Olaparib və bevasizumab yumurtalıq, fallop borusu və ya birincili peritoneal xərçənglər üçün saxlayıcı müalicə kimi FDA təsdiqi aldı

Bu məqalədə
8 may 2020-ci ildə ABŞ Qida və Dərman İdarəsi (FDA), olaparib (Lynparza) adlı ağızdan həb şəklində qəbul edilən genetik hədəfə yönəlmiş dərmana irəliləmiş yumurtalıq, fallop borusu və ya birincili peritoneal xərçəngi olan xəstələrin birinci xətt saxlayıcı müalicəsi üçün bevasizumab ilə kombinasiyada təsdiq verdi.
Bu ikili dərman kombinasiyası;
- platin əsaslı kimyaterapiyaya tam və ya qismən cavab verən və
- zərərli və ya zərərli olduğundan şübhələnilən BRCA mutasiyası və / və ya genomik qeyri-sabitlik ilə müəyyən edilən homoloji rekombinasiya çatışmazlığı (HDR) müsbət vəziyyətlə əlaqəli xərçəngi olan
xəstələrdə birinci xətt müalicədən sonra saxlayıcı müalicə kimi təsdiqləndi. FDA həmçinin Myriad myChoice® CDx (Myriad Genetic Laboratories, Inc.) adlı testi olaparib istifadəsi üçün HDR vəziyyətinin diaqnostik testi kimi təsdiqlədi.
PAOLA-1 tədqiqatı
Bu yeni kombinə müalicənin effektivliyi irəliləmiş yüksək dərəcəli epitelial yumurtalıq, fallop borusu və peritoneal xərçəngli xəstələrdə birinci xətt platin əsaslı kimyaterapiya və bevacizumabdan sonra olaparib və bevasizumab ilə plasebo və bevasizumabın müqayisə edildiyi randomizə edilmiş, ikiqat kor, plasebo nəzarətli, çoxmərkəzli PAOLA-1 tədqiqatında araşdırılıb.
Randomizasiya birinci xətt müalicənin nəticəsinə və testlə müəyyən edilən şiş BRCA mutasiyası (tBRCAm) vəziyyətinə görə təbəqələndirildi. Bütün mövcud klinik nümunələr Myriad myChoice® CDX testi ilə retrospektiv yoxlanıldı. Xəstələr 2:1 nisbətində randomizə edildi:
- 537 xəstə gündə 2 dəfə 300 mg olaparib tablet və üç həftədən bir 15 mg/kg bevasizumab,
- 269 xəstə plasebo və bevasizumab aldı.
Xəstələr son kimyaterapiya dozasından ən azı 3 həftə və ən çox 9 həftə sonra olaparibə başladılar. Olaparib 2 ilə qədər və ya xəstəlik irəliləyənədək yaxud qəbuledilməz yan təsirədək davam etdirildi.
Nəticələr
Əsas effektivlik nəticə meyarı tədqiqatçının qiymətləndirdiyi proqressiyasız (irəliləməsiz) sağqalımdır (PFS). Əlavə effektivlik sonlanım nöqtəsi ümumi sağqalım idi.
HRD müsbət şişi olan 387 xəstənin alt qrupunda median (ortanca) PFS bevasizumab və olaparib ilə 37.2 ay, plasebo və bevasizumab qolunda 17.7 ay idi (HR 0.33;% 95 GA: 0.25-0.45).
Bevasizumab müalicəsi ilə olaparibdə ən çox (xəstələrin ≥% 10-da) müşahidə edilən yan təsirlər ürəkbulanma, yorğunluq (asteniya daxil), anemiya, limfopeniya, qusma, ishal, neytropeniya, leykopeniya, sidik yolu infeksiyası və baş ağrısıdır.
Tövsiyə edilən olaparib dozasıgündə iki dəfə yeməklə və ya yeməksiz qəbul edilən 300 mg-dır. Olaparib ilə birlikdə istifadə edildikdə tövsiyə edilən bevacizumab dozası hər üç həftədən bir venadaxili 15 mg/kg-dır. * - Yumurtalıq (qadın yumurtalığı) xərçənginin müalicəsində gəlinən son nöqtə *
Mənbələr
fda.gov - 8 May 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.