Kolonoskopiyanın hansı nisbətdə həyat xilas etdiyi tapıldı

Kolonoskopiyanın, kolon və düz bağırsaq xərçəngində erkən diaqnoz təmin edərək bu xərçənglərə bağlı ölüm göstəricilərini əhəmiyyətli dərəcədə azalda biləcəyi məlum idi. Lakin yeni və bu mövzuda aparılmış ən böyük miqyaslı hal-nəzarət tədqiqatının nəticələri kolonoskopiyanın yoğun bağırsaq xərçənglərinə bağlı ölüm göstəricisini “nə qədər” azaltdığını da göstərir.
Bir çox həkim kolonoskopiyanın çox vaxt həyat xilas edən rol oynadığı ilə razıdır. Yalnız ABŞ-da ildə təxminən 14 milyon şəxsin kolonoskopiya etdirdiyi təxmin edilir. ABŞ-da bir xərçəng skrininqi üsulu kimi kolonoskopiya istifadə edən xəstələr 2001 ilində % 8 olduğu halda, 2007 ilindən sonra bu nisbət % 32-ni keçmişdir.
Qeyd: Yoğun bağırsaq xərçənginin erkən diaqnozu üçün skrininq məqsədilə kolonoskopiya həm qadınlara, həm kişilərə 50 yaşdan başlayaraq hər 10 ildə bir tövsiyə edilir.
Həmçinin kolonoskopiyanın nəcis testləri kimi digər kolorektal xərçəng skrininq testlərindən daha təsirli vasitə olub-olmaması barədə hələ suallar vardır.
Səhiyyə xidmətinə daha geniş baxsaq, bu mövzu yalnız kolonoskopiyanın təsirliliyini müqayisə etməkdən ibarət deyil; xərc, xərc səmərəliliyi, resursların mövcudluğu və bölüşdürülməsi məsələləri də düşünülməlidir.
Nəcisdə yoğun bağırsaq xərçənginə aid bioloji göstəricilərin axtarılması prinsipinə əsaslanan tətbiqlərlə kolonoskopiya əsaslı skrininqləri müqayisə edən dörd randomizə edilmiş nəzarətli tədqiqat da davam edir.
Yazımızın mövzusu olan tədqiqatın təfərrüatları
Tədqiqatda 1 Yanvar 2002 və 31 Dekabr 2008 tarixləri arasında kolorektal xərçəng keçirmiş 4964 xəstə müəyyən edildi. Nəzarət qolu olaraq təxminən 4 dəfə çox (19856) sağlam şəxs tədqiqata daxil edildi. İştirakçıların median yaşı 71.7 idi.
Tədqiqatın nəticələri:
- Xərçəng xəstələri nəzarət qrupu ilə müqayisədə daha az kolonoskopiya etdirmişdi (%13.5-ə qarşı %26.4).
- Xərçəngli xəstələrdə kolonoskopiya ilə xərçəng diaqnozu arasındakı median vaxt 43.5 ay idi.
- Tədqiqatın ən mühüm nəticəsi olaraq kolonoskopiyanın sol kolon xərçənginə bağlı ölüm göstəricisini %72, sağ kolon xərçənginə bağlı ölüm göstəricisini %46 azaltdığı tapıldı.
Əhəmiyyətli risk azalması
Bu məlumatlar kolonoskopiyanın yoğun bağırsaq xərçəngi riskini azaltmaqdakı əhəmiyyətini yenidən göstərir. Bununla yanaşı, tədqiqatçılar yüksək səviyyədə adenoma (polip) aşkarlanması ilə müəyyən edilən keyfiyyətli endoskopistin əhəmiyyətini qeyd edirlər.
ABŞ mənşəli başqa tədqiqatda adenoma aşkarlanmasında hər % 1 artımın kolorektal xərçəng tezliyində %3 azalma ilə əlaqəli olduğu göstərilmişdir.
Nəticə olaraq xərçəng skrininqi üsulu kimi kolonoskopiya yayıldıqca ən çox rast gəlinən xərçənglərdən olan kolorektal xərçənglərin həm tezliyi, həm də onlara bağlı ölüm göstəriciləri azalır.
Mənbələr
Colonoscopy and Colorectal Cancer Mortality in the Veterans Affairs Health Care System: A Case–Control Study.
Annals of Internal Medicine, 13 March 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.