Xərçənglə bağlı sui-qəsd nəzəriyyələri haqqında diqqətçəkən sorğu tədqiqatı

Bu məqalədə
İnternetdə yanlış məlumatın viruslar qədər sürətlə yayıldığı bu dövrdə xərçənglə bağlı sui-qəsd nəzəriyyələri və peyvənd əleyhdarları barədə hazırlanmış yumoristik tədqiqat tənqid olunub.
"Hər şey xərçəngə səbəb olur? Peyvənd əleyhdarları, Yerin düz olduğuna və boş sözlərə inanan şəxslər arasında xərçəngin qarşısının alınması barədə inanclar və münasibətlər: onlayn kəsiyə əsaslanan sorğu” adlı tədqiqat The Brisith Medical Journal jurnalında (BMJ) 21 Dekabr 2022-də dərc edilib.
Tədqiqatın müəllifləri "sui-qəsdlərə inanan, Covid-19 peyvəndindən imtina edən və ya alternativ təbabətə üstünlük verən insanların xərçəng barədə inanc modellərini" qiymətləndirmək məqsədilə yola çıxdıqlarını bildirirlər. Tədqiqatçılar bu insanları sosial mediada və onlayn söhbət platformalarında axtarıb taparaq xərçəngin həqiqi və şayiəyə əsaslanan səbəbləri barədə soruşublar. İştirakçıların təxminən yarısı "Görünür, hər şey xərçəngə səbəb olur" fikri ilə razılaşıb.
Tədqiqatçıların bildirdiyinə görə, ümumilikdə bütün iştirakçılar arasında xərçəngin həqiqi səbəbləri barədə məlumatlılıq sui-qəsd nəzəriyyələrinə inamdan daha yüksək olub. Peyvənd olunmayanlar və sui-qəsd qruplarının üzvləri arasında isə xərçəngin həqiqi səbəbləri barədə məlumatlılıq digərləri ilə müqayisədə daha aşağı olub. Tədqiqatçılar "rəqəmsal yanlış məlumatla ondan qaynaqlanan mümkün səhv sağlamlıq qərarları arasında birbaşa əlaqə olduğuna” dair tapıntıların narahatedici olduğunu vurğulayıblar.
Marağınızı çəkə bilər: Trump niyə peyvənd əleyhinə fikirlərindən geri çəkilməli olmuşdu?
Reaksiyalar və tənqidlər
BMJ Twitter-də açıqlamasında "Tədqiqat cəmiyyətin xərçəngin həqiqi səbəblərini şayiəyə əsaslananlardan ayırmaqda üzləşdiyi çətinliyi vurğulayır" deyib. Lakin həm tədqiqat, həm də jurnal bəzi tənqidlərlə üzləşib.
Xərçəng diaqnostikası üzrə britaniyalı patoloq Clare Craig "Bu, Covid peyvəndləri barədə narahatlığı olan insanları ləkələməyə çalışan dəhşətli məqalədir" şərhini verib. Tədqiqat və metodologiyası Londonun Queen Mary Universitetindən Prof. Norman Fenton tərəfindən də Twitter-də sərt tənqid olunub.
İspaniyanın Barselona şəhərindəki Katalan Onkologiya İnstitutunun tibbi epidemioloqu və tədqiqatın müəllifi Laura Costas sosial mediada şərh verən bir çox əleyhdarın Covid-19 peyvəndinə yönəlməsinin tədqiqatın məqsədini təsdiqlədiyini bildirib – yanlış məlumat internetdə geniş yayılır.
“Şərhlərin çoxu tədqiqatın birbaşa mövzusu olmayan Covid-19 miflərini yaymağa yönəlib və BMJ müəllifləri ilə elmi ictimaiyyətin ortaq pisniyyətli gizli gündəmi olduğunu fərz edərək onların motivasiyasını sorğulayıb. Elmi üsulun ortaq xüsusiyyəti olan tənqidi düşüncənin vacibliyini vurğulayıblar, lakin rəsmi mənbələrdən gələn hər məlumatı doqmatik şəkildə rədd ediblər. Cəmiyyət kütləvi məlumat axını səbəbindən xərçəngin həqiqi və şayiəyə əsaslanan/sübut edilməmiş səbəblərini ayırmaqda çətinlik çəkir. Buna görə BMJ-nin Milad sayının ruhuna uyğun olaraq tədqiqatı müəyyən satira ilə planlaşdırdıq."
