Tənhalıq orta yaşlı kişilərdə xərçəng riskini artırır

Finlandiyada aparılan 20 illik tədqiqatda orta yaşlı kişilərdə tənhalığın xərçəng riskini artırdığı, diaqnoz zamanı subay olmağın daha pis nəticə və proqnoza (xəstəliyin gedişinə) gətirdiyi tapıldı.
Həmçinin tənhalıq artmış xərçəng riski ilə əlaqəli olsa da, sosial təcridin belə olmadığı tapıldı.
Şərqi Finlandiya Universitetindən tədqiqatda iştirak edən doktorant Siiri-Liisi Kraav tənhalığın niyə sosial təcridlə müqayisədə xərçənglə daha güclü əlaqəsinin aydın olmadığını, amma uzun proses olan tənhalığın xərçənglə bağlı ola biləcəyini söylədi. “Bir çox insan üçün sosial əlaqə səviyyəsi (sosial təcrid) qənaətbəxşdir və mütləq əziyyət yaratmır. Tənhalıq yalnız vəziyyətdən narazılıqla müəyyən edilir.”
Krav tənhalığın niyə daha çox xərçəng riski yaratdığının aydın olmadığını, amma mümkün səbəbin inflamasiya / iltihab ola biləcəyini söylədi.
Kraav “Tənhalığın sağlamlığa çoxlu mənfi təsiri var, artmış xərçəng göstəricisi yalnız onlardan biridir. Buna görə tənhalıq üçün təsirli müdaxilələr hazırlayıb bu təsirləri önləmək və müntəzəm tənhalıq skrininqi aparmaq vacib ola bilər.” dedi.
May 2021-də Psychiatry Research jurnalında dərc edilən tədqiqat, 42-61 yaşlı 2570 kişidə aparıldı. Orta 20,4 illik izləmənin sonunda 649 kişinin (%25,3) xərçəngə tutulduğu, 283-nün xəstəlikdən öldüyü bildirildi. Diaqnoz zamanı orta yaş təxminən 70 idi və ən çox prostat (%9,2), ağciyər (%3,4) və kolorektal (%3,1) xərçənglər görüldü. Həmçinin xərçəngə tutulanların digər sağlam şəxslərdən daha yaşlı olduğu, daha çox alkoqol və siqaret istifadə etdiyi bildirildi.
Tədqiqatda iştirak edən Yuta Brigham Young Universitetinin professoru Julianne Holt-Lunstand da “Həm sosial təcridi, həm tənhalığı bütün səbəbli ölümlərlə və ürək-damar nəticələri ilə əlaqələndirən çoxlu tədqiqat var, lakin xərçəngə xas işlər azdır.” dedi. Holt-Lunstand yeni koronavirusla (SARS-CoV-2) bağlı Covid-19 xəstəliyinin yaratdığı pandemiyanıntəkan verdiyi tənhalıq və sosial təcridin sağlamlığa təsirinin “gələcək uzun illər boyunca” tam anlaşılmayacağını bildirdi.
İnsanların böyük çoxluğunun koronavirusa immunitet qazanmasını və ya sağalmasını ümid edərkən əhalinin ən azı bir alt qrupunun pandemiyanın xroniki biopsixososial təsirlərinə məruz qalacağından narahatıq. Buna görə mövzunu araşdırmağa davam etməli və ictimai sağlamlığa da prioritet verməliyik.
Nəticədə, son vaxtlar Covid-19 pandemiyasının da təsiri ilə dəyişən həyat tərzlərinin psixoloji çətinliklər gətirdiyini görürük. Tək yaşayanların xüsusilə bu dövrlərdə ünsiyyətsiz qalmasının uzunmüddətli çətinliklərini qabaqcadan görmək 20 il əvvəl başlayan bu işlə mümkün ola bilər. Tədqiqatın məhz bu vaxt çoxlu mövzuya işıq tutmasını və maarifləndirməsini nəzərdən qaçırmamalıyıq. Həmçinin ona əsasən gələcəyə yönəlik daha geniş araşdırmalar aparılmalıdır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.