Mədə və yumurtalıq xərçəngində qarındaxili isti kimyaterapiya tətbiqində yeni irəliləyişlər

Bu məqalədə
Qarın pərdəsi (periton) metastazlı mədə xərçəngi xəstələrinin müalicəsində isti kimyaterapiyalı cərrahiyyənin tək cərrahiyyə ilə müqayisəsi
Tibbi dildə peritonitis karsinomatoza adlandırılan qarın pərdəsinə metastazvermiş mədə xərçəngi çox vaxt son mərhələ xəstəliyi sayılır. Bu vəziyyətin standart müalicəsi yaşam müddətini uzatmaq və şikayətləri azaltmaq məqsədli (palliativ) tək kimyaterapiyadır və bu şəkildə müalicə nəticələri qənaətbəxş deyil. Qarın pərdəsi metastazlı xəstələrdə sitoreduktiv cərrahiyyə dediyimiz, əməliyyatla gözlə görünən bütün şişlərin çıxarılması və qarındaxili isti kimyaterapiya tətbiqi (HİPEK) illərdir müzakirə edilir. Bu araşdırmada sitoreduktiv cərrahiyyə (qarın daxilində görünən şişin əməliyyatla mümkün qədər çıxarılması) ilə birlikdə qarındaxili isti kimyaterapiyanın yaşam müddətlərinə və xəstəliyin digər nəticələrinə təsiri araşdırıldı.
Qeyd: Sitoreduktiv xərçəng əməliyyatları iki cür nəticələnir: ya geridə görünən xəstəlik qalmır (tam sitoreduksiya), ya da diametri 10 mm və ya daha az şiş qala bilər (optimal sitoreduksiya).
Araşdırma çərçivəsində 1989-cu ildən 2014-cü ilə qədər 19 Fransa xərçəng müalicəsi mərkəzində qarın pərdəsi metastazı ilə mədə xərçəngi müalicəsi alan ardıcıl 277 xəstə qiymətləndirildi. Sitoreduktiv cərrahiyyə ilə birlikdə isti kimyaterapiya tətbiq edilən 180 xəstə yalnız sitoreduktiv cərrahiyyə aparılan 97 xəstə ilə müqayisə edildi.
Araşdırmanın nəticələrinə görə, isti kimyaterapiya tətbiq olunan qrupda yaşam müddətləri əhəmiyyətli dərəcədə uzun tapıldı:
- Median ümumi yaşam müddəti 19 aya qarşı 12 ay idi.
- İsti kimyaterapiya tətbiq olunanlarda 3 illik ümumi sağqalım göstəricisi % 26, yalnız cərrahiyyə aparılanlarda % 20; 5 illik ümumi sağqalım göstəriciləri isə % 11-ə qarşı % 6 idi.
- 3 illik xəstəliksiz sağqalım göstəriciləri % 20 və % 17; 5 illik xəstəliksiz sağqalım göstəriciləri % 6 və % 4 idi.
- Buna qarşılıq müalicələrə bağlı ölüm (mortalite) göstəriciləri oxşar idi. Həmçinin tətbiq olunan müalicələrə bağlı yan təsirlər də oxşar idi.

Nəticə olaraqqarın pərdəsi metastazlı mədə xərçəngi xəstələrinin müalicəsi üçün tək sitoreduktiv cərrahiyyə ilə müqayisədə cərrahiyyə ilə birlikdə isti kimyaterapiya əlavə yan təsir yaratmadan yaşam müddətini artırır və xəstəliyin nəticələrini yaxşılaşdırır kimi görünür. Tam sitoreduktiv cərrahiyyə aparıla bilsə, yəni əməliyyatla çatıla bilən bütün qarın pərdəsi metastazları təmizlənə bilsə, isti kimyaterapiyanın cərrahiyyəyə əlavə edilməsi bu mərhələ xəstəliyin yeni standart müalicəsinə çevrilə bilər.

