Kalori məhdudiyyəti ömrü uzadır! Bəs necə?

Bu məqalədə
Gündəlik daha az enerji qəbul edərək qidalanmanı ifadə edən kalori məhdudiyyətinin müəyyən heyvan növlərində yaşam müddətini əhəmiyyətli artırdığı çoxdan kəşf edilmişdir. Lakin bu vəziyyətin əsasında duran bioloji mexanizmlər hələ aydınlaşdırılmamışdır. Son vaxtlar genetik texnologiyaların artması ilə bu istiqamətdə tədqiqatlar sürətlənmişdi. Sentyabr 2017-də Nature Communicationsjurnalında dərc edilən tədqiqata görə epigenetik quruluşumuzun yaşam müddətimizi müəyyən etdiyi və kalori məhdudiyyətinin epigenetik mexanizmlərə təsir edərək ömrü uzatdığı kəşf edildi.
Tədqiqatda müxtəlif növlərdən (siçan, meymun və insan) qan nümunələri alınaraq epigenetik mexanizmlərdən biri olan metilləşmə analizi aparılmışdır. Metilləşmə genlərə metil qruplarının əlavə edilməsidir. Başqa sözlə, metilləşmə nəticəsində genin özündə quruluş dəyişikliyi olmadan genlər susur, yəni aktiv olmur.
Tədqiqatda qan nümunələri alınanların müxtəlif yaş aralıqlarında olmasına diqqət edilmişdir. Yaş qrupları siçanlar (3 ay ilə 3 yaş arası), meymunlar (1 il ilə 30 il) və insanlar (1 yaş ilə 86 yaş) şəklindədir. Qan nümunələrindəki DNA metilləşmələri müasir gen ardıcıllığını təyinetmə texnologiyaları ilə təhlil edilmişdir.
Tədqiqatın nəticələrinə görə;
- Epigenetik dəyişikliklər (metilləşmələr) nə qədər çox miqdarda və sürətli olarsa, növün yaşam müddətinin bir o qədər qısa olduğu müəyyən edilmişdir
- Ən sürətli epigenetik dəyişiklik siçanlarda müşahidə edilmişdir. Meymunlardakı dəyişiklik də insanlardan sürətli tapılmışdır. Bu vəziyyət üç növ arasında insanın niyə ən uzun yaşam müddətinə malik olduğunun səbəblərindən biri ola bilər.
- Eyni zamanda kalori məhdudiyyətinin epigenetik dəyişikliklərə təsir edib-etmədiyi də araşdırılmışdır. Siçanlarda yüzdə 40 və meymunlarda yüzdə 30 kalori məhdudiyyəti tətbiq edilərək epigenetik dəyişikliklər öyrənilmişdir. Analiz nəticələrinə görə kalori məhdudiyyətinin epigenetik dəyişiklikləri yavaşlatdığı müşahidə edilmişdir.
Marağınızı çəkə bilər:
Bəs bu tədqiqat nə ifadə edir?
- İlk dəfə kalori məhdudiyyətinin epigenetik dəyişiklikləri yavaşladaraq yaşam müddətini artırdığı müasir genetik texnikalar istifadə olunaraq izah edilmişdir.
- Epigenetik mexanizmlərin yaşam müddətində və yaşla əlaqəli xəstəliklərdəki əhəmiyyəti bir daha anlaşılmış oldu.
- Kalori məhdudiyyətinin xərçəngə qarşı qoruyucu təsiri ilə yanaşı yaşam müddətini artırmaqda da rol oynadığı fikri əhəmiyyət qazanmağa başladı.
- Xəstəliklərin yaranma səbəblərini hədəfləyən genetik və epigenetik müalicələr hazırlanmağa başlanmışdır. Epigenetik mexanizmlər hədəflənərək xəstəlik riskləri azaldıla bilər.
- Xüsusi vurğulamaq lazımdır ki, gələcək tədqiqatlarla kalori məhdudiyyətinin yaşam müddətinə və xərçəngə təsirlərini daha yaxşı anlayacağıq.
Marağınızı çəkə bilər:
Mənbələr
Caloric restriction delays age-related methylation drift.
Nature Communications. September 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.