək olar. Sağ qalmaq qorxusunu yaşamış şəxslər bundan sonra həqiqi həyati təhlükə ilə qarşılaşmasa da, stres və ya təhlükə hiss etdikləri anda beyin o xatirəni yada salır və reaksiya verir. Travmalarımızı xatırlayanda və ya travmatik hadisəni xatırladan stimul olanda “döyüş - qaç - donub qal” reaksiyası instinktiv işə düşür. O an beynin qərar verən hissəsi olan korteks bunları etmək qabiliyyətinə malik olmaya bilər;
- Nə deyilməlidirsə sözlə söylə
- Seçim et və ya qərar ver
- Problemləri həll et
Stres və ya narahatlıq altında olanda beynimiz bir çox düşüncə və planı kənara atır. Qorxu və narahatlıq halında beynimizin sağlam düşünə bilməməsinin bu məqamda çox normal olduğunu deyə bilərik. Bu halda dayanıb özümüzə bu sualları verə bilərik; “Ağlımdan nələr keçir?”, “Başımda olan narahatlıq indi nəyə bənzəyir?”
Həddindən artıq narahatlıq və qorxu zamanı beynimiz güclü adrenalin (ürəkdöyünməni və qan təzyiqini artıran hormon) altında bir növ boğulma yaşayır. Şüursuz yaşanan bu təcrübələr demək olar ki, hamımızın başına gəlib. Yaxşı xəbər isə ifadəedici sənətlə narahatlıq və qorxularımızı nəzarətə alaraq hissləri idarə edə bilməyimizdir.
1) Zehninizi məşq etdirin: Bunu yaşadığınızı hiss etdiyiniz anda bunun çox normal və təbiətin hissəsi olduğunu xatırlayın. Özünüzü seçdiyiniz sənət fəaliyyətinə hazırlayın; unutmayın ki, heç kim sizdən sənətkar olmağı gözləmir. Üstəlik sənətkarlar belə çoxdan gerçəklikdən uzaq azadlıq içində rəsm çəkirlər. Məsələn, aşağıdakı şəkil

Picassonun çəkdiyi balıq şəklini görən adam deyir: “Bu heç balığa bənzəmir”. Picasso: “Onsuz da o, balıq deyil, şəkildir”.
2) Bədəninizi dinləyin: Bu narahatlığı və boğulmanı bədəninizin ən çox harasında hiss etdiyinizi özünüzdən soruşun. Əvvəllər danışdığımız Body Outline; bədən şablonu işi bu mövzuda çox faydalı çalışma ola bilər.
3) Hərəkətə keçin: Enerjinizin olmadığını hiss etsəniz belə, özünüzü həvəsləndirməyə çalışaraq böyük kağızlarda rəngli qaralamalar da edə bilərsiniz. Bu vaxt ayaqüstə olmaq, qolları geniş dairələr çəkərək hərəkət etdirmək, nə çəkib boyadığınızı düşünmədən özünüzü sərbəst buraxmaq, yalnız sizə ən gözəl gələn rəngi azad istifadə etmək kömək edir.
4) Təkrarlayın: Müntəzəm edildikdə daha çox fayda görəcəyiniz sənət fəaliyyəti nümunələri və tətbiqləri üçün əvvəlki yazılarımıza baxa bilərsiniz.
Nəticə olaraq ifadəedici sənət fəaliyyətləri narahatlıq və qorxu halında, yaşanmış travmalardan sonra hisslərimizi idarə etməyə kömək edən terapiya kimidir. Məsələn, rəsm çəkməyi seçdiniz və “fotoşəkil” və ya “həqiqi” kimi olmasını istəyirsiniz. Təəssüf ki, yalnız belə təsvir etmə narahatlığından uzaq və rahat hiss etdiyimiz zaman hisslərimizi idarə edə bilərik.
Onda bu qısa hekayəni xatırlamaq faydalı ola bilər;
Başqa vaxt bir adam yenə Picassoya soruşur: “Niyə şəkillərinizi gerçəkdə olduğu kimi çəkmirsiniz?” Picasso: “Gerçəkdə olduğu kimi hissəsini izah edərsinizmi?” Adam pulqabından həyat yoldaşının fotoşəklini çıxarıb göstərir. Ardınca Picasso: “Sizcə də həyat yoldaşınız çox kiçik və bir qədər yastı görünmürmü?”
Mənbələr
2. Cathy Malchiodi, Trauma-informed practices and epressive arts therapy institute; trauma-informedpracticeshop.org
3. PAOLA LUZZATTO , VALERIE SERENO and ROY CAPPS, A communication tool for cancer patients with pain: The art therapy technique of the Body Outline.
Cambridge University Press, Published online: 01 September 2003
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.