Həddindən artıq şəkər istehlakı depressiya riskini artırır — xüsusilə kişilərdə

Bu məqalədə
28 iyul 2017-ci ildə dərc edilmiş araşdırmaya görə yüksək şəkər tərkibli qidaların istehlakı depressiya riskini artırır. 1985-2013 illərini əhatə edən bu uzunmüddətli araşdırmada gündə 67 qram və ya daha çox şəkər (2 qutu kola və ya 16 çay qaşığı şəkər) istehlak edən kişilərdə 5 ilin sonunda %23 daha çox depressiya görülmüşdür.
Həddindən artıq şəkər istehlakı
Scientific Report jurnalında dərc edilmiş bu tədqiqatda əhval pozuntusu ilə şəkər qəbulu arasındakı əlaqə araşdırılmışdır. Bu araşdırmada ilk növbədə əhval vəziyyəti ilə şəkər qəbuluna yönəlmə arasındakı əlaqəyə baxılmışdır. Bu ikisi arasındakı əlaqəni araşdırmaq, şirin yemək və içkilərlə psixi sağlamlıq arasındakı bağı anlamaq üçün ölçmələr aparılmışdır.
Müxtəlif vəzifələrdə çalışan Birləşmiş Krallıq dövlət qulluqçuları şəkər istehlakları əsasında illərlə izlənərək analizlər aparılmışdır. 1985-ci ildə işə qəbul edilən, indi yaşlanmaq üzrə olan, təxminən üçdə ikisi kişi və üçdə biri qadın olmaqla ümumilikdə 10.308 iştirakçının məlumatlarından istifadə edilmişdir. İlk məlumatlar alındıqdan sonra hər 2-5 ildən bir sorğular və klinik məlumatlar toplanmışdır.
Sərinləşdirici içkilər, tort və biskvitlər
2013-cü ilədək aparılmış analizlər birləşdirilmiş və nəticədə keks, biskvit, hazır meyvə şirələri, qazlı içkilər kimi əsas 15 şirin məhsulun ən az 8-indən istifadə edən iştirakçılar haqqında məlumat verilmişdir. İştirakçılar gündəlik şəkər istehlakı miqdarına görə qruplara ayrılmışlar.
Kişilər belə qruplaşdırılmışdır:
- 67 qram şəkər və daha çox
- 39.5 və 67 qram arasında
- 39.5 qramdan az
Qadınlar üçün isə:
- 51 qram və daha çox
- 30 və 51qram arasında
- 30 qramdan az
Analizlər nəticəsində gündə 67 qram və daha çox şəkər istehlak edən kişilərin digər qruplardakı, xüsusilə gündə 39.5 qramdan az şəkər istehlak edən kişilərə nisbətən depressiya üçün %23 daha çox risk daşıdıqları müəyyən edilmişdir.
Tədqiqatçılar qadınlarda buna bənzər aydın məlumatlar tapmamışlar, lakin bunun səbəbinin qadın sayının azlığından da qaynaqlana biləcəyi düşünülür.
Nəticə olaraq bu araşdırmaya görə şəkər əlavə edilmiş qidaların zərərləri yalnız fiziki deyil, həm də psixoloji ola bilər. Bu tədqiqatda kişilərin daha çox təsirləndiyi düşünülsə də, bu, onun hər kəs üçün zərərli olmadığı demək deyil.
Marağınızı çəkə bilər:
Mənbələr
Sugar intake from sweet food and beverages, common mental disorder and depression: prospective findings from the Whitehall II study.
Scientific Reports. 27 July 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.