Antiseptiklər 1865 – Səhiyyədə sterilizasiyanın doğuşu

1907-ci ildə amerikalı həkim Franklin C. Clarka görə "Tibb tarixini xarakterizə edən üç diqqətəlayiq hadisə var və hər biri öz növbəsində cərrahi praktikada inqilab yaratmışdır”;
- Birinci hadisə, fransız cərrah Ambroise Paré tərəfindən tətbiq edildiyi kimi, cərrahi əməliyyatlar zamanı qan axınını dayandırmaq üçün liqaturadan istifadə ilə bağlı idi.
- İkincisi amerikalılara aid edilən etilen kimi ümumi anesteziklərlə ağrının azaldılması üsullarını əhatə edirdi.
- Üçüncüsü isə ingilis cərrah Joseph Listerin təşviq etdiyi cərrahi antiseptika idi. Listerin yaraları və cərrahi alətləri sterilizə etmək üçün karbol turşusundan (indi fenol adlandırılır) istifadəsi əməliyyatdan sonrakı infeksiyaları kəskin azaltdı.
Louis Pasteurun xəstəlik mikrobiologiyası üzrə işləri Listeri mikroorqanizmləri məhv etmək üçün karbol turşusundan istifadə etməyə sövq etdi.
1865-ci ildə sümüyün sınıb dəridən çıxdığı ayağı karbol turşusu məhluluna batırılmış parçalarla sarıyan Lister xəstəni uğurla müalicə etdi. Lister 1867-ci ildə "Antiseptic Principle of the Practice of Surgery" məqaləsində tapıntılarını dərc etdi.
Lister müxtəlif sterilizasiya üsullarını təklif edən ilk şəxs deyildi. Məsələn, ingilis kimyaçı William Henry geyimlərin istiliklə sterilizasiyasını təklif etdiyi halda, macar mama-ginekoloq Ignaz Semmelweis, həkimlərin xəstəliklərin yayılmasının qarşısını almaq üçün əllərini yumalarının lazım olduğunu müdafiə edirdi. Bununla belə, Listerin açıq yaralara karbol turşusu tökməsi dövrünün xəstəxanalarında tez-tez görülən dəhşətli infeksiyaların artmasının geniş miqyasda qarşısını aldı. Yazıları və çıxışları tibb mütəxəssislərinin antiseptiklərdən istifadə etməsinin zəruriliyi barədə inandırıcı idi.
Antiseptiklər adətən birbaşa bədən səthinə tətbiq olunur. Müasir infeksiyanın qarşısını alma üsulları daha çox sterilizasiyanı ehtiva edən aseptik üsullara yönəlir; bakteriyaların xəstəyə yaxınlaşmazdan əvvəl sterilizasiya ilə uzaqlaşdırılması (məsələn, avadanlıqların dezinfeksiyası və cərrahların maskalardan istifadəsi). Antibiotik dərmanlar isə daxili infeksiyalarla mübarizə üçün istifadə olunur. 1891-ci ildə William Halsted cərrahiyyədə rezin əlcək istifadəsinə öncüllük etdi.
Yazıdakı şəklin izahı: Manuka balının yaraların sağalmasına kömək edən antibakterial xüsusiyyətlərə malik olduğu göstərilib. Yeni Zelandiyada bitən Leptospermum scopariumdan qidalanan arılar tərəfindən istehsal edilir.
Yazıda adı çəkilən tarixi şəxslər: William Henry (1775–1836), Ignaz Philipp Semmelweis (1818– 1865), Louis Pasteur (1822-1895), Joseph Lister (1827–1912), William Stewart Halsted (1852–1922)
- Əvvəlki mövzu: Dişçi burğusu 1864 – Diş kəsici alətləri
- Sonrakı mövzu: Mendelin genetikası 1865 – Noxud tədqiqatları
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.