Həm Yemək Öyününü Buraxmaq, Həm də Tez-Tez Yemək Həyat İtkisi Riskinin Artması ilə Əlaqələndirildi

Bu məqalədə
40 yaş və daha böyük yetkinlərdə həm yemək tezliyini, həm də öyünlər arasındakı fasilələri araşdıran genişmiqyaslı yeni prospektiv (irəliyə yönəlmiş) tədqiqata görə öyünlər arasında 4,5 saat və ya daha qısa fasilənin daha uzun fasilələrlə müqayisədə bütün səbəblərdən həyat itkisi riskinin artması ilə əlaqəli olduğu müəyyən edildi.
Tədqiqat həmçinin gündə bir öyün yeməyin üç öyünlə müqayisədə həm ürək-damar xəstəlikləri (ÜDX), həm də bütün səbəblərdən daha yüksək həyat itkisi göstəriciləri ilə əlaqəli olduğunu göstərdi. Lakin başlanğıcda ÜDX və xərçəng diaqnozu qoyulmuş iştirakçılar təhlildən çıxarıldıqda statistik əhəmiyyət aradan qalxdı.
Qısası, bu tədqiqat həm acmadan yeməyin sağlam olmadığını vurğulayır, həm də son vaxtlar populyarlaşan gündə 1 öyün yeməyin düşünüldüyü qədər sağlam olmaya biləcəyinə işarə edir.
“Tez-tez və az yeyin” və “Bir öyün mənə kifayətdir” Fikirləri Üzərində Düşünməliyik
Tennessi Universitetinin Sağlamlıq Elmləri Mərkəzindən, eyni zamanda tədqiqatın baş müəllifi olan doktor Yangbo Sun bildirdi ki, bu nəticələr gündəlik qidalanmada öyün sayının və aralarındakı fasilələrin məhdudlaşdırılmasının sağlamlığa faydaları barədə bir sıra yeni suallar yaradacaq.
"Fasiləli orucun arıqlamaq, metabolik sağlamlıq və xəstəliklərin qarşısını almaq üçün həll kimi geniş təbliğ edildiyi dövrdə bu tədqiqat böyük əksəriyyəti hər gün üç öyündən az yeyən yetkinlər üçün əhəmiyyətlidir" dedi doktor Sun mətbuat konfransında. "Tədqiqatımız gündə yalnız bir öyün yeyən insanların gün ərzində daha çox yemək yeyənlərə nisbətən həyat itkisi riskinin daha yüksək olduğunu ortaya qoydu.”
Doktor Sun, "Gündə 3 öyün qidalananlarla müqayisədə səhər yeməyini buraxan iştirakçıların ürək-damar xəstəliklərinə tutulma ehtimalı daha yüksək olduğu halda, naharı və ya axşam yeməyini buraxanların bütün səbəblərdən həyat itkisi riski artır" dedi.
"Bu nəticələrə əsasən, günə bölüşdürülmüş ən azı iki-üç öyün yemək yeməyinizi tövsiyə edirik" dedi doktor Sun.
ABŞ-li yetkinlər üzərində aparılmış bu tədqiqatın nəticələri Journal of the Academy of Nutrition and Dietetics jurnalında dərc olundu. Müəlliflər bunun gündə üç öyün yeyən insanlarda iki öyün arasındakı fasilənin orta hesabla 4,5 saat və ya daha az olmasının bütün səbəblərdən həyat itkisi riski ilə əlaqəli olduğunu göstərən ilk tədqiqat olduğuna inanırlar.
Nə Vaxt Yediyimiz, Yoxsa Nə Yediyimiz?
Bununla yanaşı Alabama Universitetinin Qidalanma Elmləri şöbəsindən doktor Courtney Peterson-un tədqiqatla bağlı tərəddüdləri var.
Doktor Peterson "şeytanın təfərrüatlarda gizləndiyini" bildirdi və tədqiqatçıların tədqiqatın əvvəlində qəbul edilən kalori miqdarını, ən əsası isə diaqnoz qoyulmuş tibbi vəziyyətləri və xəstəlikləri düzgün nəzərə almalı və müzakirə etməli olduqlarını vurğuladı.