Mərhələ 3C yumurtalıq xərçəngi xəstələrinin müalicəsində isti kimyaterapiyalı cərrahiyyənin tək cərrahiyyə ilə müqayisəsi
İllərdir sorğulanan isti kimyaterapiya ilə yumurtalıq xərçənginin müalicəsi bu araşdırma ilə cavabını tapdı!
Çox erkən mərhələdə diaqnoz qoyulmamış yumurtalıq xərçənginin klassik müalicəsi ilə əldə edilən nəticələr hələ qənaətbəxş deyil. Buna görə elmi ictimaiyyətdə illərdir yumurtalıq xərçənginin müalicəsində daha yaxşı nəticələr əldə etmək səyləri davam edir. Bu səylərin bir hissəsi yeni müalicə seçimlərinin hazırlanmasına, digəri isə mövcud müalicə üsullarından daha təsirli istifadə səylərinəyönəlib.
Yumurtalıq xərçəngi qarın pərdəsinə yayılmış xəstələrdə əməliyyat bitən kimi tətbiq olunan, HİPEK adlandırılan qarın daxilinə qızdırılmış kimyaterapiya verilməsi bu səylərin ən mühümüdür. HİPEK tətbiqinin vaxtı, tətbiq sayı və bu günə qədər tətbiqdən sonra müşahidə olunan yan təsirlər elmi ictimaiyyətdə həmişə müzakirə yaradıb. Bu araşdırmada müzakirə edilən bir çox suala cavab tapılmış və tətbiq edilə bilən praktik tövsiyə də təqdim olunmuşdur.
HİPEK: Hipertermik İntraPEritoneal Kimyaterapiya
Yeni diaqnoz qoyulmuş irəliləmiş mərhələ yumurtalıq xərçənginin standart müalicəsində sitoreduktiv cərrahiyyə və sistemik kimyaterapiya tətbiq olunur. Qarındaxili isti kimyaterapiyanın sitoreduktiv cərrahiyyəyə əlavə edilməsinin əvvəllər şişi kiçildən (neoadyuvant) kimyaterapiya almış 3-cü mərhələ yumurtalıq xərçəngi xəstələrində nəticələri yaxşılaşdırıb-yaxşılaşdırmayacağını araşdırmaq üçün yeni tədqiqat aparıldı.
Çoxmərkəzli, açıq etiketli, 3-cü mərhələ (faza-3) bu klinik araşdırmada cərrahiyyədən əvvəl üç kurs kiçildici kimyaterapiyaya (karboplatin-paklitaksel) cavab alınan xəstələr iki qola ayrılaraq bir qrupa isti kimyaterapiya (sisplatin adlı dərmanla) ilə birlikdə sitoreduktiv cərrahiyyə, digər qrupa kiçildici kimyaterapiyadan sonra yalnız sitoreduktiv əməliyyat aparıldı.
Araşdırmada hansı xəstənin əməliyyatına isti kimyaterapiya əlavə ediləcəyi təsadüfi müəyyən edildi, yəni geridə görünən xəstəlik qalmayan (tam sitoreduksiya) və ya 10 mm və daha az diametrli şişin qalması (optimal sitoreduksiya) ilə nəticələnən xəstələr qruplara təsadüfi paylandı.
Əməliyyatdan sonra qoruyucu (adyuvant) məqsədlə daha üç əlavə sikl karboplatin və paklitaksel kimyaterapiya rejimi tətbiq edildi. Araşdırmanın əsas məqsədi müalicədən sonra xəstəliyin təkrarlanmasına qədər keçən müddətləri (residivsiz sağqalım), ikincil məqsədi isə ümumi sağqalımı və yan təsirləri müqayisə etmək kimi müəyyən edildi.
Araşdırmanın nəticələrinə görə;
- Sitoreduktiv əməliyyata isti kimyaterapiyanın əlavə edilməsi xəstəliyin təkrarlanması və ya ölüm riskini % 34 azaltmışdır.
- Median residivsiz sağqalım yalnız əməliyyat qrupunda 11 ay, əməliyyatla birlikdə HİPEK qrupunda isə 14 ay idi.
- Median 4.7 illik izləmədə yalnız əməliyyat qrupunda 76 xəstə (% 62), əməliyyat-artı-HİPEK qrupunda isə 61 xəstə (% 50) həyatını itirdi.
- Median ümumi sağqalım əməliyyat qrupunda 34 ay, əməliyyat-artı-HİPEK qrupunda 46 ay idi.
- Ciddi yan təsir (grade 3 və ya 4) tezliyi hər iki qrupda oxşar idi (əməliyyat qrupunda % 25, əməliyyat-artı-HİPEK qrupunda % 27).

Nəticə olaraq 3-cü mərhələ yumurtalıq xərçəngi olan xəstələrdə sitoreduktiv cərrahiyyəyə qarındaxili isti kimyaterapiyanın əlavə edilməsi yan təsir riskini artırmadan tək əməliyyatla müqayisədə daha uzun residivsiz və ümumi sağqalımla nəticələndi.
Mənbələr
CYTO-CHIP: cytoreductive surgery versus cytoreductive surgery and hyperthermic intraperitoneal chemotherapy for gastric cancer with peritoneal metastasis: a propensity-score analysis from BIG RENAPE and FREGAT working groups.
Oral presentation at: 2018 Gastrointestinal Cancers Symposium; January 18-20, 2018; San Francisco, CA.
2. Willemien J. van Driel, M.D., Ph.D., Simone N. Koole, M.D., Karolina Sikorska, Ph.D. ve ark.
Hyperthermic Intraperitoneal Chemotherapy in Ovarian Cancer.
N Engl J Med. Jan 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.