Hormon-müsbət süd vəzi xərçəngində sacituzumab govitecan ESMO 2022-nin əsas xəbərlərində

9 sentyabrda başlayan ESMO 2022 Konqresinin ilk gününün ən diqqətçəkən təqdimatı əvvəllər 2020-ci ildə üçlü neqativ süd vəzi xərçəngi və 2021-ci ildə urotelial xərçəng üçün FDA təsdiqi almış sacituzumab govitekan təsiredici maddəli dərmanın bu dəfə hormon-müsbət/HER2-mənfi süd vəzi xərçəngində təsirini göstərən TROPiCS-02 tədqiqatı oldu.
TROPiCS-02 nəticələri əvvəllər intensiv və çoxsaylı müalicə almış xəstələrdə sacituzumab govitecanın ümumi sağqalım faydası olduğunu göstərir, lakin optimal klinik tətbiqi barədə suallar yaradır.
Sacituzumab govitekan anticisim-dərman konjuqatı quruluşlu, yeni nəsil qabaqcıl biotexnologiya məhsulu xərçəng dərmanlarındandır.
Konqresdə III faza TROPiCS-02 tədqiqatının planlaşdırılmış ikinci aralıq ümumi sağqalım təhlilinin məlumatları təqdim edildi.
- Əvvəllər çoxsaylı müalicə almış, hormon reseptoru-müsbət/HER2-mənfi metastatik süd vəzi xərçəngi xəstələrində həkimin seçdiyi müalicə ilə müqayisədə sacituzumab ilə ümumi sağqalımda statistik əhəmiyyətli yaxşılaşma görüldü (median 14,4 aya qarşı 11,2 ay; hazard nisbəti [HR] 0,79 [95% etibar aralığı (GA) 0,65-0,96; p=0,02).
- Müalicəyə cavab göstəricisi və həyat keyfiyyətində də mühüm yaxşılaşmalar bildirildi; yan təsirlər idarəolunan idi.
- TROPICS-02 əvvəlki təhlildə statistik əhəmiyyətli proqressiyasız sağqalım (PFS) faydası göstərmişdi: median 5,5 aya qarşı 4 ay.
- 12-ci ayda PFS göstəriciləri 21%-ə qarşı 7% idi.
Bu məlumatlar Trop-2 molekulunu hədəfləyən sacituzumab govitekanın əvvəllər intensiv müalicə almış metastatik süd vəzi xərçəngi xəstələri üçün çox ümidverici seçim olduğunu göstərir. HR-müsbət/HER2-mənfi xəstələr üçün, məsələn CDK4/6 inhibitorları ilə birlikdə, ümumi sağqalımda mühüm yaxşılaşma verən təsirli endokrin müalicələrimiz var. Lakin bunlar uğursuz olduqda kimyaterapiya istifadə edirik və mövcud dərmanların təsiri sonrakı müalicə xətlərində azalır. Son vaxtlarda HER2-aşağı şişləri olan xəstələr üçün trastuzumab deruxtecan diqqətçəkən klinik fayda göstərib. Lakin bu, HER2-aşağı olmayan şişlərə aid deyil; əvvəllər intensiv müalicə almış şəxslər məhdud seçimlər və əlverişsiz nəticələrlə qalırlar.
TROPiCS-02-dəki fayda üçlü neqativ süd vəzi xərçəngində sacituzumab ilə göstərilən faydadan zəif olsa da, TROPiCS-02 nəticələri bu xəstələr üçün klinik əhəmiyyətli təsir göstərir. Hormon-müsbət/HER2-mənfi irəliləmiş süd vəzi xərçənginin sonrakı müalicə xətlərində artıq sacituzumabı nəzərə almalıyıq.
Lakin optimal klinik tətbiq üçün bəzi mühüm məsələlər həll olunmalıdır: birincisi, HER2-aşağı şişlərdə trastuzumab deruxtecan istifadəsindən sonra bu qrupda sacituzumabın təsiri; ikincisi, ən çox fayda görəcək xəstələri seçmək üçün mümkün biomarkerlərin müəyyənləşdirilməsi; üçüncüsü, effektivlik məlumatlarının həyat keyfiyyəti, xəstələrin bildirdiyi nəticələr və yan təsirlər baxımından qiymətləndirilməsi.
*
Aşağıda TROPiCS-02 tədqiqatının qrafik nəticələrinin xülasəsi göstərilir:

Şəkil. HR-müsbət/HER2-mənfi metastatik süd vəzi xərçəngi olan, əvvəllər intensiv müalicə almış xəstələrdə sacituzumab govitecan ilə həkimin seçdiyi müalicəyə qarşı ümumi sağqalım
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.