Polipin ölçüsü xərçəng riskinə təsir edirmi? Yoğun bağırsaq poliplərinin ölçü cədvəli

Bu məqalədə
Yoğun bağırsaq polipləri bağırsaqda böyüyən hüceyrə toplularıdır. Bu hüceyrə topluları ölçü və forma baxımından fərqlənə bilər. Həm xoşxassəli, həm də xərçəngli ola bilərlər. Adətən böyük yoğun bağırsaq poliplərinin xərçəngə çevrilmə riski daha yüksəkdir. Buna görə poliplərin ölçüsü vacibdir (baxın: Polip nədir, yoğun bağırsaq polipləri necə müalicə olunmalıdır?)
Polipin xərçəngə çevrildiyini deməyə imkan verən müəyyən ölçü yoxdur. Lakin əksər mütəxəssislər diametri 1 santimetrə (cm) çatan polipi xərçəng riski yüksək hesab edirlər.
Yoğun bağırsaq poliplərinin ölçüləri
Aşağıdakı şəkil yoğun bağırsaq poliplərinin ölçüsünü və bunun xərçənglə necə əlaqəli ola biləcəyini göstərir:
Yoğun bağırsaq poliplərinin ölçüyə görə təsnifatı
Mütəxəssislər poliplərin ölçülərini aşağıdakı amillərə görə təsnif edirlər:
|
Yoğun bağırsaq polipinin ölçüsü |
Diametr |
Xərçəng riski |
|
Çox kiçik |
5 mm və daha kiçik |
Xərçəng riski aşağıdır. 2020-ci ildə dərc olunan məqalədə bütün poliplərin 75%-inin 5 mm və daha kiçik olduğu, nadir hallarda kolorektal xərçəngə çevrildiyi bildirilib. |
|
Kiçik |
6 - 9 mm arası |
Xərçəng riski aşağıdır. 2017-ci ildə aparılan araşdırma 6523 kiçik polipdə xərçəng görülmədiyini bildirib. |
|
Böyük |
1 cm və daha böyük |
Daha böyük yoğun bağırsaq poliplərində xərçəng riski daha yüksək ola bilər. Mütəxəssislər 1 cm-dən böyük polipləri "advanced" (irəliləmiş) adlandırırlar. Poliplər hələ kiçik olanda erkən izləmə aparılmalıdır. |
Yoğun bağırsaq poliplərinin növləri və xərçəng riski
Yoğun bağırsaq poliplərinin müxtəlif növləri var. Hər növ fərqli xərçəng riski daşıya bilər. Poliplərin növləri və xərçəng riskləri belədir:
|
Tərif |
Xərçəng riski |
|
|
İltihabi |
İltihabi poliplər iltihabi bağırsaq xəstəliyi (İBX) ilə yarana bilər. |
İltihabi poliplərin xərçəngə çevrilmə ehtimalı aşağıdır, lakin İBX kolorektal xərçəng riskini artırır. |
|
Hamartomatoz |
Hamartomatoz poliplər Peutz-Jeghers, Cowden sindromu və ya yuvenil polipoz kimi müəyyən genetik vəziyyətləri olan şəxslərdə yarana bilər. |
Hamartomatoz poliplərin xərçəngə çevrilmə ehtimalı aşağıdır. Lakin şəxsdə polipoz sindromu varsa, bu poliplər kolorektal xərçəng riski daşıya bilər. |
|
Hiperplastik |
Hiperplastik poliplər geniş yayılıb və adətən yoğun bağırsağın distal hissəsində yaranır. |
Yoğun bağırsağın sağ tərəfindəki hiperplastik poliplər xərçəng riski daşıya bilər. İrsi vəziyyətdən qaynaqlanmırlarsa, xərçəng riski adətən aşağıdır. |
|
Adenoma |
Adenomalar yoğun bağırsaq poliplərinin təxminən üçdə ikisini təşkil edir. |
Adenomalar xərçəngönüdür. Yəni xərçəngə çevrilmə riski yüksək olan poliplərdir. |
|
Sessil-serrat adenoma və ənənəvi-serrat adenoma |
Sessil-serrat və ənənəvi-serrat poliplərin adları onların kobud, nahamar kənarlarından gəlir. |
Sessil-serrat və ənənəvi-serrat poliplər xərçəngönüdür. Yəni xərçəngə çevrilmə riski yüksək olan poliplərdir. |
Yoğun bağırsaq polipinə necə diaqnoz qoyulur?
Yoğun bağırsaq polipləri adətən endoskopik üsul olan kolonoskopiya ilə aşkarlanır. Kolonoskopiya yoğun bağırsaq poliplərini aşkarlamaq üçün ən geniş istifadə olunan və ən düzgün üsuldur. Prosedur zamanı həkim yoğun bağırsağınıza nazik, elastik boru (kolonoskop) daxil edir. Kolonoskopun ucunda kamera və işıq var. Bu, həkimə yoğun və düz bağırsağınızı vizual araşdırmağa imkan verir. Polip tapılarsa, həkim adətən onu eyni prosedurda çıxara bilər (polipektomiya). Çıxarılan polip patoloji müayinə üçün laboratoriyaya göndərilir.
Yoğun bağırsaq poliplərinin formaları və böyüməsi
Yoğun bağırsaq polipləri yavaş böyüyür. Kiçik bir polipin yaranması təxminən on il çəkə bilər.
Formaları düz və ya çökək ola bilər. Həmçinin iki müxtəlif formada — sessil (ayaqcıqsız) və ya pedunkulyar (ayaqcıqlı) böyüyə bilərlər:
- Sessil poliplər: Ayaqcıqları olmayan və yoğun bağırsaq divarına düz yapışan poliplərdir.
