Tiroid xərçəngi əməliyyatından sonra hansı xəstə atom (radioaktiv yod) müalicəsi almalıdır?

Bu məqalədə
Tiroid xərçəngləri, ən çox görülən endokrin (hormonal sistem) xərçənglərdir və bütün endokrin xərçənglərin %95-ini təşkil edirlər. Bütün xərçənglər içində payları yetkinlərdə %1.5, uşaqlarda isə %3-dür. Adətən yaxşı xəstəlik gedişinə malik olsalar da, xəstələrin %5-10-unda ölüm görülür.
Son illər tezlik artıb. Bunda, radioloji görüntüləmənin tezləşməsi və məlumatlılıq rol oynayır deyə düşünülür. Kompüter tomoqrafiyası (BT), maqnit rezonans görüntüləmə (MRG), pozitron emissiya tomoqrafiyası (PET), ultrasəs müayinəsi (USG) ilə aşkarlanan kiçik qalxanabənzər vəzi xərçənglərinin göstəricisi artıb və yeni diaqnoz qoyulan qalxanabənzər vəzi xərçənglərinin %35-ində şişin diametri 1 cm-dən aşağıdır.
Plan xərçəngin tipindən asılıdır. Differensiasiyalı tiroid xərçəngi (differentiated thyroid cancer, DTC) %90-dan çoxunu təşkil edir. Bunun təxminən, %85-i papillyar, %10-u follikulyar və %3-ü Hurthle hüceyrəli karsinomalardır.
Papillyar yavaş gedişlidir, yavaş böyüyüb limfa ilə boyun düyünlərinə regional, metastaz verir. Follikulyar və Hurthle hüceyrəli xərçənglər daha aqressiv olmağa meyillidir və uzaq nahiyələrə hematogen (qan yolu ilə) yayılır. Papillyar və follikulyar qalxanabənzər vəzi xərçənglərinin proqnozu (xəstəliyin gedişi və nəticələri), biologiyaları və ya metastaz potensialları fərqli olsa da, I-dən IV-ə qədər ifadə olunan mərhələlərində oxşardır.
Müalicəyə ümumi baxış
Tiroid xərçənginin müalicəsi fərdi olmalı, ölüm və, residiv (təkrar xərçəng) riskləri nəzərə alınmalıdır.
Planlamada:
- şiş ölçüsü
- histologiya (hüceyrə tipi)
- vəzdən kənara yayılma
- tam cərrahi çıxarılma
- limfa düyünü tutulması
- uzaq metastaz
- yod avidliyi (istəyi) kimi birgə risklər nəzərə alınır.
Müalicəni çoxsahəli komanda ilə bu xərçəngdə ixtisaslı, endokrinoloq yönləndirməlidir. Boyun disseksiyası təcrübəli, tiroid cərrahıvə bir, nüvə təbabəti həkimiolmalıdır. Tibbi və radiasiya onkoloqları adətən irəli mərhələdə qoşulur.
Qalxanabənzər vəzi xərçənglərinin müalicəsində son 20 ildə ümidverici, son dərəcə mühüm inkişaflar baş verir. Bu müsbət inkişaflar müalicə standartlarının dəyişməsinə və sağqalım müddətlərinin yaxşılaşmasına səbəb olub. Qalxanabənzər vəzi xərçənginin müalicəsi ilə eyniləşən müalicələrdən biri də xalq arasında atom müalicəsi deyilən, radioaktiv yod (RAİ).
Erkən mərhələdə, əsas müalicə əməliyyatdır olsa da, əməliyyatdan sonra hansı xəstələrin adjuvant (qoruyucu) atom müalicəsi almalı və ya almamalı olduğu çox vaxt xəstələrin düşüncəsində mühüm sual yaradır.
Radioaktiv yod müalicəsi, əməliyyatdan sonra qala biləcək qalxanabənzər vəzi xərçəngi hüceyrələrini məhv etmək üçün istifadə edilir. Bu müalicə üsulunun xüsusilə papillyar və follikulyar qalxanabənzər vəzi xərçəngi xəstələrinin ömrünə mühüm töhfə verdiyi görünür.