BMJ-nin orijinal, satirik və qeyri-adi tədqiqatlarla dolu Milad sayı dərc etmək üzrə uzun tarixçəsi var.
Tədqiqatın təfərrüatları
Costas və həmkarları iştirakçıları anonim istifadəçilərin paylaşdığı mübahisəli məzmunla tanınan 4chan və Reddit kimi onlayn forumlardan tapıblar. Tanınmış İspaniya forumları ForoCoches və HispaChan-dan da məlumat toplanıb. Costas-a görə tədqiqatçılar bu saytlarda "sui-qəsd inanclarının daha geniş yayılacağını" düşündükləri üçün onları qəsdən seçiblər. Bir neçə forumdan 1494 iştirakçı toplanıb. Bunlardan 209-u Covid-19-a qarşı peyvənd olunmayan, 112-si ənənəvi təbabət əvəzinə alternativlərə üstünlük verən, 62-si isə Yerin düz olduğuna inandığını bildirən şəxslər olub.
Komanda sonra iştirakçılara xərçəng risk amilləri barədə suallar verərək həqiqi və sübut edilməmiş səbəblərə inanclarını qiymətləndirməyə çalışıb – Xərçəng Məlumatlılığı Ölçüsü (CAM) və CAM–Mifik Səbəblər Şkalası (CAM-MYCS). Hər ikisində cavablar "qətiyyən razı deyiləm" ilə "tam razıyam" arasında dəyişən beşballıq şkala ilə qiymətləndirilib.
CAM iştirakçıların xərçəng riskini artırdığı bilinən 11 amil barədə təsəvvürünü qiymətləndirib:
- Aktiv və ya passiv siqaretçəkmə
- Alkoqol qəbulu
- Aşağı səviyyəli fiziki aktivlik
- Qırmızı və ya emal olunmuş ət qəbulu
- Uşaqlıqda günəş yanığı keçirmək
- Ailədə xərçəng tarixçəsinin olması
- İnsan papillomavirusu (HIV) infeksiyası
- Artıq çəkili olmaq
- 70 və daha yuxarı yaşda olmaq
- Az tərəvəz və meyvə qəbulu
Əlaqəli mövzu: Xərçəngin səbəbləri qısaca hansılardır?
Tədqiqatçılar CAM-MYCS sorğusunun xərçəngin şayiəyə əsaslanan səbəblərinə dair risk qavrayışı barədə 12 sual ehtiva etdiyini bildirirlər – bunlar adətən xərçəngə səbəb olduğuna inanılan, lakin dəstəkləyici elmi sübut olmayan səbəblərdir. Maddələrə bunlar daxil olub;
- Plastik şüşələrdən içki içmək
- Süni şirinləşdiricilər və ya əlavələr, genetik dəyişdirilmiş qidalar
- Mikrodalğalı sobalar
- Aerozol qabları, mobil telefonlar və təmizlik məhsullarından istifadə
- Elektrik xətlərinin yaxınlığında yaşamaq
- Stressli hiss etmək
- Fiziki travma yaşamaq
- Wi-fi şəbəkələri, radio və televiziya kimi elektromaqnit tezliklərə/ionlaşdırıcı olmayan şüalanmaya məruz qalmaq
Ən çox dəstəklənən mifik xərçəng səbəbləri qatqı maddələri (63,9%) və ya şirinləşdiricilər (50,7%) olan məhsullar, stressli hiss etmək (59,7%) və genetik dəyişdirilmiş qidalar (38,4%) olub.
Əlaqəli mövzu: Genetik dəyişdirilmiş orqanizm nədir? Qidaları və heyvanları niyə və necə dəyişdirirlər?
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.