4. mərhələ yastı hüceyrəli ağciyərdə 1. xətt immunoterapiya FDA təsdiqi aldı

30 oktyabr 2018-də ABŞ Qida və Dərman İdarəsi (FDA) metastatik (4. mərhələ) yastı hüceyrəli ağciyərin birinci xətt müalicəsində karboplatin və paklitaksel və ya nab-paklitaksel ilə birgə pembrolizumab (Keytruda) adlı immunoterapiya dərmanını təsdiqlədi.
Təsdiq əvvəl sistemik müalicəsiz, PD-L1 müsbətliyi vəziyyətindən asılı olmayaraq559 metastatik yastı kiçik hüceyrəli olmayan xəstənin çoxmərkəzli, ikiqat kor, plasebolu faza-3 klinik tədqiqat olan KEYNOTE-407 əsasındadır.
Xəstələr ikili kimyoterapiya ilə 200 mg pembrolizumab və ya plaseboya təsadüfi ayrıldı. İrəliləmə, qəbuledilməz təsir və ya 24 ayadək davam etdi.
Əsas nəticələr;
- Ümumi sağqalım pembrolizumab+kimyoterapiya və plasebo+kimyoterapiyada 15.9 və 11.3 ay; ölüm % 36 azaldı.
- Ortanca irəliləməsiz sağqalım pembrolizumab və kimyoterapiyada, plasebo və kimyoterapiyada müvafiq 6.4 və 4.8 ay idi.
- İrəliləmə riski % 44 azaldı.
- Median cavab müddəti 7.2 və 4.9 ay idi.
KEYNOTE-407-də ən azı % 20-də ən yayğın; yorğunluq, ürəkbulanma, qəbizlik, ishal, qusma, hərarət, iştahasızlıq, səpgi, öskürək, təngnəfəslik, saç tökülməsi və periferik neyropatiya idi.
Əlaqəli mövzu:
Tövsiyəli pembrolizumab dozasıkimyoterapiya günü hər 3 həftədə venadaxili 200 mg-dır. İrəliləmə, qəbuledilməz təsir və ya 24 ayadəkdir.
Mənbələr
fda.gov, 30 October 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.