Xərçəngli fərdlərdə BƏDƏN və ZEHNİ HALSIZLIQ üçün məşq

Xərçəngli fərdlərdə halsızlıq və koqnitiv pozuntu (yaddaş zəifliyi və diqqət dağınıqlığı) ən çox rast gəlinən şikayətlərdən biridir. Tədqiqatlarda yaşlanma nəticəsində də görülən halsızlıq əlamətlərinin fiziki məşqlə azaldığı sübut edilmişdir. Tədqiqatçılar bu məlumatlardan yola çıxaraq xərçəngli fərdlərdə halsızlıq/yorğunluq və koqnitiv pozuntu üçün məşqin təsirini araşdırmışlar.
Aparılmış tədqiqatda hazırlanmış ağıllı telefon mobil tətbiqi sayəsində yaşları 28 ilə 79 arasında dəyişən 299 döş xərçəngli fərd izlənilmişdir. Mobil tətbiq ilə fərdlərin gündəlik fiziki məşq səviyyələri qeydə alınmış, həmçinin yaddaş, diqqət və eyni zamanda bir neçə iş görmək bacarıqlarını ölçən sualları cavablandırmaları təmin edilmişdir. Tədqiqat nəticələrinə görə orta və yüksək səviyyədə məşq / idman edən fərdlərin suallara düzgün cavab vermə nisbətlərinin daha yüksək olduğu görülmüşdür.
Məşqin xüsusilə döş xərçəngli fərdlərdə tez-tez görülən halsızlıq və koqnitiv funksiyanın azalması kimi şikayətləri azaltdığı görünür. Bir çox insan məşq etdikdə daha çox yorulacağını düşünür, tədqiqat nəticələri isə əksinə müntəzəm məşqin insanın özünü daha gümrah hiss etməsini təmin edəcəyini və koqnitiv funksiyaları artıracağını göstərir.
Tədqiqatı aparan Dr. Ehlers koqnitiv funksiyaların azalmasının halsızlıq vasitəsilə ola biləcəyini düşünür. Bu mövzuda tədqiqatlarını davam etdirərək fiziki məşqin koqnitiv funksiyaları necə artırdığını müəyyən etmək məqsədindədir. Həmçinin Dr. Ehlers xərçəngli fərdlərə mesaj olaraq bunları deyir: İdman edin, cəmi 10 dəqiqəlik gəzinti olsa belə idman edin. İdman möcüzəvi üsul deyil, lakin idmanın bir çox faydasını görəcəyinizə əminəm.
Xüsusilə fiziki vəziyyəti uyğun xəstələrdə orta-mülayim səviyyədə məşqin həm etibarlı, həm də halsızlığı təsirli dərəcədə azaldan və xəstənin dözümlülük səviyyəsini artıran üsul olduğu son genişmiqyaslı qiymətləndirmədə ortaya qoyulmuşdur. Bu baxımdan yüngül-orta tempdə müntəzəm gəzintinin həm fiziki, həm də bədən halsızlığı üçün tətbiq edilə bilən seçim olduğunu xüsusilə qeyd etmək lazımdır.
Mənbələr
The effects of physical activity and fatigue on cognitive performance in breast cancer survivors
Breast Cancer Research and Treatment, 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.