Yuxu sinir hüceyrələrindəki DNA zədəsinin bərpasını təmin edir

Bu məqalədə
Yuxu insanlarda və bir çox heyvanda gündəlik həyatın mühüm hissəsini təşkil edir. Son araşdırmalarda yuxunun ürək-damar sağlamlığında, immunitet sisteminin nizamlı işləməsində və diabet kimi metabolik xəstəliklərdən qorunmada mühüm rol oynadığı göstərilib. İnsanlar həyatlarının təxminən üçdə birini yuxuda keçirirlər. Heyvanların çoxu təbiətdə müdafiəsiz qalmasına baxmayaraq yatır. Bəs təbii olaraq bu riski niyə alırlar? Niyə yuxunun həyatımızda bu qədər əhəmiyyəti var? Bu suallara daha bir yeni cavab əlavə olundu. Mart 2019-da Nature Communications jurnalında dərc olunan araşdırmada, yuxunun sinir hüceyrələrində yaranan DNA zədələrinin bərpasına imkan verdiyi kəşf edildi.
Aşağıda, araşdırmanın qrafik xülasəsi görünə bilər:
Araşdırma İsraildəki Bar-İlan Universitetində aparılıb. Araşdırmada bir çox tədqiqatda insanlarla oxşarlıq göstərən zebra balığı model orqanizm kimi istifadə edilib. Zebra balıqlarının genlərinin % 70-i insan genləri ilə eynidir. Buna görə araşdırmalar üçün çox yaxşı nümunə təşkil edirlər. Eyni zamanda zebra balıqlarının bədəni erkən dövrdə şəffaf olur. Rahatlıqla müşahidələr aparmaq mümkündür. Araşdırmada zebra balıqlarının xromosomları “rəngli” kimyəvi maddələrlə işarələnib. Sonra 3 ölçülü sürətləndirilmiş çəkiliş görüntüləri ilə zebra balığında yuxunun mikroölçəkli təsiri beyin hüceyrələrində və ya neyronlarda araşdırılıb. Eyni zamanda bu yüksək ayırdetməli texnologiya ilə beyin hüceyrələrindəki DNA və zülal hərəkəti izlənilə bilib.
Araşdırmanın nəticələrinə görə;
Neyronların yuxu boyunca hüceyrə nüvəsində bərpanı daha təsirli apardığı kəşf edildi. Hüceyrə nüvəsində bərpanın pozulması DNA-nın da zədələnməsinə səbəb olur. Bu da yaşlanma və xəstəliklər yaradır.
Başqa sözlə; Yuxu zamanı sinir hüceyrələri stressdən uzaq qalmaq imkanına malikdir. Beləliklə, gün ərzində toplanan DNA zədələrini bərpa edə bilirlər.
Eyni zamanda oyaq vəziyyətdə xromosom hərəkətlərinin olduqca az olduğu görülüb. Bu, sinir hüceyrələrinin təsirli DNA bərpası aparmasına mane olur. Yuxu vəziyyətində isə xromosom hərəkətlərinin çox olduğu və DNA zədəsi bərpasının təsirli aparıldığı müşahidə edilib.
Bəs bu araşdırma bizə nə ifadə edir?
- Yuxu ilə DNA bərpası arasında güclü əlaqə kəşf edildi. Yuxu gün ərzində toplanan zədələrin bərpasına imkan verir.
- Yuxunun əhəmiyyətini hüceyrə səviyyəsində daha yaxşı anlamağa başlayırıq. Yetərli yuxu DNA zədələrinin bərpasını təmin edir. DNA zədələrinin toplanması Parkinson, Alzheimer kimi bir çox nevroloji xəstəliyə səbəb olur.
- Tədqiqatçılar sonrakı mərhələlərdə siçan modellərində və insan hüceyrələrində təhlillər aparmağı planlaşdırırlar.
- Bu araşdırma ətraf mühit risklərinə (yırtıcılara və digər təhlükələrə qarşı müdafiəsiz qalmaq) baxmayaraq, heyvanların və insanların neyronlarındakı DNA-nı qorumaq üçün yatmalı olduqlarını göstərir. Bu vəziyyət həmçinin yuxunun niyə təkamül etdiyini və həyatımızda mühüm yer tutduğunu göstərir.
ƏLAQƏLİ MÖVZULAR:
Mənbələr
Sleep increases chromosome dynamics to enable reduction of accumulating DNA damage in single neurons.
Nature Communications, 5 March 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.