Diffuz iri B hüceyrəli limfomanın müalicəsində yeni təsdiq: tafasitamab-cxix

ABŞ Qida və Dərman İdarəsi (FDA) 31 iyul 2020-də residiv verən və ya müalicəyə cavab verməyən diffuz iri B hüceyrəli limfoma diaqnozlu yetkinlərdə istifadə üçün lenalidomib ilə birlikdə istifadə edilən, CD19 hədəfli hüceyrə əriməsini (sitolizi) başladan anticisim tafasitamab-cxix-ə (MONJUVI, MorphoSys US Inc.) sürətləndirilmiş təsdiq verdi. İstifadə ediləcək xəstə qrupu aşağı dərəcəli limfomadan qaynaqlanan və autoloji (insanın özündən alınmış kök hüceyrələr) kök hüceyrə transplantasiyası üçün uyğun olmayan diffuz iri B hüceyrəli limfoma xəstələri kimi göstərildi.
Tafasitamab-cxix-in lenalidomid ilə birlikdə effektivliyi 81 xəstənin qatıldığı çoxmərkəzli tədqiqatda qiymətləndirildi. Xəstələrə maksimum 12 dövr ərzində tafasitamab-cxix və lenalidomid venadaxili inyeksiya edildi, sonra tafasitamab-cxix monoterapiya kimi tətbiq olundu.
Tədqiqatın sonunda araşdırmaçılar diffuz iri B hüceyrəli limfoma diaqnozu qoyulmuş 71 xəstədə %55 ən yaxşı ümumi cavab nisbəti, xəstələrin %37-sində tam cavab və %18-ində qismən cavab müşahidə etdilər. Median (ortanca) cavab müddəti 21.7 ay göstərildi. Ən çox müşahidə edilən yan təsirlər (≥%20) neytropeniya, yorğunluq, anemiya, ishal (diareya), qanda trombosit sayının azalması (trombositopeniya), öskürək, bədən temperaturunun həddindən artıq yüksəlməsi (pireksiya), periferik ödem, tənəffüs yolu infeksiyası və iştahanın azalması kimi qeydə alındı.
Tafasitamab-cxix istifadəsində əldə edilən müalicə cavab nisbətinə əsasən təsdiq verilmişdir. Bu müalicə seçimi üçün davam edən təsdiqlər yeni tədqiqatlarda klinik faydanın təsdiqlənməsi və müəyyənləşdirilməsindən asılı verilə bilər.
FDA tafasitamab-cxix-ə yetim dərman (orphan drug), irəliləyiş yaradan müalicə, sürətli izləmə və prioritet baxış statusu verdi. “Orphan Drug Status” FDA-nın ABŞ-da ildə 200 mindən az insana təsir edən nisbətən nadir xəstəliklərin müalicəsi üçün hazırlanan dərmanları dəstəkləmə proqramıdır.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.