Rəqəmsal süd vəzi tomosintezi üçün süni intellekt texnologiyası FDA təsdiqi aldı

Bu məqalədə
ProFound AI adlanan, dərin öyrənmə modelinə əsaslanan süni intellekt (artificial intelligence, AI) proqramı süd vəzi xərçənginin diaqnozunda kommersiya satışı və klinik istifadə üçün ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqləndi. Elanı rəqəmsal süd vəzi tomosintezi üçün proqramı hazırlayan qlobal tibbi texnologiya şirkəti iCAD verdi.
Tomosintez nədir?
Tomosintez cihazı rəqəmsal mammoqrafiyanın 3 ölçülü görüntü verə bilən formasıdır. Süd vəzini 3 ölçüdə və 1 mm kəsiklərdə son dərəcə ətraflı araşdırmağa imkan verən onkoloji görüntüləmə cihazıdır. Süd vəzi daha az sıxılaraq onun ətrafında hərəkət edən cihazdan aşağı dozalı rentgen şüaları göndərilir. Əldə olunan görüntülər 3 ölçülü görüntülərdir. Əslində mammoqrafiyanın bir növüdür və əksər standart mammoqrafiyadan daha çox şüalanma istifadə etsə də, problemli nahiyənin daha aydın görüntülənməsini təmin edir. Tomosintez FDA tərəfindən 2011-ci ildə təsdiqlənmiş bir xərçəng diaqnostikası testidir, lakin erkən diaqnoz məqsədli xərçəng skrininqində standart hələ də rəqəmsal mammoqrafiyadır.
FDA təsdiqi 2018-ci ilin əvvəllərində tamamlanan və 25-30 noyabr tarixlərində Çikaqoda keçirilən 2018 Şimali Amerika Radiologiya Cəmiyyətinin (RSNA) illik toplantısında təqdim olunan böyük araşdırmanın müsbət klinik nəticələrinə əsaslanır. Araşdırma iCAD-in ProFound süni intellekt həllindən istifadə etməklə və etmədən 260 tomosintez halını oxuyan 24 radioloqla aparıldı.
Araşdırmanın nəticələri;
- xərçəngin aşkarlanma göstəricilərində artım,
- yanlış müsbət göstəricilərdə azalma və
- xəstələrin təkrar çağırılmasında və şərh müddətlərində əhəmiyyətli azalma olduğunu göstərir.
Bu texnologiya radioloqlara xərçəngləri aşkarlamaqda, şübhəli hallar üçün xəstələrin təkrar çağırılmasını azaltmaqda və tomosintez müayinələrini oxuyarkən səmərəliliyi artırmaqda böyük ümid verir.
Klinik məlumatlar tomosintez görüntülərini oxuyanlar ProFound AI alqoritmindən istifadə etdikdə, hal səviyyəsində həssaslığın (xərçəngi aşkarlaya bilmə göstəricisinin) orta hesabla % 8 artdığını, lazımsız xəstə təkrar çağırılma göstəricilərini orta hesabla % 7 və oxuma müddətlərini əhəmiyyətli dərəcədə azaltdığını göstərir. Müxtəlif təcrübə səviyyələrinə malik radioloqlar böyük tomosintez məlumat dəstlərini oxuyarkən bu süni intellekt yönümlü texnologiyadan faydalana bilərlər.
Süd vəzi xərçəngi diaqnozu və yanlış müsbət göstəricilərlə bağlı klinik performansı artırmaqla yanaşı, araşdırma nəticələri ProFound AI-nin radioloqların oxuma müddətini orta hesabla yüzdə 50-dən çox azalda bildiyini göstərdi. Oxuma müddətinin artması 2-ölçülü mammoqrafiyadan 3-ölçülü mammoqrafiyaya keçərkən radioloqlar üçün mühüm çətinlik olmuşdur.
Bu proqram hazırda ABŞ, Kanada və Avropadakı rəqəmsal süd vəzi tomosintezi sistemləri ilə istifadə edilə bilər.
Texnologiyası haqqında:
ProFound AI rəqəmsal süd vəzi tomosintezi üçün yüksək performanslı, dərin öyrənmə üsulundan istifadə edən xərçəng diaqnostikası və iş axını həllidir. Rəqəmsal süd vəzi tomosintezi üçün ProFound AI NVIDIA Graphical Processing Units (GPU) ilə PowerLook server platformasında işləyir. PowerLook görüntü modulları, mammoqrafiya müayinəsi iş stansiyaları, PACS və görüntü saxlama sistemləri ilə asanlıqla inteqrasiya olunan çevik və etibarlı DICOM platformasıdır. Ən yeni GPU texnologiyasından faydalanan alqoritm tomosintez halını sürətlə emal edərək nəticələrin radioloqlara ən səmərəli şəkildə təqdim olunmasını təmin edir.
- DICOM: Digital Imaging and Communications in Medicine (Tibbdə rəqəmsal görüntüləmə və kommunikasiya)
- PACS: Picture Archiving and Communication Systems (Görüntü arxivləşdirmə və kommunikasiya sistemləri)
- İlk mammoqrafiyadan əvvəl hər qadının bilməli olduğu 12 şey
- Mammoqrafiya çəkdirməyə nə üçün 40 yaşlarında başlanmalıdır?
- Mammoqrafiya nəticəsi mənfi olduğu halda süd vəzi xərçəngi riski varmı?
Mənbələr
By The ASCO Post, 25 December 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.