KRAS mutasiyası nədir? Yoğun bağırsaq və digər xərçənglərdə KRAS pozitivliyi

KRAS zülalı normal hüceyrə böyüməsində iştirak edən mühüm molekullardan biridir. KRAS geni tərəfindən istehsalı təmin olunan zülal xarici mühitdən alınan siqnalların hüceyrə nüvəsinə ötürülməsində rol oynayır. Mutasiyaya uğradıqda hüceyrə “aqressiv” böyüyür. Mutasiyalı KRAS hüceyrə xarici mühitdən siqnal almasa belə, davamlı “çoxal” əmri göndərir. KRAS ağıllı dərmanlara qarşı yaranan dərman davamlılığına da cavabdehdir.
Yoğun bağırsaq (kolon və rektum) xərçənglərində %30-40, kiçikhüceyrəli olmayan ağciyər xərçəngində %10-30, mədəaltı vəzi xərçəngində isə %90 nisbətlərində KRAS gen mutasiyaları aşkar edilir. Həmçinin yoğun bağırsaq xərçəngi xəstələrinin %3-4-də NRAS gen mutasiyaları da görülür. KRAS və NRAS-da mutasiyanın olması həmin xəstənin tirozin kinaz inhibitoru (TKI) və monoklonal anticisim (mAb) müalicəsi kimi Anti-EGFR müalicələrə yaxşı cavab verməyəcəyinin göstəricisidir, yəni xərçəng üçün bioloji göstəricidir. Buna görə kras və nras mutasiya analizi xüsusilə kolon və rektum xərçəngi başda olmaqla müxtəlif xərçənglərin müalicəsində müəyyənedici rol oynayır.
KRAS mutasiyaları tez-tez ekzon 1 daxilindəki kodon 12 (%80) və 13 (%15) ilə ekzon 2 daxilindəki kodon 61-də olur. Xəstələrdə ən çox Gly12AIa, Gly12Asp, Gly12Arg, Gly12Cys, Gly12Ser, Gly12Val, Gly13Asp mutasiyaları müşahidə edilir. NRAs mutasiyaları isə tez-tez kodon 61 bölgəsində müşahidə olunur.
KRAS və NRAS genlərində mutasiya varsa, buna mutasiya pozitiv, mutasiya yoxdursa, vəhşi tip deyilir.
Mənbələr
Genetics Home Reference
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.