Böyrək xərçəngində effektiv üsul: krioablasiya — dondurma müalicəsi

Krioablasiya (donduraraq məhv etmə) müalicəsinin böyrək xərçəngi olan müəyyən xəstə qruplarında olduqca yüksək təsirə malik olduğu müşahidə edildi.
Geniş rast gəlinən xərçəng növlərindən olmasa da, son illərdə artan xərçənglərdən biri olan böyrək xərçəngi kimyaterapiya, radioterapiya və hormonal müalicəyə davamlı olması baxımından əhəmiyyət daşıyır. Bu məqamda böyrək xərçənglərində müalicənin əsasını böyrəyin ətraf toxumaları ilə birlikdə tam və ya qismən çıxarıldığı cərrahi prosedurlar və hədəfə yönəlmiş ağıllı dərmanlar təşkil edir. İrəliləmiş (4.) mərhələli böyrək xərçənglərində isə ağıllı dərmanlar və immunoterapiyalar effektivlik göstərir. Lakin bu prosedurlar altda yatan bəzi xəstəliklər, sərhəddə olan böyrək funksiyaları, tək böyrəyin olması, xərçəngin böyrəkdən kənara yayılması, irəli yaş kimi bəzi səbəblərdən həmişə mümkün olmur. Buna görə alternativ müalicələr üzərində işlənilir. Bunlardan krioablasiya üsulu son illərdə xeyli önə çıxan və uğurlu nəticələr alınan üsuldur. Bu üsulda dəridə açılan kiçik dəlikdən daxil olaraq iynələr vasitəsilə şiş sürətlə soyudulub dondurularaq məhv edilir.

Böyrək xərçəngində krioablasiyanın effektivliyini ölçmək üçün aparılan tədqiqatların nəticələrinin təhlil edildiyi bir meta-analiz tədqiqatında yaşı ən azı 66, şiş diametri 4 cm və daha aşağı olan (T1a mərhələ) 4300 xəstənin 5 illik böyrək xərçənginə spesifik sağqalma nisbətləri krioablasiyada və qismən nefrektomiya adlanan, böyrəyin bir hissəsinin əməliyyatla çıxarılması əməliyyatında oxşar tapıldı (müvafiq olaraq %95 və %98). Ümumi 5 illik sağqalma nisbətləri isə krioablasiya ilə %77, qismən nefrektomiyada %86 tapıldı. Qismən nefrektomiya sanki daha yaxşı ömür müddətləri vəd edir kimi görünsə də, bu fərq əməliyyata ümumi vəziyyəti daha yaxşı xəstələrin seçilməsindən qaynaqlanır kimi görünür.
Tədqiqatda tətbiqlər yan təsirlər baxımından müqayisə edildikdə 30 günlük uroloji olmayan yan təsirlər cəhətindən krioablasiya üstün idi (%6-ya %30). Həmçinin böyrək çatışmazlığı nisbətləri krioablasiyada qismən nefrektomiyadan daha az idi (%3-ə qarşı %7).
Nəticə olaraq, böyrək xərçəngi müalicəsində müəyyən xəstə qruplarında olduqca yüksək təsirə malik olduğu müşahidə olunan krioablasiya texnikası təhlükəsizlik profili ilə də klinik tətbiqlərdə daha çox yer almağa layiqdir. Lakin bu üsul hər böyrək xərçəngi üçün uyğun deyil. 4 cm-yə qədər şişlərdə %100-ə yaxın effektivlik göstərərkən daha böyük şişlərdə kifayət qədər effektiv olmadığı görünür. Buna görə krioablasiya tətbiq ediləcək xəstə qruplarının yaxşı müəyyənləşdirilməsi və təcrübəli mərkəzlərdə aparılması son dərəcə vacibdir.
Mənbələr
Percutaneous Ablation Versus Partial and Radical Nephrectomy for T1a Renal Cancer: A Population-Based Analysis.
Annals of Internal Medicine, 26 June 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.