Koronavirus əlamətlər başlamazdan əvvəl və xəstəliyin ilk həftəsində ƏN YOLUXUCUDUR

Bu məqalədə
2020-ci ilin martında dərc edilən iki yeni tədqiqat koronavirusun insanların burun və boğazında asanlıqla çoxala bildiyinə və insanlar xəstə olduqlarını bilmədən yoluxa bildiyinə dair ən güclü sübutları təqdim etdi. Buna görə sosial məsafəni artırmaq, lazım olmadıqca evdən çıxmamaq, gigiyena qaydalarına əməl etmək, lazımi şəxslər üçün izolyasiya və karantinə diqqət etmək epidemiyanın daha çox yayılmaması və ölümlərin artmaması üçün həyati əhəmiyyət daşıyır.
COVID-19 pandemiyasını əhatə edən geniş səylər bütün dünyada qüvvəyə mindikcə tədqiqatçılar xəstələrin nə vaxt ən yoluxucu olması barədə məlumatları yenicə əldə etməyə başlayırlar.
Xəstəliyə səbəb olan SARS-CoV-2 virusuna yoluxmuş insanlar simptomları (əlamətləri) yaranmazdan əvvəl və sonra virus üçün pozitiv test verə bilərlər. Lakin Almaniyada virus aşkarlanmış doqquz şəxslə aparılan və 8 mart 2020 tarixində dərc edilən yeni tədqiqat insanların əsasən əlamətlər olmadan və xəstəliyin ilk həftəsində yoluxucu olduğunu göstərir (mənbə 1).
Yuxarıda, insan hüceyrəsini (boz) parçalayıb çıxan yeni koronavirusların (narıncı) elektron mikroskop fotoşəkli. Mənbə: National Institute of Allergy and Infectious Diseases-Rocky Mountain Laboratories / NIH
Tədqiqatçılar bu ilk həftə boyunca burun və boğaz yaxmalarının təxminən yüzdə 17-dən, bəlğəm nümunələrinin isə yüzdə 83-dən yoluxucu virus təcrid etdilər.
Xəstələrin burun və boğazlarında milyonlarla virus aşkar edildi; bu, SARS xəstələrində yarananın təxminən 1000 qatı qədərdir
Bu yüksək virus yükü yeni koronavirusun niyə bu qədər yoluxucu olduğunu izah etməyə kömək edə bilər.
Alimlər bu doqquz şəxsi koronavirusa məruz qaldıqdan bir müddət sonra müəyyənləşdirdilər, buna görə tədqiqatçılar insanların virus yaymağa dəqiq nə vaxt başladığını bilmirlər.
Əlamətlərin səkkizinci günündən sonra tədqiqatçılar virusun genetik materialı olan RNA-nı xəstələrin yaxmalarında və ya nümunələrində aşkarlaya bildilər, lakin artıq yoluxucu virus tapa bilmədilər. Bu, bədənin immun sisteminin SARS-CoV-2 virusuna qarşı yaratdığı anticisimlərin hüceyrələrdən çıxan virusları öldürdüyünün göstəricisidir.
Tədqiqat mühüm məqamı işıqlandırır: test çubuğunda və ya nümunədə RNA və ya virus parçası tapmaq virusun “canlı” və ya yoluxucu olduğuna zəmanət vermir.
Məlumat çatışmazlığı, yanlış xəbərlər və ya təsəvvür cəmiyyəti yanlış yönləndirir; yüngül xəstə olduqda və ya heç əlamət göstərmədikdə belə çoxlu virus yayırsınız və bu, virusun niyə bu qədər asan yayıldığını izah edir. Buna görə sosial məsafə tədbirləri çox vacibdir.
Lakin ruhlandırıcı xəbərlər də var. Anticisim yaranmasından sonra, yəni xəstəliyə yoluxduqdan təxminən 10 gün sonra insanları yoluxdurma ehtimalınız çox azalır.
Wendtner və həmkarları doqquz xəstəni xəstəxanada qaldıqları müddətdə hər səhər test edərək qan, sidik, nəcis, burun və boğaz yaxmaları topladılar, insanlardan bəlğəm çıxarmağı və ya öskürməyi istədilər. Wendtner, "Xəstələrlə birlikdə öyrənirdik, çünki onları xəstəxanadan çıxarmaq üçün ən yaxşı və təhlükəsiz vaxtın nə olduğunu bilmirdik" deyir.
Bu xəstələrdə burun və boğazdan yüksək virus yayılması infeksiyanın çox erkən dövrlərində baş vermişdi – test zamanı əksər xəstələrdə yuxarı tənəffüs yollarında virus istehsalı artıq zirvəyə çatmışdı. İnfeksiya irəlilədikcə virus ağciyərlərin dərinliyinə enir.
