Saf sızma zeytun yağı yaddaşı gücləndirir və Alzheimer xəstəliyindən qoruyur

Bu məqalədə
Aralıq dənizi mətbəxinin çox mühüm hissəsi olan zeytun yağının Alzheimerə və beyin funksiyalarının yavaşlamasına da yaxşı təsir etdiyi tapılmışdır.
Aralıq dənizi pəhrizinin tərəvəz əsaslı olmasının, tez-tez zeytun yağı istehlakının sağlamlıq üçün çoxlu faydası olduğu bilinirdi. Bu yeni tədqiqatla tədqiqatçılar zeytun yağının yaddaşı gücləndirdiyini, öyrənmə qabiliyyətini artırdığını və Alzheimerə səbəb olan beyindəki amiloid-beta piləkləri ilə neyrofibrilyar yumaqları azaltdığını tapdılar [neyrofibrilyar yumaqlar (neurofibrillary tangles - NFTs) Alzheimer xəstəliyinin əsas bioloji göstəricilərindən biridir və hiperfosforilləşmiş tau zülalı yığıntılarıdır).
Alzheimer xəstəliyi nədir?
Alzheimer dünyada 46 milyon insana təsir etdiyi hesablanan xroniki neyrodegenerativ xəstəlikdir. Demensiyanın, yəni ağıl zəifliyinin ən geniş səbəbidir. Mövcud müalicələr yalnız əlamətləri yüngülləşdirməyə yönəlib, hələ səbəbə qarşı qaneedici müalicə tapılmayıb. Buna görə tədqiqatların çoxu bu xəstəlikdən qorunmağa aiddir. Əlamətləri zehni pozuntular, şəxsiyyət dəyişməsi, unutqanlıq və irəliləyən yaddaş itkisidir.
Tədqiqat
Bu tədqiqata görə digər mühüm yenilik zeytun yağının beyində iltihab yaranmasını azaldıb autofagiyanı yəni hüceyrələrin zədələnmiş strukturlardan qurtulmasını aktivləşdirməsidir.
Tədqiqatçılar təcrübəni siçanlarda aparmışlar. Siçanları 2 qrupa ayırmışlar. 1. qrupun normal qidasına saf-sızma zeytun yağı əlavə edilmiş, 2. qrupa əlavə verilmədən adi qidaları ilə bəslənmişlər. 9. və 12. aylardakı qiymətləndirmədə zeytun yağı verilən siçanların yaddaşı və öyrənmə qabiliyyətinin inkişaf etdiyi, nəzarət qrupunda dəyişiklik olmadığı ortaya çıxmışdır.
Nəticədə Aralıq dənizi pəhrizinin vazkeçilməzi saf-sızma zeytun yağının autofagiyanı aktivləşdirməsi sayəsində Alzheimerin başlanmasına səbəb ola bilən amiloid və fosforilləşmiş tau zülalı yığılmasını azaltması ümidverici və həyəcanlı xəbərdir. Tədqiqatçılar gələcəkdə müntəzəm zeytun yağı istifadəsinin hər hansı xəstəliyin qarşısını alma və ya dayandırma ehtimalını araşdırmağı planlaşdırırlar. Zeytun yağını mətbəxinizdən əskik etmədən bütün salat, məzə, yemək və səhər yeməklərində sağlamlıqla istifadə edə bilərsiniz.
Mənbələr
Extra-virgin olive oil ameliorates cognition and neuropathology of the 3xTg mice: role of autophagy.
Annals of Clinical and Translational Neurology, 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.