Yediklərimiz süd vəzi xərçəngi riskinə necə təsir edir?

Bu məqalədə
Tədqiqatlar yediklərimizin xərçəng riskimizə təsir edə biləcəyini göstərir. Lakin xərçəng riskini azaltmaq üçün hansı qidaların və ya qidalanma tərzinin ən yaxşı olduğu həmişə aydın deyil.
Sanam Shah və həmkarlarının Amerika Qidalanma Cəmiyyətinin Nutrition 2022 Live Online toplantısında təqdim etdiyi yeni tədqiqat qidalanma keyfiyyətinin ümumi sağlamlığın açarı ola biləcəyini göstərdi.
2 ildən çox izlənmiş, menopauzadan sonrakı 65 mindən çox qadını əhatə edən bu tədqiqat sağlam bitki əsaslı pəhrizə əməl edənlərdə süd vəzi xərçəngi riskinin 14% daha aşağı olduğunu göstərir. Sağlam olmayan bitki əsaslı pəhrizin (aşağıda izah edilir) isə süd vəzi xərçəngi riskini 20% daha çox artırdığı müşahidə edilmişdir və bu nəticələr süd vəzi xərçənginin bütün alt növlərinə aiddir.
Araşdırma Mərkəzində doktorant Sanam Shah “Bu nəticələr sağlam bitki mənşəli qidaların istehlakını artırmağın və heyvan mənşəli qidaları azaltmağın süd vəzi xərçənginin hər növünün qarşısını almağa kömək edə biləcəyini vurğulayır.” dedi.
Tədqiqatın təfərrüatları
Əvvəlki tədqiqatlar Qərb pəhrizi, Aralıq dənizi pəhrizi və vegetarian pəhrizləri kimi müxtəlif qidalanma modelləri ilə əlaqəli xərçəng risklərini araşdırmışdır. Bəzi tədqiqatlar daha az ət yeyilən və ya heç ət yeyilməyən pəhrizlərin sağlamlığa faydalı olduğunu irəli sürsə də, nəticələr bir qədər qarışıqdır. Bu tədqiqatda isə araşdırmaçılar sağlam bitki əsaslı qidalar (tam taxıllar, meyvə, tərəvəzlər, çərəzlər, paxlalılar və bitki yağları) ilə daha az sağlam bitki əsaslı qidalar (meyvə şirələri, rafinə edilmiş taxıllar, kartof, şəkərli içkilər və şirniyyatlar) kateqoriyaları arasında fərq qoymağa diqqət yetirirlər.
Shah “Tədqiqatımızın fərqli cəhəti əvvəlki tədqiqatların diqqət mərkəzində olmayan bitki mənşəli qidaların keyfiyyətini ayırd edə bilməyimizdir.” dedi.
Tədqiqatçılar 1993 və 2005-ci illər arasında qidalanma anketlərini doldurmuş və orta hesabla 21 il izlənmiş, Fransada yaşayan menopauzadan sonrakı 65.574 qadının məlumatlarını təhlil etdilər. Tədqiqat boyunca 3.968 iştirakçıya süd vəzi xərçəngi diaqnozu qoyuldu.
Fərqli qidalanma keyfiyyətinə malik qadınlarda süd vəzi xərçəngi dərəcələrinin müqayisəsi sağlam və sağlam olmayan qidalananlar arasında xərçəng riskində mühüm fərqlər olduğunu ortaya qoydu.
Tədqiqatçılar iştirakçıların bitki və heyvan əsaslı pəhrizə bağlılıq dərəcəsini, sağlam və daha az sağlam qidaları yemə dərəcəsini təsnif etmək üçün 18 qida qrupundan istifadə etdilər.
Bu nəticələr sağlam bitki mənşəli qidaların istehlakını artırmağın, daha az sağlam bitki mənşəli və heyvan mənşəli qidaların istehlakını azaltmağın süd vəzi xərçənginin hər növünün qarşısını almağa kömək edə biləcəyini vurğulayır.
Nəticə olaraq sağlam bitki əsaslı qidaların seçilməsi xərçəngin qarşısının alınması üçün faydalı görünür; bununla yanaşı, müxtəlif cəmiyyət qruplarında pəhrizlə xərçəng riski arasındakı əlaqəni qiymətləndirmək üçün daha çox tədqiqata ehtiyac var.
*
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.