Qida ilə qəbul etdiyimiz akrilamid və xərçəng riski

Bu məqalədə
Akrilamid sənayedə tez-tez poliakrilamid polimeri, boyalar, üzvi kimyəvi maddələr, parçalar, kağız və tekstil məhsulları, kosmetika, şəkər təmizləyicisi, kontakt linzalar və torpaq stabilizatoru kimi istifadə olunan rəngsiz, qoxusuz birləşmədir. 1994-cü ildə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) akrilamidi insanlarda karsinogen risk yaratmaq potensialı olan sənaye kimyəvi maddəsi kimi siyahıya aldı; yəni heyvanlarda xərçəng yaratmasına yetərli sübut olsa da insanlar üçün məlumatlar məhduddur (Qrup 2A karsinogeni).
Akrilamid pəhriz mənbələrində / qidalarda da olur. Akrilamid qızdırılma (120 Selsi dərəcəsindən 180 dərəcəyədək) boyunca yaranır; xüsusilə sərbəst amin turşuları (məsələn, asparagin) və ya şəkərlər və bəzi pəhriz məhsulları qızdırıldıqda müxtəlif konsentrasiyalarda akrilamid istehsalı ilə nəticələnir. Orta hesabla 200 mikroqram / kg-dan yuxarı kimi müəyyən edilən yüksək akrilamid tərkibli qidalar bunlardır: taxıl məhsulları, çörəklər, xəmir məmulatları, xırtıldayan qəlyanaltılar, kartof və tortilla çipsləri, kartof və şirin kartof qızartması, hazır və ya kofeinsiz qəhvə və kakao məhsulları.
Akrilamid haqqında narahatlıqlar
Qidalardakı akrilamidin insan sağlamlığına potensial təsirləri barədə narahatlıq onun 2002-ci ildə ilk dəfə qızdırılmış qidalarda aşkarlanmasından qısa müddət sonra başladı.
İnsanlarda akrilamidlə xərçəng arasındakı əlaqəyə dair qəti sübut olmamasına baxmayaraq heyvan modeli məlumatlarına əsasən Ümumdünya Səhiyyə Təşkilatının Qida Əlavələri üzrə Ekspert Komitəsi 2010-cu ildə akrilamidin insan sağlamlığı problemi olduğu nəticəsinə gəlmişdir. ABŞ Qida və Dərman İdarəsi (FDA) fəal şəkildə akrilamidi araşdırır və qidalarda akrilamid səviyyələrinə nəzarət edir. Həmçinin FDA hazır qidalarda akrilamid səviyyələrinin azaldılması barədə sənaye üçün təlimat dərc etdi.
- Əlaqəli mövzu: Tərkibindəki akrilamidə görə "qəhvə xərçəng yaradır" açıqlaması verən Kaliforniya məhkəməsinin qərarı haqqında
Akrilamid və xərçəng məlumatları
ABŞ Milli Toksikologiya Proqramı (NTP) tərəfindən akrilamid mənşəli genotoksiklik və karsinogenlik haqqında geniş tədqiqat və ədəbiyyat icmalı aparılmış, 2012-ci ildə dərc edilmişdir. NTP-nin karsinogenlik tədqiqatları içməli suda olan akrilamidin təcrübə siçanları və siçovullarında müxtəlif xərçənglərin tezliyini artırmasına dair aydın sübut göstərdiyi nəticəsinə gəlmişdir. Bununla belə, NTP insan karsinogenliyi üçün peşəvi akrilamid məruzqalmasının, mədəaltı vəzi xərçəngi ilə potensial əlaqəsindən başqa hər hansı xərçəng növünün tezliyini artırdığına dair ardıcıl doza-cavab əlaqəsinin olmadığını bildirdi.
Əhali tədqiqatları əsasən sorğu məlumatları ilə ölçülən qida akrilamidini və müxtəlif xərçəng növlərinin inkişaf riskini qiymətləndirdi. Əksər tədqiqatlar heç bir əlaqə göstərmədi. Avropa Xərçəng və Qidalanma Prospektiv Tədqiqatı (EPIC) qrupu və Tibb Bacılarının Sağlamlıq Tədqiqatı (NHS) qrupu kimi böyük kohortları əhatə edən bu tədqiqatların meta-analizi akrilamidin yüksək və aşağı qida qəbulu ilə xərçəng arasında əlaqə tapmadı. Buraya ağız boşluğu və farinks (udlaq), ezofagus (qida borusu), mədə, kolorektal, mədəaltı vəzi, qırtlaq, ağciyər, süd vəzi, endometrium (uşaqlıq), ovarial (yumurtalıq), prostat və sidik kisəsi xərçəngləri və ya limfoid bədxassəli xəstəliklər daxil olmaqla çoxsaylı xərçəng növləri daxildir.
