Müalicəyə çox yaxşı cavab onkologiyada 2018-in ən yaxşı görüntü mükafatını aldı

Qabaqcıl texnologiya ilə müalicə olunan, geniş yayılmış metastatik prostat xərçəngi olan 8 kişinin müalicədən əvvəlki və sonrakı görüntüləri Nüvə Təbabəti və Molekulyar Görüntüləmə Cəmiyyəti tərəfindən 2018-ci ilin görüntüsü mükafatınalayiq görülüb.
Avstraliyanın Melburn şəhərindəki Peter MacCallum Xərçəng Mərkəzində professor Michael Hofman-ın rəhbərliyi altında bir qrup prostat xərçəngi tədqiqatçısı bu araşdırmanı həyata keçirib.
Müsabiqə üçün 2200-dən çox tibbi görüntü toplanıb və Nüvə Təbabəti və Molekulyar Görüntüləmə Cəmiyyətinin illik toplantısında təqdim edilərək hakimlər və cəmiyyət rəhbərləri tərəfindən səsə qoyulub.
Müalicəyə müstəsna/çox yaxşı cavab verən, hormonal müalicəyə davamlı, 4-cü mərhələdəki bu səkkiz prostat xərçəngi xəstəsinin görüntüləri Avstraliyada aparılmış, 30 xəstəni əhatə edən faza-2 klinik tədqiqatın nəticələrindən əldə edilib.
Bu xəstələrin müalicəsində qallium-68 prostata spesifik membran antigen-11 (PSMA11) pozitron emissiya tomoqrafiyası (PET)həm görüntüləmə, həm də müalicə məqsədilə istifadə olunub.
- Əlaqəli mövzu: Prostat xərçənginin müalicəsində yeni görüntüləmə üsulu: Qallium-68 PSMA-PET
Bəzi prostat şişlərində xərçəng hüceyrələrinin səthində çoxlu miqdarda prostata spesifik membran antigeni (PSMA) olur. Bu PSMA-ya bağlanan qallium-68 adlı kiçik daşıyıcı molekullara eyni zamanda radioaktiv maddə də bağlanıb. Beləliklə, xərçəng hüceyrələri həm tapılıb görüntülənir, həm də radioaktiv maddə ilə öldürülür. Bu tədqiqatda PSMA baxımından müsbət prostat xərçəngi hüceyrələrinə beta dalğaları yayan Lütesium-177 adlı radioaktiv maddənin bağlanacağı şəkildə planlaşdırma aparılıb və tətbiq LuPSMA adlandırılıb.
Görüntülərdə metastatik xəstəliyin çox nəzərəçarpacaq dərəcədə gerilədiyi görünür. Tədqiqatda müalicə ilə qanda PSA səviyyəsini nəzarətdə saxlamağın median müddəti 7.6 ay, median ümumi sağqalım isə 13.5 ay olub.
Bu maraq doğuran nəticələrdən sonra tədqiqatçılar LuPSMA-nı prostat xərçənginin standart müalicələri ilə müqayisə edən tədqiqatlara ehtiyac olduğunu bildirirlər. Bu molekulyar müalicə üsulu mərkəzimizdə də illərdir uğurla tətbiq olunur. Daha irəli araşdırmalarla nüvə təbabəti tətbiqlərinin xərçəng müalicələrində daha geniş istifadə olunması gözlənilir.
Əlaqəli mövzular:
- Prostat xərçənginin müalicəsində yeniliklər – 2017 və 2018
- Aktinium alfa müalicəsi ilə 4-cü mərhələ prostat xərçəngində effektiv nəticələr
Mənbələr
High activity, pain reduction and low toxicity with Lutetium-177 PSMA617 theranostics in metastatic castrate-resistant prostate cancer (mCRPC): results of a phase II prospective trial.
J Nucl Med May, 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.