Kolon və düz bağırsaq xərçənginin erkən diaqnostikası üçün kolonoskopiyaya alternativ 7 test

Bu məqalədə
Xərçəngin erkən diaqnostikası üçün skrininq testlərindən biri olan kolonoskopiyanı kolon və düz bağırsaq xərçəngini erkən mərhələdə aşkarlamaq məqsədilə tövsiyə edirik. Lakin bəzən xəstələr bu üsulu bəyənməyə və onun əvəzinə alternativ skrininq soruşa bilərlər. Bu yazımızda “kolonoskopiya nədir”, “niyə kolonoskopiyaya üstünlük verməyə bilərsiniz”, “kolon xərçəngi skrininqi üçün başqa testlər nələrdir” kimi sualların cavablarını tapa bilərsiniz.
Kolonoskopiya nədir?
Kolonoskopiya polip və xərçəng kimi yoğun bağırsaq patologiyalarını tapmaq üçün istifadə olunur. Bu prosedur zamanı kolonoskop adlanan, ucunda kamera olan nazik boru anusdan yoğun bağırsağa doğru irəlilədilir. Beləliklə, yoğun bağırsağın daxili quruluşu həmin anda görüntülənir və patologiya aşkar edilərsə, dərhal müdaxilə etmək mümkündür. Məsələn, prosedur zamanı polipin çıxarılması və ya şübhəli şiş törəməsindən biopsiya götürülməsi kimi.
Qeyd: Yoğun bağırsaq (kolorektal) xərçəngiölkəmizdə həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən 3-cü xərçəng növüdür və kolonoskopiya kimi skrininq üsulları ilə erkən diaqnostika imkanı var. Buna görə 50 yaşdan sonra hər kəsin özünə uyğun kolorektal xərçəng skrininq testindən müəyyən fasilələrlə keçməsi tövsiyə olunur (kolonoskopiya üçün 10 ildə bir). Skrininq testləri sağlam şəxslərə tətbiq olunan testlərdir. Xəstəlik varsa, onu erkən mərhələdə aşkarlamağı hədəfləyir. Kolorektal xərçənglə bağlı ailə tarixçəsi və ya digər risk amilləri olanlar daha gənc yaşda skrininqə başlaya bilər.
Niyə bəzən kolonoskopiyaya üstünlük verilmir?
Kolonoskopiya kolon xərçənginin erkən diaqnostikasında olduqca faydalı olsa da, bəzi səbəblərə görə üstün tutulmaya bilər:
- Bir neçə gün davam edən hazırlıq, xüsusi pəhriz, bağırsağın təmiz olması üçün yeməkdən uzaq durub bəzi içkilərin içilməsi və bəzən kolonun təmizlənməsi üçün imalə mayesinə ehtiyac.
- Sedasiya (yüngül anesteziya) tələb etməsi.
- Prosedur zamanı bağırsağın daha yaxşı görüntülənməsi üçün bağırsağa qaz (hava və ya karbon dioksid) verilir və prosedurdan sonra xəstə ayılarkən narahatedici qaz təzyiqi və qarın ağrısı hiss edə bilər.
- Kolonoskopiyanın bu sahədə mütəxəssis şəxslər tərəfindən aparılması zərurətinə görə hər an əlçatan olmaması və ya özəl xəstəxanalarda qiyməti kimi digər səbəblər.
- Əlaqəli mövzu: Yoğun bağırsaq xərçəngindən qorunmada kolonoskopiyanı aparan həkim nə dərəcədə təsirlidir?
Kolon xərçənginin erkən diaqnostikası üçün aparılan digər testlər
Kolonoskopiya əvəzinə alternativ olaraq aparıla bilən bir neçə başqa test də var. Bu testlərin hamısı kolon xərçənginin aşkarlanmasında fərqli effektivliyə malikdir.
Kolonoskopiya ən yaxşı seçim olsa da, alternativ testlər şəxs kolonoskopiya istəmədikdə və ya ona uyğun olmadıqda kolon xərçəngi riskini azaltmasına kömək edə bilər.
