Xərçənglə Yaşamaq Məni Daha Yaxşı, Yoxsa Daha Pis Həkim Etdi?

Bu məqalədə
Aşağıdakı yazı 20 Sentyabr 2018 tarixində NEJM elmi jurnalında yayımlanan, Harvard Tibb Fakültəsində assistent professor işləyən Adam Philip Sternin «bir həkimin xərçəng diaqnozundan sonra həyatının və həyata baxışının necə dəyişdiyini» danışan məqaləsinin tərcüməsidir.
Ötən günlərdə bir xəstəm ağlayaraq qarşımda oturdu. İki ay əvvəl sevdiyi birini itirmişdi və ağrısı təsvirolunmaz idi. Diqqətlə dinlədim, lakin demək olar heç nə hiss etmədim. Bu xəstəyə həmişə səmimi sevgi duymuşdum və xəstələrimin həyatındakı itkilərlə emosional bağ qurmaq heç vaxt bu qədər çətin olmamışdı. Ölüm baş verdikdə orada olmadığım üçün məni danlayanda belə başsağlığı verə bilirdim, amma sözlərim sanki hiss daşımırdı...
Psixiatriya Mənim Üçün Həmişə Empatiyaya Bərabər İdi
Psixofarmakologiya və klinik nevrologiya bilikləri işimi rahat görməyim üçün şərtdir, lakin xəstəmlə empatik tərəfdaşlıq qura bilməsəm, heç nəyin mənim üçün əhəmiyyəti qalmaz.
Qeyd: Empatiya başqasının hisslərini, vəziyyətini və ya davranış motivasiyasını anlamaq və daxilən qəbul etməkdir. Öz hisslərini başqa obyektlərə əks etdirmək mənasında da istifadə olunur.
Yanvar 2018-də mənə 3. mərhələ böyrək xərçəngi diaqnozu qoyuldu, proqnozum (xəstəliyin necə gedəcəyi) qeyri-müəyyəndir və bu xəstəlikdən ölmə ehtimalım böyükdür. Vaxtımın çoxunu gedişatın belə olmayacağına ümidlə keçirirəm və həyatımı da bu düşüncə ilə yaşamağa çalışıram. Beləsinin daha asan olacağını düşündüm və həyatıma davam etdim.
Xəstələrimə diaqnozumu və əməliyyatımı açıqlamaq çətin olsa da, bir şəkildə qəfil «2 aylıq məzuniyyət» yarandı. Psixiatrlarla xəstələr arasındakı o həssas rəqs, otağın yalnız mənim tərəfimdə baş verən zəlzələ ilə sarsılmışdı. Xəstələrim yoxluğumla mübarizə aparıb nə olsa da mənim üçün hər cür qayıdış görsələr də, köhnə peşəkar mənliyimin nə qədərinin hələ onlarla işləmək üçün burada olduğunu düşünürəm. Sağlam sol böyrəyin psixiatriya təcrübəsinə bu qədər təsirli ola biləcəyini heç düşünməzdim.
«Yenə də Sağlamlığınız Yerindədir!»
Bəzi baxımlardan əvvəlki kimi işləyə bilmədiyim də aydındır. Sevdiyini itirən xəstəmdə yaşadığım kimi digər bəzi stress amillərinə empatiya qurmaq mənim üçün çətinləşdi. Həqiqətən böyük və dağıdıcı ola bilən problemlər mənə əvvəlkindən daha zərərsiz keçə bilən görünməyə başladı. İş itkisi? Evlilik stressi? Şəxslərarası münaqişə?... Bunlar xəstələrimin əksəriyyətinin kabinetimə gəlməsinə səbəb olan müasir həyatın, bugünkü ruhi sağlamlıq problemlərinin əsas səbəbləridir. Lakin hər birinə zehni reaksiyam eyni düşüncənin fərqli variantlarıdır və əslində onlara bunu demək istəyirəm: «Yenə də sağlamlığınız yerindədir!»
Xəstəliyimdən sonra baxışım bir qədər dəyişsə də, texnikamın və peşəkarlığımın diaqnozdan əvvəlki kimi qala bildiyinə və davam etmək üçün yetərincə yaxşı bacaracağıma əminəm. Amma bu, olmaq istədiyim, ağlımdakı həkim deyil. Bəzən ağlıma gələn empatiya və dözümdən məhrum fikirləri adətən danışmadan eləcə buraxıram. Xüsusilə planlı qəbullarda gördüyüm xəstələr bəlkə də işləməsi ən çətin xəstələrə çevrilib, çünki otağın mən olduğum tərəfindən hər şey fərqli görünür. Sanki divardakı işləyən saat belə indi özünü göstərir.

Psixiatr kimi pis vəziyyətlərin belə müsbət tərəflərini görməkdə yaxşıyam. İndi isə narahatlıq və qorxu dolu görünən dünyada tarazlıq tapmaq üçün öz psixoterapiyamdayam. İrəli getməyə çalışarkən məhz öz içimə baxıram. Bəlkə xərçəng diaqnozumla gələn dəyişikliklər bəzi peşəkar bacarıqlar da gətirib, kim bilir?
Əvvəllər həyatı yaxşı olanda belə daxili dünyasını görə bilmədiyim, problemlərinin səbəbini anlamadığım xəstələri araşdırıb düşünürdüm: Necə? İndi isə hər şey müsbət görünəndə belə güvənsizlik hissinin nə olduğunu bilirəm. Anksiyete və travmadan sonrakı stress pozuntusunu dərslik tərifləri ilə anlayırdım, amma bu vəziyyət özümü qorumaq üçün mümkün hər ssenarini ağlımda canlandıra biləcəyim bir şey deyil.
Xərçəngimin residiv (təkrar) etdiyini düşündürən hər hiss və ağrı nəticəsində öz duyğularıma belə etibar edə bilmədiyim nöqtəyə gəldim.
Ümid edirəm bu instinktlər xəstələrimə daha yaxşı terapiya verəcək empatiya hissim üçün güclü əsas yaratmışdır. Həqiqət budur ki, xərçəngimin gedişatı haqqında nəsə demək üçün yəqin çox erkəndir. Hər şeyin dəyişməsinin işimi də dəyişdirməli olduğum mənasına gəlib-gəlmədiyini düşündüyüm günlər olur. Belə günlərdə bir xəstə ilə məşğul olub tam ona yönəldikdə, həm səthi, həm də dərin bağlar qura bildikdə qısa an üçün belə işimi yaxşı gördüyümü hiss edirəm.
Mənbələr
Doctoring while Sick — Is Living with Cancer Making Me a Better or Worse Doctor?
NEJM, 20 September 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.