Ağciyər xərçənginin müalicəsində immunoterapiya kimyaterapiyanı nokaut etməyə nail oldu!

ASCO 2018-dətəqdim edilmiş diqqətçəkən tədqiqatda irəli (4-cü) mərhələ qeyri-kiçikhüceyrəli ağciyər xərçəngi (KHDAK) olan xəstələrin əksəriyyətində PD-L1 minimal səviyyədə müsbət olsa belə, birinci sıra müalicə kimi pembrolizumab (Keytruda) adlı immunoterapiya kimyaterapiyadan üstün olub.
Bu tədqiqatın nəticələri onkologiya mütəxəssisləri tərəfindən həqiqi dönüş nöqtəsi kimi qəbul edilib.
PD-L1 ekspressiyası (ifadə səviyyəsi) yalnız % 1 və yuxarı olan xəstələrdə pembrolizumab kimyaterapiyadan təxminən % 20 daha yaxşı ümumi sağqalımla əlaqəli olub.
24 oktyabr 2016-cı ildə Amerika Qida və Dərman İdarəsi FDA4-cü mərhələ qeyri-kiçikhüceyrəli ağciyər xərçənginin birinci sıra müalicəsi üçün pembrolizumab adlı immunoterapiya dərmanının istifadəsini təsdiqləmişdi, lakin bu təsdiq şişlərində %50 və ya daha çox PD-L1 ekspressiyası olan xəstələr üçün idi.
İmmun sistemin xərçəng hüceyrələrini yad kimi qəbul etməsinə mane olan hüceyrə səthi zülalı PD-L1-in səviyyəsi artdıqca bu PD-L1-i basqılayan immunoterapiyalardanalınan cavab da artır. PD-L1 müsbətliyi %20 və yuxarı olub immunoterapiya alan xəstələrin kimyaterapiya alanlarla müqayisədə %23 daha yaxşı ümumi sağqalımı olub; düz mütənasib olaraq PD-L1 səviyyəsi %50 və yuxarı olanlar isə %31 daha yaxşı ümumi sağqalım göstərib.
Üstəlik, irəli mərhələ qeyri-kiçikhüceyrəli ağciyər xərçəngi olan 1250-dən çox xəstəni əhatə edən bu KEYNOTE-042 adlı klinik tədqiqat PD-L1 ekspressiyasının səviyyəsindən asılı olmayaraq immunoterapiyanın ümumi müalicə cavabı müddətini iki dəfədən çox artırdığını göstərib.
Həmçinin birinci sıra müalicə kimi pembrolizumab verilən xəstələr kimyaterapiya ilə müalicə olunanlardan daha az yan təsir yaşayıblar; belə ki, grade-3 (ağır) yan təsirlər kimyaterapiyanın yarısından da az idi. Ağciyər xərçənginə bağlı həyat itkilərində müalicənin yan təsirləri də mühüm səbəb olduğundan immunoterapiyalar həm yan təsirlərin azlığı, həm də şişi əhəmiyyətli kiçiltmə təsirləri ilə ikiqat qazanc vəd edir.
2016-cı ildən sonra ağciyər xərçəngində diqqət çəkən immunoterapiya tədqiqatları ilə bu gün qeyri-kiçikhüceyrəli ağciyər xərçəngi xəstələri üçün müalicəyə başlamağın yeganə seçiminin kimyaterapiya olduğu dövrün bitdiyinisöyləyə bilərik.
Bununla belə, ağciyər xərçəngi sahəsindəki bir çox tədqiqat ikinci sıra müalicədə PD-L1 səviyyəsindən asılı olmayaraq immunoterapiyaların effektiv ola biləcəyini də göstərib.
Tədqiqatın təfərrüatları
1274 xəstə 1-ə 1 nisbətində təsadüfi iki qrupa ayrılıb. Bu ağciyər xərçəngi xəstələrinə ilkin müalicə kimi bir qrupda 3 həftədən bir 200 mg dozada pembrolizumab, digər qrupda isə seçimə görə karboplatin və paklitaksel və ya karboplatin və pemetreksed verilib.
Mövcud tədqiqatın ən mühüm xüsusiyyətlərindən biri cros over dediyimiz, müalicə qruplarındakı heç bir xəstənin digər terapiyaya keçməsinə icazə verilməməsidir; bu, nivolumab (Opdivo) adlı digər immunoterapiya dərmanının sınandığı ağciyər xərçəngi klinik tədqiqatları ilə ziddiyyət təşkil edir.
Tədqiqatın nəticələri
PD-L1 ekspressiyası 599 xəstədə %50 və ya yuxarı, 818 xəstədə isə %20 və ya daha çox idi. Median (ortanca) 12.8 aylıq təqibdən sonra xəstələrin %13.7-si hələ pembrolizumab, %4.9-u isə saxlayıcı kimyaterapiya alırdı.
Nəticələr pembrolizumabla ümumi sağqalımın PD-L1 ekspressiyasının bütün səviyyələrində kimyaterapiyadan əhəmiyyətli dərəcədə daha yaxşı olduğunu göstərdi.

ASCO-da kimyaterapiya və immunoterapiya kombinasiyaları ilə yeni tədqiqatlar gördük. May 2018-ci ildə NEJM-də dərc edilmiş KEYNOTE-189 tədqiqatında pembrolizumab və kimyaterapiya kombinasiyasının nəticələri bu tədqiqatdan da yaxşı idi. İmmunoterapiyaların başqa immunoterapiyalarla kombinasiyaları ilə qarşıdakı illərdə daha yaxşı nəticələr əldə edilə biləcəyini düşünürük. “PD-L1-in nə qədər uyğun biomarker olması” və ya "şiş mutasiya yükü (TML) kimi digər immun biomarkerlərlə birlikdə istifadə edilib-edilə bilməyəcəyi” kimi hələ cavablandırılmamış mühüm suallar var və immunoterapiyaların ağciyər xərçəngi müalicələrinə daxil olması bütün xəstələrin sağalacağı demək deyil. Lakin yenə də bu inkişafın mühüm dönüş nöqtəsi olduğunu düşünürəm, çünki kimyaterapiyanın qeyri-kiçikhüceyrəli ağciyər xərçəngi üçün yeganə seçim olduğu dövr sona çatdı.
Mənbələr
Pembrolizumab (pembro) versus platinum-based chemotherapy (chemo) as first-line therapy for advanced/metastatic NSCLC with a PD-L1 tumor proportion score (TPS) ≥ 1%: Open-label, phase 3 KEYNOTE-042 study.
2018 ASCO Annual Meeting - LBA4
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.