"Necə təhlil etsəniz də, əsasən bir öyünü buraxmağın sizin üçün pis olduğunu göstərən əla nəticələr əldə ediblər, elə deyilmi? Təəssüf ki, başlanğıcda xərçəngi və ya ürək xəstəliyi olan hər kəsi çıxardıqda artıq demək olar heç nə statistik baxımdan əhəmiyyətli deyildi"
Az karbohidratlı pəhrizlə diabetə nəzarət üzərində çalışan doktor David Unwin epidemioloji (cəmiyyətdə müşahidəyə əsaslanan) tədqiqat kimi bu işin səbəb-nəticədən daha çox əlaqəni göstərdiyini bildirdi.
"Daha yaxşı bir tədqiqat bununla ziddiyyət təşkil edir" deyə doktor Unwin qeyd etdi. 2019-cu ildə BMJ-də dərc olunmuş randomizə edilmiş nəzarətli tədqiqatların meta-analizi, səhər yeməyini çəki dəyişikliyi və enerji qəbulu ilə əlaqələndirən sınaqlarda səhər yeməyini buraxan iştirakçıların daha yaxşı arıqladığını müəyyən etmişdi.
Doktor Unwin "Mənim üçün yediyimiz şeylərin keyfiyyəti vaxtından çox daha vacibdir, xüsusilə həddindən artıq emal edilmiş qəlyanaltılardan uzaq durmaq" deyə əlavə etdi və həddindən artıq emal edilmiş qida istehlakının bütün səbəblərdən həyat itkisi riskini artırdığını göstərən tədqiqatlara istinad etdi.
Marağınızı çəkə bilər: Minimal və ultra emal edilmiş qida arasında fərq nədir?
Xüsusilə bunları qeyd etdi: "şəkər tərkibi qəlyanaltılarla həyat itkisi arasındakı əlaqənin ən böyük hissəsini təşkil edir. Şüarım budur: çoxlu yaşıl tərəvəz, ət, çərəz, yumurta, süd və süd məhsulları, meyvə kimi yalnız həqiqi qidalar yeyin."
Yemək Tezliyi və Öyünlər Arasındakı Müddət Sağlamlığa Necə Təsir Edir?
2009-2010-cu illərdəki ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusuna (NHANES) görə amerikalıların 40%-ı yemək öyününü buraxır və ən azı hər beş nəfərdən biri səhər yeməyini və ya naharı buraxır.
Doktor Sun həmçinin "Səhər yeməyini buraxmağın ürək-damar sağlamlığı üçün yaxşı fikir olmadığını artıq bilirik, lakin nahar və axşam yeməyi kimi günün digər öyünləri ilə maraqlandıq. Həmçinin öyünlər arasındakı fasilələrin həyat itkisi göstəricisi ilə əlaqəli olub-olmadığını öyrənmək istədik" dedi.
Tədqiqatçılar həmçinin yemək tezliyi, öyünləri buraxmaq və fasilələrlə bağlı sağlamlıq nəticələrini araşdırmağa ehtiyac duydular, çünki sübut çatışmazlığı səbəbindən bunlara dair tövsiyələr 2020-2025 Amerikalılar üçün Qidalanma Təlimatına daxil edilməmişdi.
NHANES-dən (1999-2014-cü illər arasında) 40 yaş və daha böyük cəmi 24011 yetkin iştirak etdi. Doktor Sun, "Tədqiqatımızı nəticələri birbaşa ümumi əhaliyə tətbiq edilə bilən, ölkə səviyyəsində təmsilçi ABŞ yetkinləri nümunəsinə əsaslandırdıq" dedi.
24 saatlıq qida və içki xatırlama sorğuları, eləcə də yemək vaxtları da daxil olmaqla qidalanma davranışları 1999-2014-cü illər arasında toplandı və həyat itkisi məlumatlarından istifadə edilərək (31 dekabr 2015-ci ilə qədər), ÜDX ilə əlaqəli və bütün səbəblərdən həyat itkiləri də daxil olmaqla qidalanma davranışları ilə həyat itkisi göstəriciləri arasındakı hər hansı potensial əlaqə hesablandı.
İki Öyün Arasındakı Qısalmış Fasilələr – Tez-Tez Yemək Davranışı – Daha Pis Nəticələr Göstərir
Nəticələr həyat itkisi ilə yemək tezliyi, iki öyün arasındakı müddət və öyünləri buraxmaq arasında əlaqə olduğunu göstərir.
