Gənc baxış: sağlam yaşamaq üçün qarşıda hələ uzun illərim var?

Sağlam yaşlanmaq bəlkə də bir çoxumuzun ən böyük arzularından biridir. Halbuki ürək-damar xəstəlikləri, hipertoniya, diabet və xərçəng kimi ciddi xəstəliklərin çoxu 50 yaş və sonrasında görülür. Təəssüf ki, adətən müəyyən yaşdan sonra bunu anlayıb xəstələnməmək üçün səy göstərə bilirik. Xüsusilə gəncliyin və orta yaşın verdiyi güc və inam çox vaxt “sağlam yaşamağa başlamaq və ya pis vərdişləri buraxmaq üçün qarşıda hələ uzun illərim var” dedirdir. Lakin son illərdə dərc edilmiş çoxlu tədqiqat sağlam həyat vərdişlərinin artıq uşaqlıqda başlamalı olduğunu göstərir.
Bu fikri dəstəkləyən yeni məqalə ötən günlərdə Amerikanın nüfuzlu tibb jurnalı JAMAjurnalında dərc edildi. Tədqiqatda bir çoxumuzun sağlamlığına diqqət etmədiyi gənc yetkinlik dövründə alınan artıq çəkinin sonrakı yaşlarda yaranan bir çox xroniki xəstəliyin sanki hazırlayıcısı olduğu iddia edilir.
Amerikada aparılmış tədqiqatda başlanğıcda qadınların 18, kişilərin 21 yaş çəkiləri və sayı 120 mini aşan iştirakçıların təxminən 55 yaşına qədər ölçülmüş çəkiləri qeydə alınmışdır. İştirakçıların 55 yaşdan etibarən ürək-damar xəstəliyi, xərçəng və digər xroniki xəstəliklər və ya ölüm qeydi yarananadək izləndiyi bu mühüm tədqiqat təxminən 37 il davam etmişdir.
Tədqiqatda erkən yaşda başlayıb orta yetkinlik dövründə davam edən çəki dəyişikliyinin həyatın sonrakı dövründə yaranan 11 xroniki xəstəliklə əlaqəsi izlənmişdir. Buna görə gənc və orta yetkinlik dövründə hətta yüngül-orta dərəcədə alınan çəkinin belə 55 yaşdan sonra (hər iki cins üçün) hipertoniya, diabet, ürək-damar xəstəlikləri, piylənmə ilə əlaqəli xərçəng və ölüm riskini artırdığı müəyyən edilmişdir.
2.5-10 kg (yüngül dərəcədə) çəki alanlarda çəkisi dəyişməyənlərlə (ən çox 2.5 kg alan və ya çəki almayan) müqayisədə:
- Diabet riskinin təxminən 2 dəfə artdığı.
- Hipertoniya və ürək-damar xəstəliyi riskinin təxminən 1.3 dəfə artdığı
- Piylənmə ilə əlaqəli xərçənglərin təxminən 1.2 dəfə artdığı
- Xüsusilə qadınlarda öd kisəsi daşı və ciddi osteoartriti (sümük xəstəliyi) artırdığı
- Əksinə, sağlam yaşlanma ehtimalını da azaltdığı müəyyən edilmişdir.
- Bundan əlavə, hər 5 kg çəki artımının artan xəstəlik risklərini daha da yüksəltdiyi müşahidə edilmişdir.
Yuxarıdakı tədqiqat ən sağlam olduğumuzu düşündüyümüz gənclik dövründə aldığımız çəkinin gələcəkdə sağlamlığımıza mənfi təsir edəcəyi, qeyri-sağlam yaşlanmağımıza səbəb olacağı və gənc yetkinliyin piylənmənin inkişafında diqqətdən kənarda qalmış dövr olduğu kimi şərh edilməlidir. Buna görə gənc yetkinlərdə piylənmənin qarşısının alınmasına və nəzarətdə saxlanmasına üstünlük verilməlidir.
OncoTrust olaraq bizim də hər zaman vurğuladığımız kimi, sağlam həyat sürməyin ən düzgün yolu sağlam həyat vərdişlərinin gənc yaşlarda qazanılması və mümkünsə ailə ilə birlikdə bütöv şəkildə tətbiq edilməsidir.
Mənbələr
Associations of Weight Gain From Early to Middle Adulthood With Major Health Outcomes Later in Life;
JAMA. 2017;318(3):255-269. doi:10.1001/jama.2017.7092
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.