QEYD: Kohort terminini məruzqalmadan sonlanmaya doğru birlikdə addımlayan insanlar topluluğu kimi düşünə bilərik. Kohort eyni yaşlı insanların olduğu qrup kimi də müəyyən edilir.
Müəlliflər akrilamidlə süd vəzi xərçəngi riski arasında müsbət əlaqə tapmış 1 tədqiqatın qida qəbulunun əvəzinə bioloji məruzqalma markerlərindən istifadə etdiyi və hadisə ilə nəzarətləri siqaret çəkmə vəziyyətinə görə uyğunlaşdırmadığı üçün xaric edildiyini bildirdilər. Bu vacibdir, çünki siqaret çəkənlərin çəkməyənlərdən daha yüksək səviyyədə akrilamid qəbul etdiyi artıq məlumdur və siqaret istifadəsi süd vəzi xərçəngi ilə əlaqəlidir.
Bu meta-analiz böyrək xərçəngi üçün % 20 artmış risklə akrilamid arasında əhəmiyyətli əlaqə tapmışdır (nisbi risk 1.20). Bununla belə, müəlliflər təhlilin təxminən 1800 böyrək xərçəngi hadisəsini əhatə etdiyinə görə kiçik nümunə ölçüsünə malik olduğunu və bunun nəticələrin nə qədər qəti olduğunu məhdudlaşdırdığını da qeyd etmişlər.
Meta-analizdən sonra dərc edilmiş bir çox kohort tədqiqatı da akrilamidlə xərçəng arasında əlaqə tapmadı. Məsələn, Yaponiya İctimai Sağlamlıq Mərkəzi əsaslı prospektiv (gələcəyə yönəlmiş) tədqiqat 15 ildən uzun izləmədə qida ilə alınan akrilamidlə qida borusu, mədə və ya kolorektal xərçəng arasında əlaqə tapmamışdır.
Nəticə
Heyvan modellərindəki məlumatlar akrilamidin xərçəng yaratmaq potensialı olduğunu göstərir; lakin indiyədək insan tədqiqatlarından alınmış məlumatlar akrilamidin qida ilə qəbulu ilə müxtəlif xərçəng növlərinin inkişaf riski arasında əlaqə göstərmir. Buna görə insanlarda mövcud məlumatlar yetərsizdir. Yenə də tənzimləyici qurumlar sənayeyə emal edilmiş qidalarda akrilamid səviyyələrini azaltmağa və istehlakçıların qəbul etdikləri qida və içkilərdəki akrilamid tərkibindən xəbərdar olmasına kömək etmək üçün təlimat sənədləri təqdim edir.
Mənbələr
Dietary acrylamide and the risks of developing cancer: facts to ponder.
Front Nutr. 2018.
2. Agency for Toxic Substances & Disease Registry, ToxFAQs for Acrylamide. CAS# 79-06-1. Posted 2012.
3. US Food and Drug Administration. Survey data on acrylamide in food. 2015. Erişim tarihi September 30, 2019.
4. US Centers for Disease Control and Prevention. Acrylamide factsheet. Reviewed April 2017. Erişim tarihi 30, 2019.
5. US Food and Drug Administration. Acrylamide questions and answers. Reviewed September 25, 2019. Erişim tarihi September 30, 2019.
6. US Food and Drug Administration. Acrylamide. Reviewed September 27, 2019.
7. National Toxicology Program. Toxicology and carcinogenesis studies of acrylamide (CASRN 79-06-1) in F344/N rats and B6C3F1 mice (feed and drinking water studies).
Natl Toxicol Program Tech Rep Ser. 2012.
8. Pelucchi C, Bosetti C, Galeone C, La Vecchia C.
Dietary acrylamide and cancer risk: An updated meta-analysis.
Int J Cancer. 2015.
9. Liu R, Sobue T, Kitamura T, et al.
Dietary acrylamide intake and risk of esophageal, gastric, and colorectal cancer: The Japan Public Health Center–based prospective study.
Cancer Epidemiol Biomarkers Prev. 2019.
10. McCullough ML, Hodge RA, Um CY, Gapstur SM.
Dietary acrylamide is not associated with renal cell cancer risk in the CPS-II Nutrition Cohort.
Cancer Epidemiol Biomarkers Prev. 2019.
11. Graff RE, Cho E, Preston MA, et al.
Dietary acrylamide intake and risk of renal cell carcinoma in two large prospective cohorts.
Cancer Epidemiol Biomarkers Prev. 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.