ASCO 2020 Pediatrik Onkologiya Mükafatı neyroblastoma müalicəsində yeni yanaşmanın öncüsü Dr. Alice Yuya verildi

Bu məqalədə
40-dan artıq müddətdir tibb sahəsində karyera quran Dr. Alice YuABŞ-ın San Dieqo şəhərindəki Rady Uşaq Xəstəxanasının Pediatriya Bölməsinə rəhbərlik edir. Buradakı tədqiqatları ilə zülal olmayan antigeni hədəfə alan ilk uğurlu immunoterapiyanın hazırlanmasına öncüllük edən Dr. Yu həmçinin Uşaq Onkologiya Qrupunun (COG) neyroblastoma üzrə rəhbər komitəsinin üzvü kimi neyroblastoma tədqiqatlarına istiqamət verir.
Kaliforniya Universitetinin San Dieqo Tibb Məktəbində həkim olan Alice Yu (MD, PhD) pediatrik onkologiyaya töhfələrinə görə ASCO 2020 Pediatrik Onkologiya Mükafatını qazandı. Bu mükafat ilk dəfə 2002-ci ildə uşaq onkologiyasında üstün liderlik/uğur göstərən Dr. Alfred G. Knudsona (MD, PhD) verilmişdi. Karyerasının əvvəlində tibb tələbəsi olarkən pediatrik onkologiyada irəliləməyi düşünmədiyini bildirən Dr. Yunun Amerika Klinik Onkologiya Cəmiyyəti (ASCO-Daily News) ilə müsahibəsinə nəzər salaq.
Qeyd: Neyroblastoma beyindən bütün bədənə mesaj daşıyan sinir sistemindən qaynaqlanan xərçəng növüdür. Adətən böyrəküstü vəzilərdəki sinir hüceyrələrində başlayır. Böyrəküstü vəzilər ürək döyüntüsünü, təzyiqi və qan şəkərini tənzimləyən mühüm hormonlar ifraz edir. Neyroblastoma çox vaxt erkən uşaqlıqda görülür.
"O vaxtlar neyroblastomalı uşaqların böyük əksəriyyəti həyatını itirirdi və mən bu sahədə işləməkdən zövq almayacağımı düşünürdüm. Lakin ixtisaslaşma dövründə leykozlu çoxsaylı uşağın yaşama müddətlərinin artması məni ümidləndirdi və eyni uğurun pediatrik onkologiyada da mümkün olacağına ümid yaratdı." Yaşama müddətinin uzanması, neyroblastoma və digər uşaq xərçəngləri üçün müalicələrin inkişafı ilə karyera seçimindən xoşbəxt olduğunu bildirən Dr. Yu "Həyəcanverici sahədir. Peşə həyatımın əvvəlində bu sahəyə isti yanaşmasam da, seçimimdən çox məmnunam" deyə əlavə etdi. Bəs Dr. Yunun karyerasında mühüm dönüş nöqtəsi olan tədqiqat nə idi?
Qətiyyət və əzmlə yaranan yeni xərçəng dərmanı
Hüceyrə membranının xarici səthində yerləşən, qlikosfinqolipidlərdən ibarət qanqliozidlər hüceyrələrarası əlaqədə, böyümə və diferensiasiyada mühüm rol oynayır. Qanqliozid qrupundan disialoqanqliozid olan GD2 neyroblastomalar da daxil olmaqla çoxsaylı müxtəlif şişlərin səthində nümayiş etdirilir. Müalicələr üçün yaxşı biomarker olduğunu anlayan Dr. Yu hazırda dinutuksimab kimi tanınan anti-GD2 anticismini (kod adı ch14.18) hazırladı. Anticisim xərçəng hüceyrələrinin səthində nümayiş etdirilən GD2-yə bağlanıb immun sistemi hüceyrələrinin həmin sahəyə cəlb olunmasını başladaraq şiş hüceyrələrinin məhvini təmin edir. Klinik tədqiqatlar nəticəsində yüksək riskli neyroblastoma xəstələrində yaşama müddətinin artdığı müşahidə edildi və 2015-ci ildə Amerika Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqləndi. GD2-yə bağlanmaq üçün hazırlanmış monoklonal anticisim dinutuksimab yüksək riskli pediatrik neyroblastoma xəstələrinə qranulosit makrofaq koloniya stimullaşdırıcı faktor (GM-CSF), interleykin-2 və 13-cis-retinoik turşu ilə birlikdə tətbiq edilir.

Klinik tədqiqatlarda əldə olunan müsbət nəticələr anticisim sınaqlarını faza II klinik tədqiqatlarına aparsa da, təəssüf ki, tədqiqatçılar özlərini dəstəkləyəcək dərman şirkəti tapmaqda çətinlik çəkirdilər. Neyroblastomanın uşaqlıq dövründə ən çox rast gəlinən xərçəng olması səbəbindən dərman şirkətləri risk almaq istəməmiş və sərmayə qoymaqdan imtina etmişdilər. Bu mənfi hadisələrdən sonra Dr. Yu xəstələrə aid rentgen və patoloji nəticələri olan çantası ilə Vaşinqtona uçmağa qərar verir. Bu yoldakı qətiyyəti nəticəsində Milli Xərçəng İnstitutu tədqiqatın faza III mərhələsini dəstəkləməyə qərar verdi.
200-dən çox xəstə ilə aparılan tədqiqatda müalicədən sonra heç bir ağırlaşma keçirməyən xəstələrin yaşama müddətində və ümumi sağqalımda əhəmiyyətli artım müşahidə edildi. Başqa tədqiqatlarla da təhlükəsizliyi təsdiqlənən dərmanın toksik/zərərli təsiri müəyyən edildi, lakin nəzarət altına alına biləcəyi bildirildi. Sınaqdan keçirilən dərmanın müsbət nəticələrindən sonra Dr. Yu "Sınaqdan keçirdiyimiz immunoterapiya yüksək riskli neyroblastoma xəstələrinin yeni standart müalicəsi olub" deyərək uzun zəhmət nəticəsində əldə olunan nəticəni qiymətləndirdi. Tədqiqatlar zamanı mümkün yeni biomarkerlər də müəyyən edildi. Dr. Yu yeni hədəflərinin toksik təsirləri mümkün qədər azaldaraq immunoterapiyanın effektivliyini artırmaq olduğunu bildirdi.
Dinutuksimabın təsdiqi qlikolipid molekulunu hədəfə alan ilk yeni immunoterapiya oldu və beləcə potensial hədəfə yönəlmiş dərman şəbəkəsini genişləndirdi. Dr. Yu və komandasının tədqiqatları və bu sahədə öncüllük etdikləri yeniliklər uşaqlıq xərçənglərindən əlavə, süd vəzi xərçəngi kimi böyüklərin xərçənglərində müalicə hədəfi kimi istifadə edilə biləcək Globo-H seramid kimi başqa qlikolipid tədqiqatlarına yol açıb.
Mənbələr
Anti-GD2 antibody with GM-CSF, interleukin-2, and isotretinoin for neuroblastoma.
N Engl J Med . 2010
2. Dr. Alice Yu, Pioneer in Immunotherapy for Neuroblastoma, to Receive Pediatric Oncology Award.
dailynews.ascopubs.org - 20 May 2020
3. Ozkaynak MF, Gilman AL, London WB, et al.
A comprehensive safety trial of chimeric antibody 14.18 with GM-CSF, IL-2, and isotretinoin in high-risk neuroblastoma patients following myeloablative therapy: Children's Oncology Group Study ANBL0931.
Front Immunol . 2018 Jun 18;9:1355.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.