Piylənməsi olanların COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilmə riski 2 dəfə çoxdur

Alimlər yeni təhlillər sayəsində piylənmə (həddindən artıq çəki) ilə COVID-19 arasında qəti əlaqə olduğunu təsdiqlədilər: piylənməsi olan insanların xəstəxanaya yerləşdirilmə riskinin %113; COVID-19 diaqnozu alma, intensiv terapiyada müalicə və həyatını itirmə risklərinin isə %46 daha yüksək olduğu müəyyən edildi.
Piylənmə və COVID-19 haqqında yeni tədqiqatda yanvar-iyun ayları arasında dərc olunmuş, COVID-19 diaqnozlu 399.461 xəstənin daxil edildiyi 75 tədqiqatın nəticələri yenidən təhlil edilərək müqayisə olundu. Müxtəlif komponentləri müqayisə edən araşdırmalarda 20 tədqiqatdan 18-i piylənmənin COVID-19 diaqnozu alma riskini artırdığını göstərdi; digər 19 tədqiqatın hamısında xəstəxanaya yatış riskini artırdığı müəyyən edildi. Digər tərəfdən, 22 tədqiqatdan 21-də piylənməsi olanların intensiv terapiyada müalicə riski daha yüksək idi, 35 tədqiqatdan 27-də isə artıq çəki ilə ölüm riskinin artdığı göstərildi. Dərc olunmuş 14 tədqiqatda piylənmənin süni tənəffüs cihazına qoşulma riskini artırdığını da müəyyən edən tədqiqatçılar bu qədər ciddi artım gözləmədiklərini və nəticələrin onlar üçün də son dərəcə təəccüblü olduğunu bildirirlər.
Tədqiqatdakı Dr. Popkin “Məsələnin bioloji tərəfinə baxanda immun sisteminin piylənməsi olan insanlarda daha zəif olduğunu bilirik. Buna görə artıq çəkinin ağciyər funksiyalarını pozması COVID-19 diaqnozlu insanlarda daha kritik və ağır mənzərə görməyimizə səbəb olur. Artıq çəki COVID-19 müalicəsində istifadə edilən ACE inhibəedici agentlər kimi dərmanların təsirinə də təsir göstərə bilər ” sözləri ilə COVID-19-un düşünüldüyündən daha mürəkkəb vəziyyət olduğunu bildirir.
Tədqiqatçılar bu məlumatlara əsaslanaraq əlavə edirlər: “İnfluenzaya (qripə) qarşı peyvənd olunmuş xəstələrdə T hüceyrə cavabının və antikor istehsalının artıq çəkili insanlarda daha az olduğunu sübut edən tədqiqatlar var. Piylənmənin orqanizmdə yüksək iltihab səviyyələrinə səbəb olduğunu və orqanizmi müdafiəsiz qoyduğunu da bilirik. Buradan çıxış edərək deyə bilərik ki, COVID-19 üçün hazırlanan peyvəndlər artıq çəkili insanlarda immun sisteminin zəifləməsinə görə daha az təsirli olacaqlar. Bütün bunları nəzərə alaraq peyvənd tədqiqatlarında xəstələr piylənməsi olan və olmayan qruplara bölünməli, peyvəndin effektivliyi bu vəziyyət qiymətləndirilərək müəyyən edilməlidir”.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.