İdman xərçəng dərmanıdır!

Bu məqalədə
Xərçəng xəstələri üçün idmanın xərçəng dərmanları qədər təsirli olduğunadair hesabat Amerika İdman Təbabəti Kollecinin rəhbərlik etdiyi 17 təşkilatdan 40 mütəxəssisdən ibarət koalisiya tərəfindən təqdim edildi. Bu koalisiyanı hərəkətə gətirən xərçəng diaqnozu qoyulmuş şəxslərdə idmanın uğursuz olduğuna dair iddia idi.
Tədqiqatın müəllifləri idmanın artıq bütün uyğun onkoloji xəstələr üçün standart müalicənin bir hissəsi olmalı və fiziki fəaliyyətin hər xəstə ziyarətində qeydə alınan qan təzyiqinə bənzər həyati göstəriciyə çevrilməli olduğunu bildirdilər.
Komanda hazırda xərçəng müalicəsi alan və ya xərçəngdən sağalmış insanların çoxunun müntəzəm fiziki fəal olmadığını deyir.
Onkoloqun xəstənin idman vəziyyətini qiymətləndirməsi, ölçməsi və tövsiyə verməsi çox vaxt və ya bacarıq tələb etməyən tətbiqdir.
Bu yeni hesabat 16 Oktyabrda CA: A Cancer Journal for Clinicians adlı, dünyada ən çox elmi istinad edilən jurnalda dərc edilmişdir.
Dünyada ümumilikdə 44 milyon xərçəng xəstəsi və hər il 18.1 milyon yeni diaqnoz var. Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıqda təxminən 13.000 nəfərin qatıldığı üç böyük kohort tədqiqatına görə xərçənglə yaşayan və ya müalicəsini tamamlamış insanların üçdə ikisi tamamilə qeyri-fəal / oturaq həyat sürür.
Hesabatın aparıcı müəlliflərindən Schmitz, "Hazırda onkologiyada idmandan istifadə baxımından ürək xəstəliyindən daha çox sübutumuz olan nöqtədəyik," dedi. "Bir səslə danışmağın vaxtıdır; xərçəng müalicəsində paradiqma dəyişikliyinin (yeni anlayışın) vaxtıdır."
2010-cu ildəki son Amerika İdman Təbabəti Kolleci toplantısından bəri xərçəngdə 2500-dən çox randomizə nəzarətli idman tədqiqatı dərc edilmişdir. Bu tədqiqatlardan sonra dünyada bir çox peşəkar xərçəng təşkilatı "dərman kimi idman" çağırışı etmişdir. Bununla belə, randomizə nəzarətli tədqiqatda xərçəng xəstələri arasında idmanın ümumi sağqalımı (ömrü) yaxşılaşdırdığı müşahidə edilməmişdir. Xərçəngdə idmana dair çoxsaylı tədqiqatlar davam etdiyindən bu vəziyyət yaxın illərdə dəyişə bilər.
Qiymətləndir, tövsiyə ver və yönləndir
Qiymətləndirmə-tövsiyə-yönləndirmə alqoritmində iki sual var.
- Birincisi: "Keçən həftə ürəyinizin daha sürətli döyündüyü və 30 dəqiqə və ya daha uzun müddət nəfəs almanızın normaldan daha çətin olduğu fiziki fəaliyyət etdinizmi?"
- İkincisi isə: "Keçən həftə ağırlıq qaldırmaq kimi əzələ gücünü artıran fiziki fəaliyyət etdinizmi?"
Həkimlər sonra özlərinə bu sualı verirlər: "Bu xəstə tibbi nəzarət olmadan təhlükəsiz şəkildə idman edə bilərmi?"
Əgər belədirsə, həkim xəstəyə həftənin üç günü 30 dəqiqəyədək orta intensivlikli aerob idman və həftədə iki dəfə 20 ilə 30 dəqiqəlik müqavimət məşqi tövsiyə etməlidir.
Nəhayət, mümkündürsə həkim bu xəstələri "mövcud ən yaxşı" proqrama yönləndirməlidir.
İdmanın tətbiqində çətinliklər arasında xəstələri uyğun təsnif etmək və yönləndirmə imkanları, proqram qeydiyyatına ehtiyac və xərclər sayıla bilər.
Müxtəlif ölkələr idmanı reseptlə təyin etməyin müxtəlif mərhələlərindədir. Schmitzə görə ABŞ-ın üzləşdiyi ən böyük çətinlik xərçəng müalicəsinin kövrək təbiətidir. "Fərqli tibbi qeydlər bir-biri ilə danışmır. Danışa bilsələr, xəstələri uyğun təsnif etmək və idman proqramına daxil edəcək xatırlatmaları işə salmaq üçün maşın öyrənməsindən istifadə edə bilərik" dedi.
- Əlaqəli mövzu: İdman və riskini azaltdığı sübut edilmiş 14 xərçəng növü
Başqa tədqiqatda 2017-ci ildə Hayes və komandası xərçəng xəstələri arasında 8 aylıq idman proqramlarının iki randomizə nəzarətli klinik tədqiqatından əldə edilmiş birləşdirilmiş məlumatların təhlilində idmanın həyat itkisi riskini azaltdığını bildirdi.
Avstraliya komandası 237 xərçəngli qadının orta hesabla 8.3 il izlənməsindən sonra adi qulluq qrupunda 15 (% 11.5) həyat itkisinə qarşı idman qrupunda 11 (% 5.3) həyat itkisi bildirdi və bu fərq statistik əhəmiyyətli sayıldı. Hayes 2017 San Antonio Süd Vəzi Xərçəngi Simpoziumundakı müsahibəsində, "Bu nəticələri dərc etmək üçün mübarizə apardım." dedi və bir çox nəşriyyatın bu tədqiqatla maraqlanmadığından şikayətləndi.
Hayes bu nəticələrin mühüm və az sayda olduğunu vurğuladı; bununla belə, "Bir dərman bunu edə bilsəydi, qışqıran insanlar olardı" deyə də şərh etdi.
Schmitz xərçəng xəstələrinin idman etməsi üçün həllin çoxşaxəli olduğunu qəbul etdi. "Heç birimiz onkoloqun pis adam olmasını istəmirik. Onlar iş çoxluğundan əzilib. Onkoloqun bundan daha çox danışması lazım deyil, yalnız daha yaxşı işçi qüvvəsinə və siyasətdə dəyişikliklərə ehtiyacımız var."
Nəticə olaraq xəstələr həkimlərinin dediklərinə əhəmiyyət verirlər. Onkoloq idmandan danışmırsa, xəstə hərəkətsiz qalmağın yaxşı olduğunu fərz edir. Belə proqramlar illərlə planlaşdırma tələb edir. Lakin hər onkoloqun hazırda xərçəng xəstələrini idmana həvəsləndirmək üçün edə biləcəyi iki sadə şey var: soruş və qiymətləndir.
Mənbələr
Exercise is medicine in oncology: Engaging clinicians to help patients move through cancer.
CA Cancer J Clin. 16 October 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.