Əməliyyatdan sonra maye və ya həb kimi, ağızdan verilən radioaktiv yod (I-131) qalxanabənzər vəzi hüceyrələrində toplanır və yaydığı şüalanma bədənin digər nahiyələrinə çox zərər vermədən bu hüceyrələrin böyüməsini dayandırır və fəaliyyətinə mane olur. Beləliklə, xərçəngli qalxanabənzər vəzi toxumaları məhv edilir.
Başlanğıc plan və risk təsnifatı
İlk müalicə ölüm riskini göstərən, TMN mərhələləndirməsi və residiv riskini göstərən Amerika Tiroid Birliyi (ATA) qiymətləndirməsi ilə seçilir.
Risk təsnifatı
ATA differensiasiyalı xərçəngi residiv və davamlılıq baxımından, aşağı, orta və yüksək riskli kimi təsnif edir. Əslində residiv riski müxtəlif dəyişənlər tərəfindən müəyyən edilən davamlılıqdır. Tiroidektomiya əməliyyatından sonra radioaktiv yod müalicəsinin hansı xəstələrə uyğun olduğunu və risk sinfini müəyyən etməkdə istifadə olunan müxtəlif meyarlar var. Əsasları:
- boynun ultrasəs (USG) qiymətləndirilməsi (tətbiq edən həkimin təcrübəsindən asılıdır)
- test üsuluna görə dəyişən qan, tiroqlobulin (Tg) səviyyələridir.
Residiv riski artır:
- tutulmuş düyün > 3 cm
- əməliyyatda düyün sayı > 5 və ya
- tiroiddən kənar yayılma
Ölüm riski artır:
- yan boyun düyünü (mərhələ 4A)
- geniş invaziya (çox toxuma işğalı) (mərhələ 4B) və ya
- uzaq metastaz (mərhələ 4C)
RAİ əməliyyat olan hamıya verilməlidirmi?
Bəzi aşağı riskli və bəzi orta riskli qalxanabənzər vəzi xərçəngi xəstələrinə total tiroidektomiyadan sonra müntəzəm radioaktiv yod müalicəsinin verilib-verilməməsi barədə müzakirələr var. Avropalı nüvə təbabəti mütəxəssisləri amerikalı həmkarlarından fərqli olaraq bu aşağı və orta riskli xəstələrdə radioaktiv yod müalicəsini müntəzəm istifadə etməyə meyillidirlər. Amerika Tiroid Assosiasiyasının (ATA) rəhbərliyi, aşağı riskdə RAİ tövsiyə etmir; orta riskdə seçilənlərə mikroskopik ətraf yayılma, damar tutulması, düyün metastazı və ya aqressiv histologiya varsa tövsiyə edir.
Bununla yanaşı artan fikir, metastaz verməmiş mikrokarsinomada belə yodun faydasını bildirir.
Tiroid xərçənginin müalicəsində radioaktiv yodun istifadəsi barədə mübahisələrin çoxunun arxasındakı mühüm amil, yavaş böyümənin qəti sübut toplamağı çətinləşdirməsidir .
Nüvə təbabəti son 10 ilə 20 il ərzində böyük dəyişikliklərə səhnə olub və onun həm diaqnostik, həm də terapevtik (müalicəedici) məqsədlərlə təqdim edə biləcəklərini yenidən qiymətləndirməyin vaxtı gəlib. Nüvə təbabətindəki inkişaflar radioaktiv yodun daha təsirli və geniş istifadəsinə yol açıb.
Mənbələr
2. R. Michael Tuttle, Sukhjeet Ahuja, Anca M. Avram ve ark.
Controversies, Consensus, and Collaboration in the Use of 131I Therapy in Differentiated Thyroid Cancer: A Joint Statement from the American Thyroid Association, the European Association of Nuclear Medicine, the Society of Nuclear Medicine and Molecular Imaging, and the European Thyroid Association.
Thyroid. 25 Apr 2019.
3. Poorani N. Goundan, Stephanie L. Lee.
Differentiated thyroid cancer.
endocrinologyadvisor.com - 2017 Decision Support in Medicine
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.