Gün ərzində yemək tezliyi (1-dən 4 öyünə qədər) ürək-damar xəstəlikləri və bütün səbəblərdən həyat itkisi ilə əlaqələndirildikdə nəticələr öyün sayı azaldıqca həyat itkisinin yüksəldiyini göstərdi.
Cədvəl 1. Yemək Tezliyi və Həyat İtkisi Göstəriciləri
|
Nəticə |
1 öyün/gün |
2 öyün/gün |
3 öyün/gün |
≥ 4 öyün/gün |
|
Bütün səbəblərdən həyat itkisi, hadisə/iştirakçı sayı |
224/1116 |
1137/6315 |
2424/13626 |
390/2954 |
|
Bütün səbəblərdən həyat itkisi, HR[a] |
1,30 |
1,07 |
istinad |
0,91 |
|
ÜDX üzrə həyat itkisi, hadisə/iştirakçı sayı |
54/1116 |
242/6315 |
504/13626 |
78/2954 |
|
ÜDX üzrə həyat itkisi, HR[a] |
1,83 |
1,10 |
istinad |
0,92 |
HR = hazard ratio (təhlükə nisbəti). Nisbət 1-dən yuxarıdırsa, riskin artdığını ifadə edir.
a. Tam düzəliş edilmiş təhlillə əldə olunan əhəmiyyətli göstərici (təhsil, gəlir, siqaret çəkmə vəziyyəti, alkoqol qəbulu, fiziki fəallıq səviyyəsi, ümumi enerji qəbulu, ümumi pəhriz keyfiyyəti, ərzaq təhlükəsizliyinin təmin olunmaması, qəlyanaltı tezliyi, başlanğıcdakı diabet, hipertenziya, hiperxolesterolemiya, ürək-damar xəstəliyi, başlanğıcdakı xərçəng diaqnozu və bədən kütlə indeksi).
Sun və həmmüəlliflər öyünləri buraxmağın xəstəlik və həyat itkisi üçün niyə mümkün risk amili olduğuna dair bir neçə ehtimala diqqət çəkirlər. Əvvəlcə daha yüksək ürək-damar xəstəliyi riski ilə əlaqəli olduğu göstərilmiş ərzaq təhlükəsizliyinin təmin olunmamasını qeyd edir və xüsusilə səhər yeməyini buraxmağın qeyri-sağlam qidalanma və mənfi həyat tərzi vərdişlərinin davranış göstəricisi ola biləcəyini əlavə edirlər. Lakin başlanğıcda ürək-damar xəstəliyi və xərçəng diaqnozu qoyulmuş iştirakçılar təhlildən çıxarıldıqda yemək tezliyi ilə bağlı nəticələr artıq əhəmiyyətli deyildi.
Tədqiqatçılar hər hansı öyünü buraxmağın heç birini buraxmamaqla müqayisədə nisbi təsirinə dair əvvəl sadalanan amillər üzrə aparılmış təhlilə əsasən, səhər yeməyini buraxmağın bütün səbəblərdən həyat itkisi üçün əhəmiyyətsiz 1,1 təhlükə nisbətinə malik olduğunu, lakin ürək-damar xəstəliyi (ÜDX) ilə əlaqəli həyat itkisi üçün bu nisbətin 1,4 olduğunu müəyyən etdilər.
Naharı buraxmaq bütün səbəblərdən həyat itkisi üçün əhəmiyyətli 1,12 təhlükə nisbəti ilə əlaqələndirildiyi halda, ÜDX ilə əlaqəli həyat itkisi üçün əhəmiyyətli olmayan 1,15 təhlükə nisbəti ilə əlaqələndirildi. Eynilə axşam yeməyini buraxmaq bütün səbəblərdən həyat itkisi üçün əhəmiyyətli 1,16 təhlükə nisbəti ilə əlaqələndirildiyi halda, ÜDX ilə əlaqəli həyat itkisi üçün əhəmiyyətli olmayan 1,19 təhlükə nisbəti ilə əlaqələndirildi.
Tədqiqatçılar öyünlər arasındakı fasilələrə baxdıqda bir qədər çaşdırıcı, lakin düşündükdə məntiqli görünən nəticələr əldə etdilər. Öyünlər arasındakı fasilə 4,6-5,5 saat olan qrupla müqayisədə 4,5 saat və ya daha az olan qrup və 5,5 saatdan çox olan qrup bütün səbəblərdən həyat itkisi ilə əhəmiyyətli əlaqə göstərdi, lakin ÜDX üzrə həyat itkisi ilə əlaqə əhəmiyyətli deyildi. Yəni həm tez-tez yemək, həm də əsas öyünü buraxmaq mənfi görünürdü.