- Pedunkulyar poliplər: Göbələk kimi nazik ayaqcıq üzərində böyüyürlər.
Bu poliplər xərçəngli olmaya bilər, həmçinin xərçəngönü və ya xərçəngli də ola bilər.
Adenomaların formaları və böyüməsi
Yoğun bağırsaq poliplərinin təxminən 66%-sını təşkil edən adenomalar xərçəngönüdür. Adenomaların böyüməsi və formaları:
- Tubulyar böyümə: Boru formasında böyüyən və yarım düymdən (təxminən 1,27 cm-dən) kiçik olan adenomalardır.
- Villoz adenoma: Qeyri-müntəzəm, gülkələmə bənzər formada böyüyən daha böyük adenomalardır.
- Tubulovilloz adenoma: Həm tubulyar, həm də villoz adenomaların böyümə formalarına malik adenomalardır.
Poliplərin böyümə forması şəxsin nə qədər tez-tez kolonoskopiya yoxlamasından keçməli olduğuna təsir edə bilər. Adenomaların xərçəngə çevrilməsi təxminən 10 il çəkə bilər. Lakin bu müddət fərdlərə görə dəyişir və irsi sindrom daşıyanlarda daha da qısalır.
Aşkarlanan bütün poliplər çıxarılmalıdırmı?
Amerika Mədə-Bağırsaq Endoskopiyası Cəmiyyətinə (AGED) görə, adətən aşkarlanan bütün poliplər çıxarılmalıdır.
Mütəxəssislər bu polipləri adətən kolonoskopiya zamanı çıxara bilərlər. Kolonoskopiya skrininqində bütün xərçəngönü poliplər çıxarıla bilər. Beləliklə onların xərçəngə çevrilmə riski aradan qaldırıla bilər. Çıxarılmayan hər hansı polip qanaxmaya, bağırsaq tutulmasına və ya xərçəng yaranmasına səbəb ola bilər.
Əlaqəli mövzu: Tam çıxarılmayan yoğun və düz bağırsaq polipləri tez-tez təkrarlanır
Kolorektal xərçəng riski üçün kolonoskopiya yoxlamaları
Orta dərəcədə kolorektal xərçəng riski olan şəxslər yoğun bağırsaq polipləri üçün müəyyən aralıqlarla kolonoskopiya yoxlamalarına getməlidirlər:
- Kolorektal xərçəng skrininqi 45 yaşda başlayır və 75 yaşadək müntəzəm davam edir.
- 75-85 yaşlı şəxslərdə skrininq ümumi sağlamlıq kimi amillərdən asılı olaraq əvvəlki yoxlamalardan fərqlənə bilər.
- 85 yaşlı və daha yaşlı şəxslərdə kolorektal xərçəng skrininqi aparılmır.
Kolorektal xərçəng riski yüksək olanlar adətən kolonoskopiya skrininqinə 45 yaşdan əvvəl başlamalıdırlar. Həmçinin daha tez-tez yoxlamaya getməlidirlər. Lakin kolonoskopiyaya başlama yaşı və tezliyi fərdi dəyişdiyi üçün mütəxəssisə müraciət etmək daha düzgün olar.
Yoğun bağırsaq poliplərinin yaratdığı əlamətlər
Yoğun bağırsaq polipləri heç bir əlamət yaratmaya bilər. Poliplər adətən kolorektal xərçəng skrininqi zamanı aşkarlanır. Lakin bu, onların heç bir əlamət yaratmadığı demək deyil. Poliplər əlamət verirsə, bunlara aşağıdakılar daxildir:
- Anusdan parlaq və ya tünd qırmızı qanaxma
- Nəcisdə qan
- Nəcisdə selik
- Qarın ağrısı
- Qəbizlik
- İshal
- Dəmir çatışmazlığı anemiyasının əlamətləri və ya tapıntıları
Yoğun bağırsaq polipləri haqqında tez-tez verilən suallar
Hansı ölçülü yoğun bağırsaq polipləri narahatlıq doğurur?
2019-cu ildə 15906 polip üzrə aparılan tədqiqatda:
- 5 mm-dən (millimetrdən) kiçik poliplərdə xərçəng görülməyib.
- 30 mm-dən böyük poliplərin 4,3%-ü xərçəngli olub.
Bu tədqiqatın da göstərdiyi kimi 5mm-dən kiçik poliplərdə xərçəng yaranma riski çox aşağıdır.
Xərçəngli poliplər adətən hansı ölçüdə olur?
Milli Xərçəng İnstitutuna görə, yoğun bağırsaq poliplərinin ölçüsü artdıqca kolorektal xərçəng riski də artır. 2 cm-dən böyük poliplərin 30% ilə 50%-si xərçənglidir.
Polip ölçülərinin xərçəng riskinə təsirinin xülasəsi
Yoğun bağırsaq polipləri ölçülərinə, formalarına və böyümə formalarına görə mütəxəssislər tərəfindən təsnif olunur. Kolorektal xərçəng riski müəyyən polip növlərinə və onların ölçüsünə görə arta bilər. Həmçinin poliplər xərçəngli olmayan, xərçəngönü və ya xərçəngli ola bilər. Heç bir əlamət yaratmaya bilərlər. Buna görə xüsusilə kolorektal xərçəng riski olanlar başda olmaqla müntəzəm kolonoskopiya və skrininq yoxlamaları aparılmalıdır. Xərçəngli olmayan poliplər də bu yoxlamalar zamanı mütəxəssislər tərəfindən çıxarıla bilər.
-Əlaqəli mövzu: Yoğun bağırsaq – kolorektal xərçəng üçün kolonoskopiya ilə skrininq
Mənbələr
2. Hossain E, Bhandari P, Arndtz S, et alPWE-040 Cancers in colonic polyps: size mattersGut 2019;68:A191.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.