Qrup heç vaxt qanda və ya sidikdə virus sübutu tapmadı; lakin immun sisteminin virusa qarşı yaratdığı anticisimlər tapıla bilər. Bundan sonra xəstəxanada müalicə edilən digər COVID-19 xəstələrindən qan və sidik nümunələri toplamağı dayandırdı. Tədqiqatçılar nəcisdə virus RNA-sı tapdılar, lakin yoluxucu virus yox idi. Bu, virusun indiyədək məlum olmayan nəcis yolu ilə yayılmadığını göstərir.
Xəstə şəxsin 1 dəfə asqırmasının mühitdəki digər şəxsə/şəxslərə yoluxdurmaq üçün yetərli olduğu müəyyən edilib. Bu, yeni koronavirusun infektivlik fəallığının olduqca yüksək olduğunu göstərir. Həmçinin səhiyyə işçilərinin də yüksək risk altında olduğunu...
Tədqiqatdakı xəstələr əlamətlərin başlanmasından təxminən 6 ilə 12 gün sonra virusa qarşı anticisim yaratmağa başladılar. Anticisim istehsalı başlayanda tədqiqatçılar bəlğəmdə, burun və boğaz yaxmalarında hələ yüksək virus RNA səviyyələri tapdılar, lakin xəstələr artıq yoluxucu virus buraxmırdılar.
Buna görə karantin üçün 14 gün təhlükəsizdir və bu sadə məsləhətə əməl etməliyik.
Yeni koronavirusun çox erkən dövrdə yoluxdurucu olduğuna dair digər güclü sübut 16 martda dərc edilən Science məqaləsindən gəldi:
Ruiyun Li və həmkarları tədqiqatda SARS-CoV-2 ilə bağlı mühüm ictimai xüsusiyyətləri çıxarmaq üçün hərəkətlilik məlumatları, şəbəkə əsaslı dinamik metapopulyasiya modeli və Bayesian nəticəçıxarma ilə birlikdə Çində bildirilmiş infeksiya müşahidələrindən istifadə etdilər. 23 yanvar 2020 səyahət məhdudiyyətlərindən əvvəl bütün infeksiyaların % 86-nın sənədləşdirilmədiyini tapdılar. Tədqiqatda sənədləşdirilmiş halların %79-nun sənədləşdirilməmiş hallardan qaynaqlandığı müəyyən olundu. Bu da SARS-CoV-2 virusunun coğrafi baxımdan niyə bu qədər sürətlə yayıldığını izah edir.
*
Koronavirus testi kimlərə edilməlidir?
Artıq xaricdən gəlmək və ya xaricdən gələn biri ilə təmas etmək şərti axtarılmadan qızdırmanız, öskürəyiniz və təngnəfəsliyiniz varsa, burnunuz axmırsa, sizdə virus ola bilər. Bu kateqoriyadakı hər kəs test edilməlidir.
Bununla belə, yeni koronavirusa yoluxmuş şəxslərin çoxu heç əlamət vermədən xəstəliyi keçirir, lakin bu dövrdə də yoluxdurucu qalır. Buna görə koronavirus testi üçün simptom (əlamət) görməyi gözləməmək lazım olduğu da başqa həqiqətdir. Lakin hazırda səhiyyə sistemləri bu qədər insana test aparmaq imkanında deyil. Bu halda sosial məsafəni artırmağın və evdə qalmağın əhəmiyyəti bir daha ortaya çıxır!
SARS-CoV-2 adlı yeni koronavirusun diaqnozu üçün iki əsas test növü var:
- Polimeraza zəncirvari reaksiyası (Polymerase Chain Reaction = PCR) və
- Sürətli diaqnostika testləri
PCR testi, nazofaringeal nümunədən (udlaq və burun yaxması) virus genomunun - koronavirus üçün bu, RNAdır - yoxlandığı testlərdir. Proses 45 - 90 dk çəkir. Buna molekulyar diaqnostika testi də deyilir.
Sürətli diaqnostika testlərində isə virusun antigenləri və ya insanın virusa qarşı immun sisteminin yaratdığı anticisimlər yoxlanır. Sürətli diaqnostika testləri həm udlaq və burun yaxmasından, həm də qandan aparıla bilər. Udlaq və burun yaxmasından baxıldıqda axtarılan virus antigenidir; qandan baxıldıqda isə virusa qarşı yaranan anticisimlərdir.
Şəkil 1: Aşağıda koronavirus test növlərini və hansı nümunədən aparıldığını görmək olar.

*
- BÜTÜN KORONAVİRUS YAZILARIMIZ -
*
Mənbələr
2. Ruiyun Li et al. Substantial undocumented infection facilitates the rapid dissemination of novel coronavirus (SARS-CoV2). Science 16 March 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.