Cədvəl 2. Yeməklər Arasındakı Fasilələr və Həyat İtkisi Göstəriciləri
| Nəticə | Yeməklər arasındakı fasilə ≤ 4,5 saat |
Yeməklər arasındakı fasilə 4,6-5,5 |
Yeməklər arasındakı fasilə > 5,5 saat |
| Bütün səbəblərdən həyat itkisi sayı, hadisə/iştirakçı sayı | 666/3270 | 1111/5770 | 647/4586 |
| Bütün səbəblərdən həyat itkisi, HR[a] | 1,17 | istinad | 0,98 |
| ÜDX üzrə həyat itkisi göstəricisi, hadisə/iştirakçı sayı | 136/3270 | 230/5770 | 138/4586 |
| ÜDX üzrə həyat itkisi göstəricisi, HR[b] | 1,22 | istinad | 0,98 |
HR = hazard ratio (təhlükə nisbəti). Nisbət 1-dən yuxarıdırsa, riskin artdığını ifadə edir.
a. Tam düzəliş edilmiş təhlillə əldə olunan əhəmiyyətli göstərici (təhsil, gəlir, siqaret çəkmə vəziyyəti, alkoqol qəbulu, fiziki fəallıq səviyyəsi, ümumi enerji qəbulu, ümumi pəhriz keyfiyyəti, ərzaq təhlükəsizliyinin təmin olunmaması, qəlyanaltı tezliyi, başlanğıcdakı diabet, hipertenziya, hiperxolesterolemiya, ürək-damar xəstəliyi, başlanğıcdakı xərçəng diaqnozu və bədən kütlə indeksi).
b. Eyni düzəlişlər tətbiq olunduqda statistik əhəmiyyət aradan qalxır.
Tez-Tez Yemək və ya Öyünü Buraxmaq Davranışı Metabolizəni Həddindən Artıq Yükləyir
Doktor Sun və tədqiqatın digər müəllifləri öyünü buraxmağın xəstəlik və həyat itkisi üçün niyə mümkün risk amili olduğuna dair bir neçə ehtimala diqqət çəkirlər. Əvvəlcə daha yüksək ÜDX riski ilə əlaqəli olduğu göstərilən ərzaq təhlükəsizliyinin təmin olunmamasını qeyd edir və xüsusilə səhər yeməyini buraxmağın qeyri-sağlam qidalanma və həyat tərzi vərdişləri üçün davranış göstəricisi ola biləcəyini əlavə edirlər.
"Lakin ərzaq təhlükəsizliyinin təmin olunmaması/keyfiyyətli qidaya çıxışın olmaması, siqaret çəkmə, alkoqol istifadəsi, fiziki fəallıq səviyyəsi, ümumi enerji qəbulu və ümumi pəhriz keyfiyyəti də daxil olmaqla müxtəlif qidalanma və həyat tərzi amilləri üzrə düzəlişdən sonra nəticələr əhəmiyyətli qalırdı. Bu da onları öyünü buraxmaqla həyat itkisi arasında müşahidə olunan əlaqənin daha az ehtimal edilən izahlarına çevirirdi." deyə yazırlar.
Həmçinin öyünü buraxmağın adətən daha böyük enerji yükü olan yeməklər yemək mənasına gəldiyini və bunun qlükoza metabolizəsinin tənzimlənmə yükünü artıraraq metabolik pozulmaya yol aça biləcəyini vurğulayırlar.
"Bu, yeməklər arasındakı daha qısa fasilə ilə həyat itkisi arasındakı əlaqəni də izah edə bilər, çünki öyünlər arasında daha az gözləmək eyni zamanda müəyyən müddətdə daha böyük enerji yükü deməkdir."
Baş tədqiqatçı, Ayova Universitetindən epidemioloq doktor Wei Bao, "Nəticələrimiz açıq məlumatlardan əldə edilmiş müşahidələrə əsaslanır və səbəb-nəticə əlaqəsini nəzərdə tutmur. Bununla belə müşahidə etdiklərimiz metabolik baxımdan məntiqlidir."
Mənbələr
2. Shorter Intervals Between Meals Linked to Higher Mortality - Medscape - Dec 01, 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.