Yoğun bağırsaq xərçəngindən qorunmağın ən təsirli yolu üçün 29 milyon insan araşdırıldı

Dünya Xərçəng Araşdırmaları Fondu yoğun bağırsaq (kolon və rektum) xərçəngindən qorunmağın ən təsirli yolunu kəşf etmək üçün 29 milyon insanın və 247.000 yoğun və düz bağırsaq xərçəngi xəstəsinin pəhriz, çəki və həyat tərzi məlumatlarını araşdırdı. Tədqiqatların nəticələrinə görə düzgün qidalanma və aktiv həyatla yoğun bağırsaq xərçənglərindən yüksək nisbətdə qorunmaq mümkündür.
Kolorektal xərçəng adlandırdığımız yoğun bağırsaq xərçəngləri dünyada ən geniş yayılmış və ən çox ölümə səbəb olan ilk dörd xərçəng növündən biridir. 2012-də təxminən 1.4 milyon yeni kolorektal xərçəng diaqnozu qoyulmuşdur. Həmçinin 700.000 insan bu xərçəngdən həyatını itirmişdir. Bu tədqiqat sayəsində bir çox insan üçün risk azaldıla bilər.
Tədqiqatlar və hesabatlar bu mühüm xərçəng növündən qorunmaq üçün çoxlu yol olduğunu göstərir. Bunlara görə qidalanma vərdişləri və həyat tərzi çox böyük əhəmiyyət daşıyır.
Kolorektal xərçəng riskini %47-yə qədər azaltmaq mümkündür!
Tədqiqat çərçivəsində 29 milyon yetkinin məlumatlarını toplayan, dünyanın müxtəlif yerlərindən 99 fərqli tədqiqat araşdırılmışdır. Bunlara randomizə edilmiş nəzarətli tədqiqatlar, kohort tədqiqatları və iç-içə hal-nəzarət tədqiqatları daxildir.
Bu tədqiqatların meta-analizlərindən sonra kolorektal xərçəng riskini artıran amillər belə müəyyən edilmişdir:
- Hər həftə 500 gr-dan çox bişmiş qırmızı ət (mal əti, donuz əti və ya quzu kimi) istehlak etmək (hər 100 qram kolorektal xərçəng riskini təxminən %12 artırır),
- Emal edilmiş ət istehlak etmək,
- Gündə 2 qədəh alkoqollu içki,
- Artıq çəkili və ya piylənmiş olmaq.
Tədqiqatların nəticəsində riski əhəmiyyətli azaldan amillər:
- Hər gün tam buğda istehlak etməklə kolorektal xərçəng riski azaldıla bilər. Gündə təxminən 90 qram, qəhvəyi düyü və tam buğdalı çörək də daxil olmaqla tam buğda istehlakı bu riski %17 azaldır (məsələn, Aralıq dənizi pəhrizi ilə).
- Edilən müntəzəm fiziki aktivlik və məşqlər də kolorektal xərçəng riskini %20-yə yaxın azaldır.
- Yüksək lifli qidalanmaq,
- Az yağlı qidalanmaq,
- Süd məhsulları istehlak etmək,
- Kifayət qədər kalsium almaq,
C vitamini ehtiva edən meyvə, tərəvəz (sitrus meyvələri, çiyələk, kivi, brokoli, ispanaq, qırmızı bibər) və balığın da kolorektal xərçəng riskini azaltdığı düşünülür, lakin bu barədə dəqiq fikir söyləmək üçün bir qədər çox məlumat lazımdır.
Marağınızı çəkə bilər:
Nəticə olaraq; bu tədqiqata görə qidalanma vərdişlərini tənzimləmək və fiziki məşqlə kolorektal xərçəng riskini %47-yə qədər azaltmaq mümkündür.
Mənbələr
World Cancer Research Fund International, September 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.