- Fekal (nəcislə əlaqəli) immunokimyəvi testlər
Yoğun bağırsaq şişləri tez-tez qanayır; nəcis testlərinin məqsədi gözlə fərq edilməyən qanaxmaları aşkar etməkdir. Testin səhvən pozitiv nəticə verməsinin qarşısını almaq üçün şəxs hemorroyu və ya anal çatı varsa, yaxud menstruasiya dövründədirsə, həkiminə bildirməlidir.
Fekal immunokimyəvi test (FIT) nəcis nümunəsi götürülərək təhlil edilən testdir. Nəcisdə gizli qan testinin ən yeni versiyasıdır. Klassik gizli qan testindən fərqli olaraq bu test istifadə olunan digər dərmanlardan təsirlənmir və ya yeyilən qidalar məhdudlaşdırılmır.
Şəxs nəcis nümunəsini evdə götürə bilər. Aşağı xərcli testdir. Hər il təkrarlanmalıdır. - İkiqat kontrastlı barium imaləsi
İkiqat kontrastlı barium imaləsi kolonu araşdırmaq üçün istifadə olunan rentgen növüdür. Test böyük kolon poliplərini aşkarlamaqda təsirli ola bilər, lakin kiçikləri tam göstərməyə bilər. Kolonoskopiyaya bənzər tərəfi bağırsağın təmizlənməsinə ehtiyac olmasıdır. Şübhəli vəziyyət olarsa, ehtimal ki, şəxs kolonoskopiya etdirməlidir. - Nəcisdə gizli qan testləri
Nəcisdə gizli qan testləri kolonoskopiya qədər təsirli ola bilər, lakin effektivliyi təmin etmək üçün hər il təkrarlanmalıdır. Bu test kolon xərçənginin düzgün aşkarlanması üçün FIT ilə birləşdirilə bilər. - Cologuard
Cologuard kolonoskopiya əvəzinə istifadə edilə bilən başqa nəcis testidir. 2014-cü ildə FDA təsdiqi almışdır. Yeni testdir və digər nəcis testlərindən daha bahadır. Testdə nəcisdə DNA parçaları və qan axtarılır. Kolonoskopiya əvəzinə istifadə olunan cologuard testi hər 3 ildən bir aparılmalıdır. - Nəcis DNA-sı
Nəcis DNA testi evdə aparıla bilən testdir. Bu test nəcis nümunəsində qan və kolorektal xərçəng hüceyrələrinə aid bəzi DNA nümunələrini aşkarlayaraq xərçəngin mövcudluğunu müəyyən etməyə imkan verir.
Nəcis testlərinin nəticəsində xərçəngdən şübhələnilərsə, təsdiqləmək üçün kolonoskopiya etdirilməlidir. - BT kolonoskopiya
Kolon poliplərini tapmaq üçün kompüter tomoqrafiyasından (BT) istifadə edilməsidir. Kolonoskopiyaya bənzər şəkildə kolon əvvəlcədən boşaldılmalıdır. Polip və ya xərçəng tapılarsa, əlavə müayinə və biopsiya üçün kolonoskopiya lazımdır. - Rektosiqmoidoskop
Rektosiqmoidoskop kolonoskopiyaya bənzər testdir, yalnız yoğun bağırsağın son hissələri olan siqmoid kolonu və düz bağırsağı yoxlayır. Kolonoskopiya qədər intensiv hazırlıq tələb etmir, yalnız imalə ilə aparıla bilər. Problemin bu sahələrdə olduğundan şübhələnildikdə və ya sürətli müayinə lazım olduqda üstünlük verilən testdir.
*
Marağınızı çəkə biləcək digər mövzular:
Düz bağırsaq nədir? Əməliyyatsız düz bağırsaq xərçəngi müalicəsi mümkündürmü?
Polip nədir, yoğun bağırsaq polipləri necə müalicə edilməlidir?
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.